Vladimir Korolenko

Vladimir Qalaktionoviç Korolenko (rus. Короленко, Владимир Галактионович; 15 (27) iyul 1853[1][2][…], Jitomir[1]25 dekabr 1921[3][4][…], Poltava) — Rus yazıçısı, jurnalist, nasir, redaktor, ictimai xadimiSankt-Peterburq Elmlər Akademiyasının fəxri akademiki (1900-1902, 1918-ci ildən).

Vladimir Korolenko
rus. Короленко, Владимир Галактионович
Doğum tarixi 15 (27) iyul 1853[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 dekabr 1921(1921-12-25)[3][4][…] (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Sankt-Peterburq Dövlət Texnologiya İnstitutu[d]
Fəaliyyəti yazıçı, avtobioqraf[d], ədəbiyyat tənqidçisi, jurnalist, müəllif, nasir, publisist
Əsərlərinin dili rus dili
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstər Çar hakimiyyəti, istərsə də Vətəndaş müharibəsi və Sovet hakimiyyəti illərində insan hüquqları istiqamətindəki fəaliyyəti ilə tanınmış publisist olub. İnqilabi hərəkatın fəal iştirakçısı olan Korolenko, buna görə dəfələrlə həbs edilərək, sürgün edilib. Yazıçı bədii əsərlərini Jitomirdə keçirdiyi uşaqlıq illəri və Sibirdəki sürgün həyatından qalan xatirələrindən ilhamlanaraq ərsəyə gətirmişdir.

Uşaqlığı və gəncliyi

[redaktə | mənbəni redaktə et]
V.Korolenkonun uşaqlığı və erkən gənclik illərinin keçdiyi Jitomirdəki evi. Ev, 1973-cü ildən muzey kimi fəaliyyət göstərir.

Korolenko Jitomirdə hakim ailəsində dünyaya gəlib. Ailə fərdlərinin söylədiklərinə görə, yazıçının babası Afanasi Yakovleviçin kökü (təq.1787 - təq.1857[5]) Mirqorod kazak polkovniki İvan Korolaya söykənir.[6]:5—6 Babasının bacısı Yekaterina Korolenko isə akademik Vladimir Vernadskinin nənəsidir.

Korolenkonun atası və kiçik bacısının məzarı. Rovno, Ukrayna

Yazıçının atası, Jitomir rayon hakimi vəzifəsində çalışmış Qalaktion Afanasyeviç Korolenkonun (1810-1868) oğlunun dünyagörüşünün formalaşmasında böyük təsiri olmuşdur. Korolenko atasının obrazına məşhur "Pis cəmiyyətdə" hekayəsində yer vermişdi.[7] Anası Evelina İosifovna (1833-1903[8]) polyak olduğu üçün polyak dili Vladimirin uşaqlığında onun ana dili idi.[9][10]

Korolenkonun özündən böyük Yulian (1851-1904) və özündən kiçik İllarion (1854-1915) adlı iki qardaşı var idi. Onun Mariya (Loşkareva ilə evli; 1856-1917) və Evelina (Nikitina ilə evli; 1861-1905) adlı iki bacısı da olub. Üçüncü bacısı olan Aleksandra Qalaktionovna Korolenko 1867-ci il mayın 7-də 1 yaş 10 aylıq olarkən vəfat etmiş və Rovnoda dəfn edilmişdir.

Təhsilinə Rıxlinski Polşa internat məktəbində başlayan Korolenko, sonra Jitomir gimnaziyasında davam etdirib. Atası xidməti vəzifəsi üçün Rovnoya köçürüldükdən sonra, Korolenko orta təhsilini Rovno real məktəbində davam etdirib. 1871-ci ildə Sankt-Peterburq Texnologiya İnstitutuna daxil olan Korolenko maddi çətinliklər səbəbi ilə təhsilini yarımçıq buraxmalı olub. Lakin 1874-cü ildə Korolenko təqaüd qazanaraq, Moskvadakı Petrovski Kənd Təsərrüfatı Akademiyasına daxil olub.

