"Lək-lək" jurnalı (az.-əski. لکلک) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır.
Lək-lək | |
---|---|
az.-əski. لکلک | |
| |
Baş redaktor | |
Növ | həftəlik jurnal |
Təsisçi | |
Təsis tarixi | 22 fevral (7 mart) 1914 |
Nəşrini dayandırıb | 30 iyun (13 iyul) 1914 |
Qərargah | |
Dil | Azərbaycan dili |
Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib.
Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib[1]. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər[2]. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib[3][4]. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu[2]. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
1914-cü il iyunun 30-da jurnalın nəşri dayandırılır. Fəaliyyət göstərdiyi müddətdə jurnalın 12 sayı işıq üzü görüb.
Jurnal "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirmişdir.
Jurnala molla nəsrəddinçi yazıçılar, Cabbar Əsgərzadə "Lək-lək", "Müqəllid", Əli Məhzun Rəhimov "Yetim cücə", Məmməd Səid Ordubadi "Hərdəmxəyal" təxəllüsləri ilə yazılar yazırdılar[5].
Azərbaycan Tarix Muzeyində jurnalın bütün sayları cildlənmiş şəkildə mühafizə olunur[6].
Jurnalın təbliğ etdiyi müsbət ideyalar çox idi. Onun əməkdaşları görürdülər ki, dini dünyagörüşünü, mövhumatı, şəriəti tənqid etmədən yeni mədəniyyətə yol açmaq mümkün deyildir. "Lək-lək"in səhifəlrəində dinin irticaçı mahiyyətini göstərən, ruhanilərin əsil simasını açan, köhnə dünyanın çürük adət-ənənlərini tənqid edən yazılara geniş yer verilirdi. "Lək-lək" açıq şəkildə deyirdi ki, Allahdan imdad gözləmək əbəsdir, elm, mədəniyyət kəsb etməklə, zəhmət çəkməklə firavan həyat qurmaq olar.
"Lək-lək" yeni məktəbin təbliğatçısı idi. Jurnal fəaliyyət göstərən vaxt İrəvanda 15 rus-tatar məktəbində cəmi 911 azərbaycanlı, yəni hər 350 nəfərdən biri təhsil alırdı. Məktəblərdə oxumaq bilik və istedadla deyil, pul ilə mümkün idi. Jurnal "Çəkic" adlı felyetonda yerli hökumətin məktəblər açmağa fikir vermədiyini kəskin tənqid edirdi.
Jurnal öz səhiflərində inqilabi hadisələrin gedişinə də toxunmuş, azadlıq hərəkatının bəzi məsələlərini işıqlandırmışdır. Rusiyadakı hadisələri diqqətlə izləyən "Lək-lək" yazırdı ki, fəhlələrin tətil hərəkatı, nümayişləri dayanmır. "Fəhlələr deyirlər: Bizə azadlıq lazımdır, bizə bərabərlik lazımdır". Jurnal inqilabi hərəkata Ermənistanın da qoşulmasını arzulayırdı, göstərirdi ki, indi söz Ermənistanındır, ona da azadlıq, xoşbəxtlik lazımdır. 1914-cü ilin mayında inqilabi ideyaların təbliği üstündə İrəvanda erməni dilində çıxan "Xosk" ("Söz") qəzetinin 17-ci nömrəsini müsadirə etmiş, onun redaktoru bolşevik Arşabir Melikyanı məhkəmə məsuliyyətinə cəlb etmişdilər. Bu hadisəyə etiraz edən mətbuat orqanlarında biri də "Lək-lək" idi. Jurnal imperialist müharibəsini tənqid edən, onun işğalçılıq mahiyyətini göstərən yazılar verirdi.
Belə materiallarla yanaşı, "Lək-lək"in səhifələrində xırda burjua görüşləri də təbliğ olunurdu. Siyasi hadisələrə bəzən burjuaziyanın mövqeyindən qiymət verilirdi. N. Axundov haqlı olaraq yazır:
Jurnal bəzən xalqın intibahını arzularkən millətçilik əhval-ruhiyyəsinə də qapılırdı. |
"Kamil paşanın ruhuna ithaf" adlı uzun bir şeirdə, (şeir "Yetim cücə" imzası ilə çap olunmuşdur) "Siyasi lüğətlərdə" Yaxın Şərqdə və Balkanda baş verən siyasi hadisələr birtərəfli işıqlandırılır: milli azadlıq, dövlət istiqlaliyyəti uğurunda mübarizə aparan Balkan xalqlarının hüququna layiqincə qiymət verilmirdi.