XƏCİLLİK
XƏDİMƏ
OBASTAN VİKİ
Xədim Davud Paşa
Xədim Davud Paşa (ö. sentyabr 1549) — Misir bəylərbəyi. == Həyatı == Saray xədimlərindən olub, bura necə alındığı məlum deyil. Saray hərəmindəki təhsilini və xidmətini tamamlamasının ardından 1538-ci ilin aprelində Xədim Süleyman Paşanın da tövsiyəsilə, Misir bəylərbəyliyinə gətirildi. Eyni zamanda vəzir rütbəsi alan Davud Paşa, hamisi Süleyman Paşa ilə birlikdə Dəli Hüsrəv Paşaya qarşı siyasi müxalifət apardı. Ancaq Süleyman Paşa bu mübarizədə gözdən düşərək vəzifədən alındı. 2 il davam edən təftişin ardından Süleyman Paşanın 1547-ci ildə vəfat etməsi nəticəsində tək qalan Davud Paşa bu vəzifədə çox qala bilmədi. 22 aprel 1549-cu ildə sədrəzəm Rüstəm Paşanın yaxın adamlarından Səmiz Əli Paşa Misir bəylərbəyliyinə gətirildi. Vəzifədən alınan Davud Paşa isə saray xədimi olması səbəbilə, ənənəyə uyğun olaraq qalan ömrünü Misirdə keçirdi. Ancaq səhhəti pis idi və vəzifədən alındıqdan bir neçə ay sonra Misirdə vəfat etdi.
Xədim Həsən Ağa
Xadim Həsən Ağa (1486, Sardiniya – bilinmir, Əlcəzair) — Osmanlı bəylərbəyisi, dənizçi. == Həyatı == Əslən Sardiniya adasından olan Həsən Ağa, məşhur pirat Xeyrəddin Barbarosun himayasındə yetişmiş, onun 1533-cü ildə Osmanlı Donanmasına rəhbərlik üçün İstanbula çağırılmasından sonra Əlcəzayir Bəylərbəylində 10 il hökmdarlıq etmiş Osmanlı dənizçi, hərbçi, pirat olmuşdur. 1541-ci ildə Müqəddəs Roma imperiyasının liderliyində, V Karl, Andrea Doria, Fernando Alvares de Toledonun başçılığı altında birləşmiş xrisyan qüvvələrinin Əlcəzairə hücumu Həsən Ağanın uğurlu taktikası ilə müvəffəqiyyətsizliklə nəticələnir. 1543-cü ildə Tlemsen səfərindən sonra osmanlı əsgərləri ilə arasında yaranan narazılıq Həsən Ağanın gözdən düşməsinə səbəb olmuşdur. Xeyrəddin Barbarossanın qərarı ilə hakimlikdən azad edilmiş yerinə bir müddət Hacı Paşa gətirilmişdir. Tam ölüm tarixi bilinməsə də, 1545-ci ildə vəfat etdiyi güman edilir. == Portretinin səhv salınması == Alman zərgər, qravür ustası, naşir və rəssam Theodor de Bry (1528–1598) tərəfindən 1596-cı ildə çəkilən portret bir çox mənbələrdə səhvən Uzun Həsənə aid edilmişdir. Fransız yazıçı Jean Jacques Boissard (1528–1602) tərəfindən yazılmış "Vitae et Icones Sultanorum Turcicorum, etc" (Türk Sultanların həyatları və ikonaları, 1596–1597) əsərin 218-ci səhifəsində Həsən Ağa haqqında məlumat verilmiş, məlum portret dərc edilmişdir. John E. Woodsa aid "Ağqoyunlu" (The Aqquyunlu: Clan, Confederation, Empire) əsəri 1993-cü ildə Türkiyədə "Milliyet Yayın"ın tərəfindən türk dilində çap edilərkən, kitabın cildində həmin portret Uzun Həsən imiş kimi göstərilib. 2012-ci ildə Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illiyinə həsr olunmuş poçt markalarında Cəzayir hökmdarı Xadim Həsən Ağanın təsvir edildiyi portret Uzun Həsən adı ilə çap edilmişdir.
