Vənətli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vənətli kənd inzibati ərazi dairəsində kənd.[1]
Vənədli | |
---|---|
39°09′14″ şm. e. 46°38′14″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 530 m |
Saat qurşağı | |
Vənətli kəndi təpəli düzənlikdədir. Vaxtilə Ordubad rayonunun Vənənd kəndindən gəlmiş ailələr əvvəlcə Qubadlı rayonunun Dondarlı kəndinin qərbində Dağbaşı Vənətli kəndini salmış, sonralar isə indiki əraziyə köçmüşlər. Oykonim “Vənənddən gələnlər, vənəndlilər” mənasındadır.[2]
Kənddə 1993-cü ilə qədər (erməni qəsbkarları tərəfindən işğalınadək) orta məktəb,uşaq bağçası, ətraf 15 kəndə xidmət göstərən 50 çarpayılıq xəstəxana, ətraf 7 kəndə xidmət göstərən poçt və ATS, kitabxana, klub, mağazalar, baytarlıq müalicəxanası və digər sosial obyektlər olmuşdur.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci ilin 23 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.[3]
Vənədli kəndi Zəngilan rayon mərkəzindən 14 km şimal- qərbdə,Ələddin (Aladin) dərəsi ərazisində, Süsən meşəsinin ətəyində yerləşir. Bir tərəfdən Süsəndağı, digər tərəfdən Ütəlgi dağı və Çaxmaq dağı ilə əhatələnib. Mənbəyini Süsəndağı silsiləsindən götürən Süsən çayı Vənətlini keçərək, şərqə doğru uzanıb gedir və Qubadlı rayonu ərazisindən keçərək Araz çayına tökülür. Vənətli kəndi Zəngilan rayonunun böyük əraziyə malik kəndlərindən olaraq, kəndin geniş əkin-biçin, otlaq sahələri, meşə ərazisi, iki böyük süni gölü olubdur. Adıçəkilən iki böyük süni gölün olması Süsən çayının ilboyu çoxsululuğuna səbəb olub və həm Vənətlinin, həm də qonşu kəndlərin təsərrüfatının inkişafına xidmət edib. Vənətli kəndi cənubdan Genlik, Malatkeşin, Tağlı kəndləri, qərbdən Aladin, Şamlı,Dərə Gilətağ kəndləri, şimaldan Böyük Gilətağ, İskəndərbəyli kəndləri, şərqdən Mirzəhəsənli, Muğanlı, Qaraqoyunlu kəndləri ilə həmsərhəddir. Kənd dəniz səviyyəsindən 550 metr yüksəklikdədir.
İşğaladək (1993) kənddə 90 ev,495 nəfər əhali olmuşdur. Xeyli vənətlilər Zəngilan rayon mərkəzində yaşamışlar, Bakı və Sumqayıt şəhərlərinə, bəzi ailələr Qarabağa miqrasiya etmişlər,hazırda da (2020-ci il) vənətlilər əsasən Bakı və Sumqayıt şəhərlərində yaşayırlar.
Tarixi qaynaqlara görə vənətlilər 1820–1830-cu illərdə Ordubadın Vənənd kəndindən köçüb gələn qardaşların nəslindən törəmədirlər.Vənət-li, burada "li" mənsubsiyyət şəkilçisi Vənənddən olduğunu göstərir. İlk köçüb gələnlər Zəngəzurda- Qubadlının Dondarlı kəndi ərazisində məskunlaşıblar ( Dağbaşı),vənətlilərin bir hissəsi (Kərbalayi Mehdiqulu nəsli) həmin kənddə qalıbdır,əsas əhalisi isə indiki Vənətli kəndi ərazisinə köçüblər.