İnqilabi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
"Slovo" jurnalında ədəbi debütü, 1879, № 7

Erkən yaşlarından inqilabi populist hərəkata qoşulan Korolenko, 1876-cı ildə populist tələbə dərnəklərində iştirak etdiyinə görə akademiyadan qovulmuş və polis nəzarəti altında Kronştadta sürgün edilmişdir. Gənc oğlan Kronştadtda həyatını rəsm çəkərək qazanmışdır.[6]:47—48

Sürgün həyatından sonra Sankt-Peterburqa qayıdan Korolenko, 1877-ci ildə Mədən İnstitutuna daxil olur. Onun ədəbi fəaliyyətinin başlanğıcı da, məhz bu dövrə təsadüf edir. 1879-cu ilin iyulunda yazıçının ilk povesti "Tədqiqatçı"nın həyatından epizodlar" Sankt-Peterburqda "Slovo" jurnalında dərc olunur. Korolenko əvvəlcə bu hekayəsini "Yerli qeydlər" jurnalı üçün nəzərdə tutsa da, jurnalın redaktoru Mixail Saltıkov-Şedrin onun əlyazmasını özünə geri qaytardı. 1879-cu ilin yazında inqilabi fəaliyyətdə şübhəli bilinərək Korolenko yenidən institutdan qovularaq Vyatka quberniyasının Qlazova şəhərinə sürgün edildi.

3 iyun 1879-cu ildə yazıçı qardaşı İllarionla birlikdə jandarmların müşayiəti ilə bu uezd şəhərciyinə aparıldı. Oktyabra qədər Qlazovada qalan Korolenkonun cəzası sərtləşdirildi. 1879-cu il oktyabrın 25-də Korolenko, 1880-ci il yanvarın sonuna qədər qaldığı Biserovskaya volostuna göndərildi. Oradan, Afanasyevskoye kəndində öncə Vyatka həbsxanasına, sonra Vışniy Voloçyok tranzit həbsxanasına göndərildi.

Vışniy Voloçyokdan Sibirə göndərilsə də, yoldan geri qaytarılan Korolenko, 9 avqust 1880-ci ildə digər sürgünə göndərilənlərlə birlikdə şərqə daha çox səyahət etmək üçün Tomska gəldi və Puşkin küçəsi 48 ünvanındakı evdə yaşadı. Sonradan Korolenko xatirələrində yazırdı:

"Tomskda bizi böyük, daş, birmərtəbəli tranzit həbsxanaya yerləşdirdilər. Lakin ertəsi gün bir qubernator məmuru həbsxanaya gələrək bildirdi ki, Mixail Loris-Məlikovun Ali Komissiyası işimizi araşdıraraq bir neçə nəfəri azad etmək qərarına gəlib və altı nəfərin polis nəzarəti altında Avropa Rusiyasına qaytarılacağı elan edildi.Mən də onların arasında idim..."

1880-ci ilin sentyabrından 1881-ci ilin avqustuna qədər Permdə siyasi sürgündə olmuş, dəmiryolunda xronometr və kargüzar vəzifələrində çalışmışdır. Perm tələbələri ilə yanaşı, həmçinin D.N.Mamin-Sibiryakın həyat yoldaşı və yerli fotoqraf M.Q.Henrixin qızı Mariya Abramovaya da fərdi dərslər vermişdir.

1881-ci ilin martında yeni çar III Aleksandra fərdi and içməkdən imtina edən Korolenko, 11 avqust 1881-ci ildə Permdən Sibirə qovuldu.[11] O, 4 sentyabr 1881-ci ildə iki jandarmın müşayiəti ilə ikinci dəfə Tomska gətirilərək, həbs edildi (indiki Arkadi İvanov küçəsi, 4).

O, sürgündə Sibirin Yakutiya vilayəti, Amma kəndində olub.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Vladimir Korolenko. Nijni Novqorod, 1890-cı illər

1885-ci ildə Korolenkoya Nijni Novqorodda yaşamağa icazə verildi. Nijni Novqorodda yaşadığı on il (1885-1895) - Korolenkonun yazıçı kimi fəaliyyətinin ən məhsuldar dövrü idi. Bu müddətdə Rusiya imperiyasının oxucu kütləsi onun haqqında danışmağa başladı.

1886-cı ilin yanvarında Nijni Novqorodda Vladimir Korolenko çoxdan tanıdığı Yevdokiya Semyonovna İvanovskaya ilə evləndi.

1886-cı ildə yazıçının Sibir hekayələrinin daxil olduğu "Oçerklər və hekayələr" adlı ilk kitabı nəşr olundu. Elə həmin illərdə Korolenko Nijni Novqorod quberniyası, Qorbatovski uezdinin Pavlova kəndinə dəfələrlə etdiyi səfərlərinin nəticəsi olaraq "Pavlova oçerkləri"ni nəşr etdirdi. Əsərdə kəndin yoxsulluqdan əziyyət çəkən sənətkarlarının acı taleyindən bəhs edilir.