Xədim Süleyman Paşa
Xədim Süleyman Paşa (d. 1470 - ö. sentyabr 1547) — I Süleyman dönəmində may 1541 - 28 noyabr 1544 tarixlərində ümumilikdə 3 il 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Saray nədimlərindən olduğu üçün Xədim Süleyman Paşa olaraq tanınır. == Həyatı == Rəvayətə görə, 1470-ci illərdə dünyaya gəlmiş, əslən macardır. Sarayda hərəmxanaya alınaraq xidmət göstərmiş və Yavuz Sultan Səlimin son illərində xəzinədar olmuşdur. 1523-cü ildə kaptan-ı dərya Lütfi Paşanın Qaraman bəylərbəyiliyinə gətirilməsi ilə kaptan-ı dərya, 1524-cü ilin dekabrında isə Dəməşq bəylərbəyiliyinə gətirildi. Sədrəzəm İbrahim Paşa Misirdəki üsyanı yatırmış və buradakı nizam-intizamı təmin etdikdən sonra Dəftərdar İsgəndər Çələbinin tövsiyəsi ilə Süleyman Paşanı 1525-ci ilin may ayında Misir bəylərbəyi təyin etdi. Xədim Süleyman Paşa əsl idarəçilik karyerasını məhz Misirdə qurmuşdur. Bu vəzifəsi əsnasında (1526) bəylərbəyilik divanında yanğın baş vermiş, bu səbəbdən yanan bütün sənədləri bərpa etmək üçün islahatlar aparmışdır.
Xədim Sənan Paşa
Xədim Sənan Paşa ( d. 1459, Bosniya - ö. 23 yanvar 1517, Misir) — Yavuz Sultan Səlim dönəmində 2 dəfə - ümumilikdə 1 il 5 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Mənbə == Əslən boşnaqdır və saraya alınma tarixi məlum deyil. Xədim edilərək hərəmxanaya alınmış, ancaq zənci olmadığına görə, Akağalar Ocağına qəbul edilərək burada mükəmməl təhsil almışdır. Əndərundakı təhsilini başa vurduqdan sonra Bosniya sancaqbəyi olaraq saraydan ayrılmışdır. Yavuz Sultan Səlim Çaldıran səfərinə çıxdıqdan qısa müddət sonra Anadolu bəylərbəyi Mustafa Paşanın yerinə gətirildi (23 aprel 1514). Osmanlı dövlətinin ənənəvi döyüş taktikasına görə, Sənan Paşa Çaldıran döyüşündə Anadolu birlikləri ilə ordunun sağ cinahında yer aldı. 23 avqust 1514 tarixində baş tutan döyüşdə Səfəvilərin Diyarbəkir hakimi olan Xanməhəmməd bəy Ustaclı ilə vuruşmuş, nəticədə Xanməhəmməd bəy ələ keçirilərək öldürülmüşdür. Çaldıran qələbəsinin ardından 25 avqust tarixində toplanan divan məclisində Sənan Paşa döyüşdə həlak olan Həsən Paşanın yerinə Rumeli bəylərbəyi təyin edildi.
Xədim Şəhabəddin Paşa
Xədim Şəhabəddin Paşa (ö. 1453-dən sonra) — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir olmuş dövlət xadimi. Hərəm ağası olduğu üçün Xədim Şəhabəddin Paşa olaraq anılmışdır. == Həyatı == Əsli və ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Dönəmin tarixi mənbələrində Qula Şahin Paşa, vəqf kitablarında isə Qazi, Əlhac ünvanlarıyla anılır. II Murad dönəmində sarayda yetişmiş, daha sonra hərəm ağası olaraq xidmət etmişdir. Sultan Muradın yaxın adamlarından biri olaraq önə çıxmış, 1432-ci ildən öncə Balkan yarımadasında Evrenesoğlu Əli bəyin ardından Ərgirikasrı sancaqbəyliyinə gətirilmişdir. Bu vəzifədə ikən hərbi fəaliyyətləriylə məşhurlaşmış, Sultan Muradla birlikdə bir çox hərbi əməliyyata qatılmışdır. Sultan Muradın oğulları Şahzadə Ələddin və Şahzadə Mehmedin 1438-ci ildə Ədirnədə keçirilən sünnət mərasimi əsnasında Saruca Paşanın yerinə vəzirliyə gətirildiyi bilinir. Bundan başqa yaxın zamanda vəfat edən Sənan Paşanın Rumeli bəylərbəyliyi ünvanı da Şəhabəddin Paşaya verildi.
