Dimetokalı Mehmed Paşa (ö. dekabr 1757) — I Mahmud dönəmində 1 il 6 ay 24 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.[1]
Dimetokalı Mehmed Paşa | |
---|---|
10 yanvar 1736 – 6 avqust 1737 | |
Əvvəlki | Gürcü İsmayıl Paşa |
Sonrakı | Muhsinzadə Abdullah Paşa |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Ciddə sancaqbəyliyi, Osmanlı imperiyası |
Fəaliyyəti | siyasətçi |
Uşağı | Şərifə Xədicə xanım |
Əslən Dimetokalı olub, haqqında başqa məlumat yoxdur. Sultan Mustafa dönəmində Əndəruna alındı və çuxadarlığa qədər yüksəldi. 1731-ci ilin sonlarında xüsusi vəzifəylə Bağdada göndərildi və geri döndükdən sonra silahdarlığa təyin olundu. 1735-ci ilin iyulunda sədrəzəm elan edilən Gürcü İsmayıl Paşaya sədarət möhürünü təslim etməklə vəzifələndirildi. Ardından paşayla birlikdə paytaxta geri döndü. Ancaq İsmayıl Paşa 25 dekabr 1735-ci ildə vəzifədən alındı və vəzir rütbəsi alan Mehmed Paşa yeni sədrəzəm təyin olunanadək sədarət naibi oldu. 15 gün sonra isə 10 yanvar 1736-cı ildə sədarət möhürü Mehmed Paşanın özünə təqdim edildi və beləcə, sədrəzəm oldu.
O əsnada həm Rusiya, həm də Avstriya-Macarıstanla müharibəyə başlanıldı, bu səbəblə Mehmed Paşa sərdar olaraq orduyla birlikdə səfərə çıxdı. 6 avqust 1737-ci ildə vəzifədən alınaraq Əyriboz adasına göndərildi. 1744-cü ilin oktyabrında Saloniki, 1745-ci ilin aprelində Özi, 1747-ci ilin yanvarında Belqrad, 1748-ci ilin oktyabrında İnəbaxdı, 1751-ci ilin fevralında yenidən Saloniki, həminilin martında isə Ciddə sancaqbəyliyinə təyin edildi. 1757-ci ilin dekabrında orada vəfat etdi. Vəfatı əsnasında Şərifə Xədicə xanım (ö. 1828) adlı 2 yaşında bir qızının olduğu məlumdur.