Korolenkonun əsl zəfəri onun ən yaxşı əsərlərinin - "Makarın yuxusu" (1885), "Pis cəmiyyətdə" (1885) və "Kor musiqiçi" (1886) əsərlərinin nəşr edilməsi idi. Bu əsərlərində Korolenko insan psixologiyasına dərindən bələd olmaqla insan və cəmiyyət münasibətləri probleminin həllinə fəlsəfi yanaşıb. Yazıçı, Ukraynada keçirdiyi uşaqlıq illəri, ağır sürgün və repressiya illərinin xatirələri və müşahidələrini bu əsərlərində cəmləmişdir. Korolenkoya görə, insan həyatın dolğunluğu, harmoniyası və xoşbəxtliyini yalnız öz eqoizminə qalib gələrək, xalqa xidmət yolunu tutmaqla hiss edə bilər.

1890-cı illərdə xeyli səyahət edən Korolenko, Rusiya imperiyasının müxtəlif bölgələrinə (Krım, Qafqaz) səfər edib. 1893-cü ildə yazıçı Çikaqoda (ABŞ) Ümumdünya sərgisində iştirak edib. Bu səfərin nəticəsində korolenko, "Dilsiz" (1895) hekayəsini ərsəyə gətirdi. Təkcə Rusiyada deyil, xaricdə də tanınan Korolenkonun əsərləri bir çox xarici dildə də nəşr olunub.

Korolenkonun 25 il redaktoru olduğu Sankt-Peterburqun aparıcı jurnallarından biri "Rusiyanın sərvəti" jurnalı

Korolenko 1895-1900-cü illərdə Sankt-Peterburqda yaşayıb. O, "Rus sərvəti" jurnalının redaktoru (1904-cü ildən baş redaktor) olub. Bu dövrdə onun "Marusina Zaimka" (1899) və "An" (1900) povestləri nəşr olunub.

1900-cü ildə Poltavaya köçən Korolenko ömrünün sonuna qədər burada yaşayıb.

1905-ci ildə Xatki fermasında bağ evi tikdirən Korolenko, 1919-cu ilə qədər hər yayı burada ailəsi ilə keçirib.[12]

Ömrünün son illərində (1906-1921) Korolenko, yazıçının fəlsəfi görüşlərinin sistemli şəkildə cəmləndiyi "Müasirliyimin tarixi" adlı böyük avtobioqrafik əsəri üzərində işləmişdir. Əsərin dördüncü cildi üzərində işləyərkən yazıçı pnevmoniyadan vəfat etdiyi üçün, əsəri tamamlanmadı.

Poltavada Köhnə qəbiristanlıqda dəfn edilən Korolenkonun məzarı 29 avqust 1936-cı ildə nekropolun bağlanması səbəbi ilə Poltava şəhər bağı ərazisinə köçürülmüş, 1940-cı ildə həyat yoldaşı da ona yaxın dəfn edilmişdir. 1962-ci ildə sovet heykəltəraşı Nadejda Krandiyevskaya tərəfindən hazırlanmış qəbirüstü abidəsi ucaldılmışdır.[13] Müasir Ukraynada abidə milli əhəmiyyətə malik landşaft bağçılıq sənəti abidəsi statusuna malik Qələbə Parkında yerləşir. Yazıçının və həyat yoldaşının məzarı V.Q.Korolenkonun Poltava Ədəbi və Xatirə Muzeyi kompleksinə daxildir.

Jurnalistika və ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Vladimir Korolenko. İlya Repinin çəkdiyi portret.

Korolenkonun populyarlığı Çar hökumətini onun jurnalist bəyanatlarını nəzərə almağa məcbur etdi. Yazıçı ictimai diqqəti dövrünün ən aktual problemlərinə yönəltmişdi. 1891-1892-ci illərdəki aclığı ifşa edərək ("Qıtlıq ilində" esseləri silsiləsi) bütün diqqətləri "Multan işi"nə çəkdi, öz hüquqları uğrunda mübarizə aparan kəndlilərlə vəhşicəsinə rəftar edən çar nümayəndələrini ("Soroçinskaya faciəsi", 1906), 1905-ci il inqilabının yatırılmasından sonra çar hökumətinin mürtəce siyasətini (“Gündəlik fenomen”, 1910) tənqid edirdi.[14]

O, ədəbi ictimai fəaliyyətində yəhudilərin Rusiyadakı məzlum həyatına da diqqət çəkmiş, onların ardıcıl və fəal müdafiəçisi olmuşdur.[15]

1911-1913-cü illərdə saxtalaşdırılmış "Beylis işi"ni[rus.][14] şişirdən irticaçı və şovinistlərə qarşı çıxış etmiş Korolenko , "Qarayüzlər"in yalan və saxtakarlıqlarını ifşa edən 10-dan çox məqalə dərc etmişdir. Məhz, "Rusiya cəmiyyətinə" edilən müraciətin müəllifi də Korolenko olub.