Xədim Əbdürrəhman Paşa
Xədim Əbdürrəhman Paşa (ö. aprel 1653) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək qapıağası oldu. 1649-cu ilin iyulunda vəzir rütbəsiylə İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. 1650-ci ilin dekabrında Anadolu, 1651-ci ilin fevralında isə Misir bəylərbəyi təyin edildi. Ancaq 9 sentyabr 1652-ci ildə vəzifədən alınaraq paytaxta çağırıldı və divan vəziri oldu. 1653-cü ilin aprelində vəfat etdi. == Mənbə == Sicill-i Osmani I, səh.
Xədim Əhməd Paşa
Xədim Əhməd Paşa (ö. 6 noyabr 1613) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, əslən albandır. Saraydakı tədrisatını və təhsilini tamamlamasının ardından Kipr bəylərbəyi olaraq saraydan ayrıldı. Daha sonra 1590-cı ilin sentyabrında vəzir rütbəsilə Misir bəylərbəyi təyin edildi. 1595-ci ildə burdan Bosniyaya təyin edildi. Ancaq 1597-ci ildə girdiyi bir çatışmada məğlub olduğu üçün vəzifədən alındı. Daha sonra paytaxta çağırılaraq vəzir oldu və 1599-cu ildə sədarət naibliyinə gətirildi. 10 ay sonra bu vəzifəsindən də azad olundu və Anadolunun mühafizəsi ilə vəzifələndirildi.
Xədim Əli Paşa
Hadım Əli Paşa və ya Qoca Əli Paşa (XV əsr, Sarayevo – 1 iyul 1511, Amasya) — II Bəyazid səltənətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Əslən boşnaq olub, Sarayevo yaxınlığındakı Drozqometva qəsəbəsində dünyaya gəldi. Fateh Sultan Mehmedin Bosniyanı fəth etməsinin ardından dəvşirildi və hadım olaraq Əndəruna alındı. O illərdə Hadım Əli olaraq anılmağa başlandı və bir müddət Babüssəadə ağası olduqdan sonra öncə sancaqbəyi, daha sonra Qaraman bəylərbəyi təyin edildi (1482). Bu vəzifədə ikən başlayan taxt mübarizəsində Sultan Bəyazidi dəstəklədi. Cem Sultana və Qaramanoğlu Qasım bəyə qarşı mübarizə apardıqdan sonra Rumeli bəylərbəyliyinə təyin edilərək Akkermana hücum edən Boğdan hakiminə qarşı göndərildi. Boğdan hakimi məğlub olub Lehistana qaçdı və Əli Paşa, idarəsindəki Osmanlı birlikləriylə Boğdana daxil oldu. Ardından 1483-cü ildə sədrəzəm Davud Paşanın rəhbərliyi ilə Məmlük səfərinə qatıldı. Bu səfərdə ətraf bölgələrdəki qalaların ələ keçirilməsində nailiyyət qazandı və orduda artan xəstəlik səbəbilə 1492-ci ildə Qaramana geri çəkildi. Məmlüklərlə sülhün təmin edilməsinin ardından, Venesiyaya qarşı səfərə çıxan Davud Paşanı müşayiət etdi.
