Nizami Gəncəvinin heykəli (rus. Памятник Низами Гянджеви) — görkəmli Azərbaycan şairi, farsdilli Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin 2004-cü il fevralın 24-də Çeboksarı şəhərinin cənub qəsəbəsində ucaldılmış heykəli.
Nizami Gəncəvinin heykəli | |
---|---|
rus. Памятник Низами Гянджеви | |
Ölkə | Rusiya |
Yerləşir | Çeboksarı |
Heykəltaraş | Ömər Eldarov |
Tikilib | 24 fevral 2004 |
Abidənin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev iştirak etmişdir. Açılış mərasimində, həmçinin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.[1]
Abidənin müəllifi, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.[1]