1900-cü ildə Korolenko Lev Tolstoy, Anton Çexov, Vladimir Solovyov və Pyotr Boborıkin ilə birlikdə Sankt-Peterburq Elmlər Akademiyasının fəxri akademiki seçilsə də, 1902-ci ildə Maksim Qorkinin akademiklər sırasından çıxarılmasına etiraz əlaməti olaraq Akademiyadan istefa verdi. Monarxiya rejiminin devrilməsindən sonra 1918-ci ildə Rusiya Elmlər Akademiyası Korolenkonu yenidən fəxri akademik seçdi.

İnqilaba və vətəndaş müharibəsinə münasibəti

[redaktə | mənbəni redaktə et]

1917-ci ildə Anatoli Lunaçarski Korolenkonun Rusiya Respublikasının ilk prezidenti vəzifəsinə uyğun olduğunu söyləmişdi.[16] Oktyabr inqilabından sonra Korolenko bolşeviklərin sosializm quruculuğu üsullarını açıq şəkildə tənqid etmişdi. Korolenkonun mövqeyi onun "Lunaçarskiyə məktublar" (1920) və "Poltavadan məktublar" (1921) əsərlərində öz əksini tapmışdır.

1921-ci ildə Korolenko, İvan Qorbunov-Posadov ilə birlikdə Poltavada aclıqdan əziyyət çəkən insanlara yardım təşkil etdilər.[17]

Korolenko və Lenin

[redaktə | mənbəni redaktə et]

V.İ.Lenin ilk dəfə Korolenkonun adını "Rusiyada kapitalizmin inkişafı" (1899) əsərində çəkmişdir. Lenin yazırdı: "kiçik müəssisə və kiçik sahibkarların qorunması və evdən işin son dərəcə geniş inkişafı - bütün bunlar ona gətirib çıxarır ki, istehsalatdakı "kustar üsulu" gələcəyə deyil, hələ də kəndlilərə, kiçik sahibkarlara və keçmişə yönəlikdir və onlar hələ də mümkün ola biləcək hər cür illüziyalarla özlərini aldadırlar; "həvəskar tamaşaların fərdi qəhrəmanları üçün (Korolenkonun "Pavlovsk eskizləri"ndə Dujkin kimi) istehsal dövrünə keçid hələ də mümkündür, lakin kasıb kütlə üçün deyil." Beləliklə, Lenin Korolenkonun bədii obrazlarından birinin real həyatda da olduğunu qəbul edirdi.[18]

Lenin Korolenkonun adını ikinci dəfə 1907-ci ildə çəkib. 1906-cı ildən mətbuatda Korolenkonun cəza ekspedisiyasına rəhbərlik edən faktiki dövlət müşaviri F.V.Filonovun göstərişi ilə Ukrayna kəndlilərinin Soroçintsidə işgəncələrə məruz qalması ilə bağlı məqalələri dərc olunmağa başladı. Poltavada nəşr olunan yerli qəzetdə Korolenkonun Filonov haqqındakı açıq məktubu dərc edildikdən bir müddət sonra Filonov öldürülməsi nəticəsində, "qətlə təhrik" maddəsi ilə Korolenkonun təqibi başladı. Dövlət Dumasının 1907-ci il 12 mart tarixli iclasında monarxist V.V.Şulgin Korolenkonu "qatil yazıçı" adlandırdı. Həmin ilin aprelində Sosial Demokratların nümayəndəsi Q.A.Aleksinski Dumada çıxış etməli idi. Bu çıxış üçün Lenin "İkinci Dövlət Dumasında aqrar məsələyə dair nitq layihəsi" nin mətnini yazdı. Lenin, Kənd Təsərrüfatı Departamentinin statistik materialları toplusunu işləyən S.A.Korolenkonun[qeyd 1] adını vurğulayaraq, bu adın Dumanın iclasında adı çəkilən məşhur adaşı ilə qarışdırmamaması barədə xəbərdarlıq etmişdir. Lenin qeyd edirdi: "Bu material cənab S.A.Korolenko tərəfindən işlənmişdir - V.Q.Korolenko ilə qarışdırılmasın; o, mütərəqqi yazıçı deyil, mürtəce məmurdur".[18]