Vənətlilərin dədə-baba yurdu olan Vənənd kəndi Ordubadın qədim kəndlərindən biridir. Vənəndlər qədim türk tayfalarıdır,antik müəlliflərin ( Herodot. Tit Livi,Tarsit, Əl-Məsudi,Qardizi) əsərlərində vənəndlər haqqında məlumatlara rast gəlinir. Bu oykonim qədim türkdilli bulqarlardan Vahandur Vənd adı ilə bağlıdır. Qafqazdan şimalda və Qara dəniz sahillərində yaşamış bulqarlar II əsrdə Cənubi Qafqaz ərazisinə gəlmiş və binasını qoyduqları yaşayış yerlərini də tayfanın başçısının adı ilə Vənənd adlandırmışlar. XII əsrdə Qars əyalətində Vənənd mahalı qeydə alınmışdır. Erkən orta əsrlərdə oradan gəlmiş ailələrin Naxçıvanda (Ordubadda) məskunlaşması nəticəsində Vənənd yaranmışdır. Qudsi Vənəndi bu kənddə doğulmuşdur, Nəsrəddin Tusinin də bu kənddən olması barədə məlumatlar vardır.
1820–1830-cu illərdə Ordubadın Vənənd kəndindən Zəngilana gələn ailələr yaşadıqları məskəni Vənətli adlandırmışlar.
Bütün vənətlilər bir-biriləri ilə qan qohumudurlar,belə ki, əmiuşaqlarının (əsasən Molla Kazım, İsmayıl, Alı,Kərbalayi Mehdiqulu) nəslindən törənən kənd əhalisi həmişə kompakt, birgə yaşayışa malik olmuşlar. Qədim türk tayfaları olan vənəndlərin ənənələrinə sadiq qalaraq,vənətlilər də həmişə qoçaq, mübariz, cəsur olmuşlar.
Vənətli kəndini qərbdən Ermənistanın Kafan kəndləri ilə meşə zolağı ayırırdı və bu kəndlərlə vənətlilərin münaqişəsi hər zaman davam edib.1905–1907-ci,1920–1940-cı,1950–1960-cı illərdəVənətlinin cəsur oğulları həmişə hiyləgər,fitnəkar erməni quldurlarının burnunu ovublar,ərazidə düşmənçilik edən erməni quldurlarını məhv ediblər. XX əsrin 20–30-cu illərində ermənilərlə vənətlilər arasında münaqişələr şiddətlənib,ərazinin mal-mülkünə tamah salan erməniləri vənətlilər həmişə yerində otuzdurublar,onları həmişə qorxuda saxlayıblar,necə deyərlər, öz qanunlarına tabe etdiriblər. Məsələ burdadır ki, ermənilərin özləri də bu faktı həmişə etiraf ediblər. Həmin illərdə sovet imperiyasının casusları(NKVD) tərəfindən erməni quldurları ilə fəal vuruşmalarına görə Vənətlinin 38 cəsur oğlu həbs olunub,onlardan bəziləri həlak olub,bir neçəsi xəbərsiz-ətərsiz itkin düşüblər.
Böyük Vətən müharibəsində(1941–1945) Vənətlidən 28 nəfər iştirak etmiş, 13 nəfər həlak olmuşdur.
1989–1993-cü illərdə ərazidə olan milli ordumuzun mərkəzi də Vənətlidə yerləşmişdir, ermənilərlə vuruşda Vənətlidən 6 nəfər şəhid olmuşdur.2020- ci ilin oktyabrında torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük döyüşlərdə 2 nəfər şəhid olub.
Vənətli kəndi ərazidə inzibati- təsərrüfat mərkəzi olmuşdur, kəndin iqtisadiyyatı kənd təsərrüfatı, heyvandarlıq-maldarlıq,üzümçülük, əkinçilik, meşə təsərrüfatı olmuşdur. Vənətlilər vaxtilə Zəngilan rayonunun ,habelə respublikanın rayon və şəhərlərinin təsərrüfat, iqtisadi, ictimai-siyasi həyatında fəal olmuşlar və hazırda da olmaqdadırlar.
Zəngilan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |