Saliha Sebkati Sultan

Salehə Sultan (1680, İstanbul21 sentyabr 1739, İstanbul) — 22-ci Osmanlı sultanı II Mustafanın xanımı və I Mahmudun anası, Validə sultan.

Salehə Sultan
Jan Vaptis Vanmur tərəfindən çəkilən portreti, XVIII əsr
Jan Vaptis Vanmur tərəfindən çəkilən portreti, XVIII əsr
2 oktyabr 1730 – 21 sentyabr 1739
(ləqəbi: Sebkati)
ƏvvəlkiƏmətullah Rabiyə Gülnuş Sultan
SonrakıŞahsüvar Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Turhan Sultan türbəsi, Yeni məscid
Uşağı I Mahmud

Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1680-ci il olaraq qəbul edilir. Əslən yunan olub, İstanbulda dünyaya gəldiyi, kiçik yaşlarında saraya alınaraq Sultan Mehmedin xanımı Validə Əmətullah Gülnuş Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra Sultan Mustafaya təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Mahmudu 2 avqust 1696-cı ildə Ədirnə sarayında dünyaya gətirdi. Ancaq 1703-cü ildə baş verən Ədirnə hadisələri nəticəsində Sultan Mustafa taxtdan endirildi və padşahın bütün hərəmiylə birlikdə Salehə Sultan da Ədirnə sarayında otaq həbsinə alındı. Taxta çıxan Sultan Əhməd isə qardaşı oğlu olan Şahzadə MahmudŞahzadə Osmanı alaraq İstanbula geri döndü. Ancaq çox keçmədən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə vəfat etdi və bütün hərəmi İstanbuldakı köhnə saraya daşındı. 27 il boyunca köhnə sarayda yaşayan Salehə Sultan bu müddət ərzində Darüssəadə ağası Hacı Bəşir ağanın vasitəsiylə Topqapı sarayındakı Şimşirlik bölümündə tutulan oğlu Şahzadə Mahmudu qorudu.

Validə sultan illəri

[redaktə | mənbəni redaktə et]

Sultan Əhmədin Patrona Xəlil üsyanı nəticəsində taxtdan endirilməsinin ardından ən böyük şahzadə olaraq Şahzadə Mahmud taxta çıxarıldı (2 oktyabr 1730). Beləliklə, validə sultan olan Salehə Sultan ertəsi gün keçirilən xüsusi alay mərasimi ilə Topqapı sarayına gətirildi. Hərəm xəzinədarlarından Osman Əfəndi validə sultan kəndxudası təyin edildi, illərdir sadiq xidmətçisi olan Hacı Bəşir ağa isə yenə hərəmin idarəsində qaldı.

Oğlu Sultan Mahmudun səltənətinin ilk ili Patrona Xəlil və tərəfdarlarının idarəsi altında keçdi. Validə Saliha Sultan tərəfindən "ikinci oğlum" olaraq anılan Patrona Xəlil hər dəfə saraya gəldiyi zaman validə sultan tərəfindən hədiyyələrlə qarşılanırdı.[1] Ancaq çox keçmədən Patrona Xəlil və tərəfdarları aradan qaldırıldı və Sultan Mahmud müstəqil şəkildə dövlət idarəsini ələ aldı. Sonralar Bəylərbəyi sarayının inşa edildiyi ərazidə, oğlunun istəyilə Salehə Sultanın şərəfinə Fərahfəza qəsri inşa edildi. Salehə Sultan Topqapı sarayında təxminən 9 il validə sultan olaraq yaşadı. Ancaq bu müddət ərzində özündən öncəki saray qadınlarından fərqli olaraq dövlət idarəsinə qarışmadı və nüfuzunu yalnız xeyriyyə işlərinə, eləcə də ölkənin abadlaşmasına sərf etdi. Bununla yanaşı bəzi hallarda oğlu Sultan Mahmud onunla məsləhətləşir, dövlət və təyinat məsələlərində fikrini alırdı. Tez-tez oğluyla birlikdə Şövqabad köşkündə qalan Salehə Sultanın Əyyubsultanda da bir sahil köşkünün olduğu bilinir. Oğlu Sultan Mahmud 31 avqust 1734-cü ildə Bahariyə sarayına gedərkən bu sahil köşkünə gəlmiş və validə sultanla birlikdə bir neçə gün burada qalmışdır.

Uzun müddətdir davam edən vərəm xəstəliyi səbəbilə müalicə alması üçün Tırnakçı sahil köşkünə daşındı. Ancaq çox keçmədən 21 sentyabr 1739-cu ildə burada vəfat etdi. Oğlu Sultan Mahmudun əmriylə sahil köşkündə qılınan namazın ardından Salehə Sultanın cənazəsi Yeni məscidə aparılaraq Turhan Validə Sultan türbəsinə dəfn edildi.

Xeyriyyə işləri

[redaktə | mənbəni redaktə et]

Validə Salehə Sultan özündən öncəki digər validə sultanlar kimi xeyriyyə işiylə məşğul olmuşdur. 1725-ci ildə Silivriqapıda, 1731-ci ildə Topxanada, 1735-ci ildə isə Əyyubsultanda çeşmələr, 1732-ci ildə Əzabqapıda çeşmə, səbil və sübyan məktəbi inşa etdirmişdir.[2] Bu məktəb 1957-ci ildə dağıdılmışdır. Oğlu Sultan Mahmud, Qalata və Bəyoğluna su gətirmək məqsədilə 1732-ci ildə inşa etdirdiyi su kəmərinə anasının adını vermişdir. Salehə Sultan bundan başqa bəzi xeyir əsərlərinin bərpasıyla da məşğul olmuşdur. 1731-ci ildə Qalatada baş verən yanğınla zərər görən Ərəb məscidini təmir edib genişləndirmiş, Çəngəlköydəki Hacı Ömər məscidini təmir etdirərək binaya kərpic bir minarə əlavə etmişdir. Üsküdardakı Səlami Əfəndi məscidini 1711-ci ildə bərpa etdirmiş, Murad Kaptan məscidinin isə minarəsini yeniləmişdir.[3]

  • Subhî Tarihi: Sami ve Şakir Tarihleriyle Birlikte (haz. Mesut Aydıner), İstanbul 2007, s. 50, 58, 165–167, 224, 236, 819;
  • Teşrîfât-ı Kadîme, s. 117–119;
  • Tanışık, İstanbul Çeşmeleri, I, 130–132, 148–150; II, 63–66, 73, 75;
  • P. G. İnciciyan, XVIII. Asırda İstanbul (nşr. H. D. Andreasyan), İstanbul 1956, s. 40, 84, 97;
  • a.mlf., "Mahmud I.", İA, VII, 158;
  • Uluçay, Padişahların Kadınları, s. 73.
  1. M. Münir Aktepe, Patrona İsyanı 1730, İstanbul 1958, s. 161;
  2. H. Örcün Barışta, İstanbul Çeşmeleri-Azapkapı Saliha Sultan Çeşmesi, Ankara 1995.
  3. Tahsin Öz, İstanbul Camileri, Ankara 1987, II, 8, 17, 58;