Tədqiqatçı P.İ.Neqretov D.İ.Ulyanov haqqındakı xatirələrində "Lenin" təxəllüsünün Korolenkonun Sibir hekayələrindən seçildiyinə dair yazıb.[22]:271 1919-cu ildə Lenin Maksim Qorkiyə yazdığı məktubunda Korolenkonun müharibə ilə bağlı jurnalist fəaliyyətini kəskin tənqid edirdi.[22]:271 Lenin yazırdı:

Xalqın "intellektləri" ilə burjua ziyalılarını qarışdırmaq düzgün deyil. Korolenkonu nümunə çəkəcəm: bu yaxınlarda onun 1917-ci ilin avqustunda yazdığı "Müharibə, Vətən və İnsanlıq" adlı kitabçasını oxudum. Korolenko "yaxın kursantların" ən yaxşısı, demək olar ki, menşevikdir.

1920-ci ildə Korolenko Anatoli Lunaçarskiyə yazdığı altı məktubda onun Çekanın ölüm hökmü ilə bağlı məhkəmədən kənar səlahiyyətlərini tənqid edərək, milli iqtisadiyyatı məhv edən müharibə kommunizminin idealist siyasətindən əl çəkməyə, təbii iqtisadi münasibətləri bərpa etməyə çağırırdı. Məlumatlara görə, Lunaçarskinin Korolenko ilə əlaqə qurmaq təşəbbüsü Lenin tərəfindən gəlib.[23] V.D.Bonç-Brueviç xatirələrində yazır ki, Lenin, Lunaçarskinin Korolenkonun sovet sisteminə olan mənfi münasibətini dəyişdirə biləcəyinə ümid edirdi. Poltavada Korolenko ilə görüşərək, ona baş verənlərlə bağlı fikirlərini bildirən məktublar yazmağı təklif edən Lunaçarski, bu məktubları cavabları ilə birlikdə dərc edəcəyinə söz verdi. Məktublara Lunaçarski tərəfindən cavab gəlməsə də, Korolenko məktubların surətlərini xaricə göndəriərək, 1922-ci ildə Parisdə nəşr etdirir. Tezliklə bu nəşr Leninin əlində keçdi. Leninin, Korolenkonun Lunaçarskiyə məktublarını oxuması haqqında "Pravda" qəzetinin 24 sentyabr 1922-ci il tarixli nömrəsində məlumat verilmişdir.[22]:272—274

Təxəllüsləri

[redaktə | mənbəni redaktə et]
Vladimir Korolenko ailəsi ilə. Soldan sağa: Yevdokiya Semyonovna (Korolenkonun həyat yoldaşı) və Korolenkonun qızları - Natalya və Sofiya
  • Vladimir Korolenko inqilabçı populist Yevdokiya Semyonovna İvanovskaya ilə evli idi, Natalya (1888-1950, Lyaxoviçlə evlənmiş) və Sofiya (1886-1957, heç vaxt evlənməmişdir) adlı iki qızları vardı. Daha iki uşaqları körpə ikən vəfat etmişdi.
    • Nəvəsi (Natalyanın qızı) - Sofiya Konstantinovna Lyaxoviç (1914-1993) idi. Onun birinci həyat yoldaşı Sergey İvanoviç Şiqolev, ikinci həyat yoldaşı isə (1952-1955) Korolenko yaradıcılığının tədqiqatçısı Aleksandr Veniaminoviç Xrabrovitski olub.[25]
  • Baldızları: P.S.İvanovskaya, A.S.İvanovskaya və qaynı V.S.İvanovski - populist inqilabçılar olub.
  • Hüquqşünas və "Şaxti" işi adlı məhkəmə prosesinin 16 müdafiəçidən biri olan qardaşı oğlu Vladimir Yulianoviç Korolenko repressiyaya məruz qalmış, Solovki əsir düşərgəsində saxlanılaraq, 3 noyabr 1937-ci ildə Medvejyeqorsk yaxınlığındakı Sandormoxda güllələnmişdir.[26]

Qiymətləndirmə

[redaktə | mənbəni redaktə et]

Müasirləri Korolenkonu təkcə yazıçı kimi deyil, həm də şəxsiyyət və ictimai xadim kimi yüksək qiymətləndirirdilər. İvan Bunin onun haqqqında deyirdi:

" O, indiki ədəbiyyatımız və həyatımızdakı mənfi hadisələrə toxuna bilən titan idi. Lev Tolstoy sağkən mən şəxsən rus ədəbiyyatında baş verənlərdən qorxmurdum. İndi də mən heç kimdən və heç nədən qorxmuram: axı, gözəl, qüsursuz Vladimir Qalaktionoviç Korolenko sağdır.
— İ.A.Bunin, V.Korolenkonun 60 illik yubileyi ilə əlaqədar Odessa "Cənub düşüncəsi" qəzetinə müsahibəsi, № 565 (14 iyul 1913-cü il).[27]
"

