Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır.
Xəmsə əlyazması | |
---|---|
Tip | Xəmsə |
Tarix | XV əsrin I yarısı |
Dil(lər) | farsca |
Yazan(lar) | Nizami Gəncəvi |
Material | kağız və mürəkkəb |
Ölçü | 16 × 26 sm |
Format | kitab |
Vəziyyət | yaxşı |
Əlifba | ərəb əlifbası |
İçindəkilər | 700 səhifə |
Əvvəl saxlanılıb | AMEA Əlyazmalar İnstitutu, Bakı, Azərbaycan |
Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır.[1]
Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır.[1]
Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir. Əlyazmasının sonunda bir qəsidə də verilmişdir (699a−570b). Əlyazması müasir üzlənməyə malikdir.[1]
Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XV əsrin I yarısına aid edilir. 700 səhifəlik əlyazmasının ölçüləri 16 × 26 sm-dir.[1]