Fevral inqilabından sonra Anatoli Lunaçarski Rusiya Respublikasının Prezidenti vəzifəsinə Korolenkonu layiq görürdü. Korolenko Maksim Qorkiyə "sarsılmaz inam" hissini ötürürdü. Qorki yazırdı:

" Mən çox yazıçı ilə dost olmuşam, lakin heç biri Vladimir Qalaktionoviçin onunla ilk görüşümdən göstərdiyi hörmət hissini mənə ötürə bilmədi.
— M. Qorki, E.S.Korolenkoya məktub, 7 oktyabr 1925-ci il.
"

Anton Çexov Korolenko haqqında:

" And içə bilərəm ki, Korolenko çox yaxşı insandır. Bu insanın nəinki yanında, hətta arxasında gəzmək belə əyləncəlidir.
— A.P.Çexov, A.N.Pleşçeyevə məktub, 9 aprel 1888-ci il.
"
  • "Daça Korolenko" ev-muzeyi Gelencikdən 20 kilometr cənub-şərqdə, Canxot kəndində yerləşir. Əsas bina 1902-ci ildə yazıçının çizimləri əsasında tikilib, köməkçi otaqlar və binalar bir neçə il ərzində tamamlanıb. Yazıçı bu binada 1904, 1908, 1912 və 1915-ci illərdə yaşayıb.
  • Nijni Novqorodda 14 nömrəli məktəbin nəzdində yazıçının həyatının Nijni Novqorod dövrünə aid materialları özündə əks etdirən muzey fəaliyyət göstərir.
  • Rovno kişi gimnaziyasının yerindəki Rovno şəhərindəki muzey.
  • Yazıçının vətəni Jitomirdə ev-muzeyi 1973-cü ildə açılmışdır.
  • Poltavada V.Q. Korolenkonun 18 il yaşadığı ev-muzeyi fəaliyyət göstərir.
  • "Daça Korolenko" milli əhəmiyyətli landşaft qoruğu. Poltava vilayəti, Şişakski rayonu, Malı Perevoz kəndi (keçmiş Xatki ferması). Yazıçı 1905-ci ildən yay aylarında burada dincəlir və işləyirdi.
  • V.Q.Korolenko Virtual muzeyi.[28]

V.Q.Korolenkonun Çerkyox kəndindəki ev-muzeyi. 1970-ci illərin sonlarında Yakutiyanın Tattinski ulusunda Çerkexski "Yakut siyasi sürgün" memorial muzey kompleksində (indiki Çerkexski Tarix-Diyarşünaslıq Muzeyi) yaradılmışdır.

Canxot kəndindəki (Krasnodar diyarı) "Daça Korolenko" ev-muzeyi

V.Q.Korolenko adına kitabxanalar

[redaktə | mənbəni redaktə et]

Siyahı V.Q.Korolenko Virtual Muzeyinin materialları əsasında tərtib edilmişdir:[29]

  • V.Q.Korolenko adına Xarkov Dövlət Elmi Kitabxanası.
  • V.Q.Korolenko adına Çerniqov Regional Universal Elmi Kitabxanası.
  • V.Q.Korolenko adına Qlazov İctimai Elmi Kitabxanası.
  • Moskvada V.Q.Korolenko adına 44 saylı kitabxana.[30][31][32]
  • İjevskdəki kitabxana
  • V.Q.Korolenko adına Voronej Regional Gözdən Əlillər üçün Xüsusi Kitabxanası.
  • Kurqandakı V.Q.Korolenko adına Regional Xüsusi kitabxanası.
  • Gelencik Mərkəzi Kitabxanası.
  • Sankt-Peterburqda 6 nömrəli uşaq kitabxanası.[33]
  • Yekaterinburqdakı 26 nömrəli kitabxana.
  • Zaporojya şəhərindəki 11 saylı kitabxana-filial.
  • Novosibirskdəki uşaq kitabxanası.
  • Mariupol Mərkəzi Kitabxanası.
  • Nijni Novqoroddakı Nijni Novqorod vilayətinin V.Q.Korolenko adına Mərkəzi Regional Kitabxanası.
  • V.Q.Korolenko adına Pavlovsk Mərkəzi Kitabxanası. Pavlovo, Nijni Novqorod vilayəti.[34]
  • Volqoqradda V.Q.Korolenko adına 7 nömrəli kitabxana-filial.[35]

Digər qurum və obyektlər

[redaktə | mənbəni redaktə et]

Korolenkonun adının verildiyi qurumlar:

  • 1961-ci ildə İjevskdəki Udmurtiya Dövlət Rus Dram Teatrına Multan işində Udmurt kəndlilərinin müdafiəçisi kimi çıxış edən V.Q. Korolenkonun adı verilib. Hadisələr "Rus dostu" tamaşasında öz əksini tapıb;
  • 1973-cü ildə yazıçıya vətəni Jitomirdə abidə ucaldılıb (heykəltəraş V.Vinaykin, memar N.İvançuk);
  • V.Q.Korolenko adına Poltava Milli Pedaqoji Universiteti;
  • Poltava və Jitomirdəki məktəblər;
  • V.Q.Korolenko adına Qlazov Dövlət Pedaqoji İnstitutu
  • Nijni Novqoroddakı 14 nömrəli orta məktəb;
  • Xarkovdakı təhsil kompleksi;
  • Kerçdəki 3 nömrəli məktəb;
  • Noginskdə 2 saylı Təhsil Mərkəzi (Moskva vilayəti);
  • SSRİ sərnişin gəmisi;
  • 1978-ci ildə yazıçının 125 illik yubileyi şərəfinə Poltava vilayəti Şişak rayonunun Xatki kəndindəki bağın yanında abidə ucaldılıb;
  • 1990-cı ildə Ukrayna Yazıçılar İttifaqı Ukraynada ən yaxşı rusdilli bədii əsərə görə nominasiyasında Korolenko adına mükafatı təsis edib;
  • 1993-cü ildə 3835 asteroidinə Karalenko adı verilib.

Sakinləri üçün hüquq müdafiəçisi (Multan işi) kimi çıxış edən Korolenkonun adına Udmurtiyada kənd var.

Filateliya və numizmatikada

[redaktə | mənbəni redaktə et]

Vladimir Korolenko adına təqaüd

[redaktə | mənbəni redaktə et]
"Rusiyanın zənginliyi" jurnalının redaksiya heyəti

Vladimir Korolenko adına təqaüd Qlazov Pedaqoji İnstitutunda təsis edilmişdir. Hal-hazırda təqaüd verilmir.

  1. Sergey Aleksandroviç Korolenko (?—1908) — rusiyalı iqtisadçı-statistik, iqtisadi və sosial-siyasi mövzulardakı nəşrlərin müəllifidir. Yekaterinoslav quberniyasının Novomoskovsk rayonu, Maqdalinovskaya volostunun 1-ci Aleksandrovka kəndinin mülkiyyətçisi olub.[19] Nikolayev süvari məktəbi və Baş Qərargah Akademiyasında təhsil alıb. 1884-1898-ci illərdə o, görkəmli rus mineralogu Vladimir İvanoviç Vernadskinin bacısı Yekaterina ilə evli olub. 1889-cu ildən Dövlət Əmlakı Nazirliyinin Kənd Təsərrüfatı və Kənd Sənayesi İdarəsində çalışmışdır. 1900-cü illərdə "Qarayüzlərin" "Yeni vaxt" qəzeti ilə əməkdaşlıq etmişdir.[20][21]

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Uzun yol (SSRİ, 1956, rejissorlar: Leonid Qayday, Valentin Nevzorov).
  • Polesye əfsanəsi (SSRİ, 1957, rejissorlar: Pyotr Vasilevski, Nikolay Fiqurovski).
  • Kor musiqiçi (SSRİ, 1960, rejissor Tatyana Lukaşeviç).
  • Boz daşlar arasında (SSRİ, 1983, rejissor Kira Muratova).
  1. 1 2 3 4 Венгеров С. А. Короленко, Владимир Галактионович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1895. Т. XVI. С. 314–316.
  2. 1 2 Короленко Владимир Галактионович // Литераторы Санкт-Петербурга. ХХ век (rus.). / под ред. О. В. Богданова
  3. 1 2 Vladimir Korolenko // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Wladimir Galaktionowitsch Korolenko // Brockhauz Ensiklopediyası (alm.).
  5. Меламед, 1994
  6. 1 2 Миронов, 1962
  7. Список гражданских чинов 8 класса. — СПб., 1858. — С. 1641.
  8. Собрание сочинений. Том 5, 1954, Примечания
  9. Собрание сочинений. Том 5, 1954, Глава XI. Первый спектакль
  10. Daniela Fanfarillo. Korolenko // Slavia: rivista trimestrale di cultura. — Anno IV. — N. 2 (Aprile-Giugno 1995). Arxivləşdirilib 2015-10-02 at the Wayback Machine — P. 131.
  11. "Короленко Владимир Галактионович - Литературные путешествия по Перми". sites.google.com. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-10.
  12. "«Голос Украины» — газета Верховной Рады Украины". 2013-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-10.
  13. На укр.: [Могила В. Г. Короленко http://histpol.pl.ua/ru/lichnosti/skulptory?id=249 Arxivləşdirilib 2018-07-30 at the Wayback Machine]
  14. 1 2 "Портретная галерея Дмитрия Быкова в журнале «Дилетант»". www.limonow.de. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
  15. Вальдман Б. Гл. 4. Проза русских писателей и их отношение к еврейскому вопросу // Русско-еврейская журналистика (1860—1914): литература и литературная критика. Рига: Центр изучения иудаики Латвийского университета. 2008. 224. ISBN 978-9984-39-456-5.
  16. Негретов П. И. В. Г. Короленко: Летопись жизни и творчества. 1917—1921.
  17. Борейко В. Е. Иван Иванович Горбунов-Посадов как апостол экологической этики Arxivləşdirilib 2009-04-21 at the Wayback Machine
  18. 1 2 Ленин о Короленко / IV. Разыскания и сообщения // В. И. Ленин и А. В. Луначарский. Переписка, доклады, документы. — АН СССР. Ин-т мировой лит. им. А. М. Горького; ред. тома И. С. Зильберштейн, А. А. Соловьёв. — М.: Наука, 1971. — 766 с. — (Лит. наследство, т. 80).
  19. Заруба В. М. Історико-статистичні описи поселень Новомосковського та Павлоградського повітів (PDF). Днiпро: Ліра. 2018.— стр.7.
  20. Вернадский, Владимир Иванович. 1935 // Дневники, 1935-1941 : в 2 кн. М.: Наука. отв. ред. В. П. Волков. 2006. 18. ISBN 5-02-033831-1.
  21. В. И. Ленин полн. собр. соч. т. 15 (февраль-июль 1907 г.) Москва, Политиздат, 1972. Указатель имён с. 512—564
  22. 1 2 3 Негретов П. И. В. Г. Короленко: Летопись жизни и творчества, 1917—1921. М.: Книга. 1990. ISBN 5-212-00315-6.
  23. Владимир Короленко. Письма к Луначарскому // Записки очевидца: Воспоминания, дневники, письма. М.: Современник. Сост. М. Вострышев; вступ. ст. Залыгин, Сергей Павлович; коммент. Храбровицкий, Александр Вениаминович. 1989. 585—623, 718–719. ISBN 5-270-00970-6.
  24. Масанов, Иван Филиппович. Новые дополнения к алфавитному указателю псевдонимов. Алфавитный указатель авторов. // Словарь псевдонимов русских писателей, учёных и общественных деятелей. IV (15000 nüs.). М.: Издательство всесоюзной книжной палаты. Масанов Ю. И. 1960. 246–247.
  25. Марина Макеева. Письмо из Серебряного века // Москва. Северо-Запад (газета) (русский). № 19. — 2023. июнь.
  26. Разумов Т. "В память об Ольге Бочкарёвой". Возвращённые имена. Книги памяти России. (rus). Российская национальная библиотека. 2020-07-30. 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-12.
  27. Аверин Б. Личность и творчество В. Г. Короленко // Короленко В. Г. Собрание сочинений в 5 тт. 1. Л.: Художественная литература. 1989—1991.
  28. "Виртуальный музей В. Г. Короленко" (rus). 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  29. "Имя Короленко". Виртуальный музей В. Г. Короленко (rus). 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  30. "Библиотека №44 им. В.Г. Короленко (ул. Фестивальная, д. 46, корп. 1) — ГБУК г. Москвы `ЦБС САО`". cbssao.ru. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-10.
  31. "Библиотека №44 им. В.Г. Короленко (ул. Онежская, д. 17) — ГБУК г. Москвы `ЦБС САО`". cbssao.ru. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-10.
  32. "Библиотека №44 им. В.Г. Короленко (ул. Смольная, д. 11) — ГБУК г. Москвы `ЦБС САО`". cbssao.ru. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-10.
  33. "Детская библиотека № 6 им. В. Г. Короленко". ЦБС Фрунзенского района (rus). 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  34. "Библиотеки ЦБС" (rus). МБУК «Централизованная библиотечная система» Павловского района Нижегородской области. 2020-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  35. "Главная страница | Библиотека-филиал №7 г. Волгоград". csgb7.volglib.ru. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-10.
Feliks Vallotton. V.Q.Korolenkonun portreti, 1896.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]