Xədim Həsən Paşa
Xadım Həsən Paşa (ö. 15 aprel 1598) — III Mehmed dövründə 5 ay 6 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. Həyatının ilk illəri haqqında məlumat yoxdur. Əndərunda yetişmiş, sarayın hərəm xədimlərindən biri olmuşdu. Ardından baş xəzinədar olmuş, 1580-ci ildə vəzirliklə Misir bəylərbəyliyinə təyin edilmişdir. Ancaq 3 il qaldığı bu vəzifədə zülmkar olması və bəzi rüşvət məsələlərinə adının qarışması səbəbilə vəzifədən alınmış, bir müddət Yeddiqüllə zindanlarında həbs tutulmuşdur. Bu əsnada mal-mülkü müsadirə edilən Həsən Paşa, Validə Nurbanu Sultana olan yaxınlığı və saraya göndərdiyi hədiyyələr sayəsində bağışlandı və Anadolu bəylərbəyliyi ilə paytaxtdan uzaqlaşdı. Bu vəzifədə ikən Gəncə mühasirəsində iştirak etdi və ardından 1588-ci ildə Şirvan bəylərbəyi oldu. Haqqındakı şikayətlər səbəbilə vəzirliyi ləğv edilsə də, çox keçmədən yenidən bağışlandı. 22 yanvar 1594-cü ildə qübbə vəzirliyinə təyin edilərək paytaxta çağırıldı.
Xədim Davud paşa
Xədim Davud Paşa (ö. sentyabr 1549) — Misir bəylərbəyi. == Həyatı == Saray xədimlərindən olub, bura necə alındığı məlum deyil. Saray hərəmindəki təhsilini və xidmətini tamamlamasının ardından 1538-ci ilin aprelində Xədim Süleyman Paşanın da tövsiyəsilə, Misir bəylərbəyliyinə gətirildi. Eyni zamanda vəzir rütbəsi alan Davud Paşa, hamisi Süleyman Paşa ilə birlikdə Dəli Hüsrəv Paşaya qarşı siyasi müxalifət apardı. Ancaq Süleyman Paşa bu mübarizədə gözdən düşərək vəzifədən alındı. 2 il davam edən təftişin ardından Süleyman Paşanın 1547-ci ildə vəfat etməsi nəticəsində tək qalan Davud Paşa bu vəzifədə çox qala bilmədi. 22 aprel 1549-cu ildə sədrəzəm Rüstəm Paşanın yaxın adamlarından Səmiz Əli Paşa Misir bəylərbəyliyinə gətirildi. Vəzifədən alınan Davud Paşa isə saray xədimi olması səbəbilə, ənənəyə uyğun olaraq qalan ömrünü Misirdə keçirdi. Ancaq səhhəti pis idi və vəzifədən alındıqdan bir neçə ay sonra Misirdə vəfat etdi.
Gürcü Xədim Mehmed Paşa
Gürcü Mehmed Paşa (ö. 13 iyul 1626) — I Mustafanın ikinci səltənəti dönəmində ümumilikdə 4 ay 10 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == Hərəmxanaya alınaraq tərbiyə olunduğu üçün tarixi mənbələrdə xədim ləqəbi ilə tanınır. Bəzi mənbələrə görə, Səmiz Əli Paşa tərəfindən, bəzi mənbələrə görə isə II Səlimin Ərzurum bəylərbəyi Hüsrəv Paşa tərəfindən saraya hədiyyə edilmişdir. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrə gətirilmişdir. I Əhmədin taxta çıxışının ardından qapı ağası Mustafa ağanın yerinə has odabaşı oldu (5 yanvar 1604). Həmin il mərkəzdə vəzir olmaması səbəbilə divan məclisinin qurula bilməməsindən şikayətlənən sədarət naibi Sarıqçı Mustafa Paşanın səyləri ilə, baş qapıçıbaşı Davud ağa, miraxur Mustafa ağa və has odabaşı Mehmed ağa vəzirliyə gətirildi (21 sentyabr 1604). Bir ay sonra Misir bəylərbəyi Hacı İbrahim Paşanın üsyançılar tərəfindən öldürülməsi səbəbilə, Misirdəki vəziyyəti sabitləşdirmək üçün Misir bəylərbəyi seçildi (22 oktyabr 1604). Hava şəraitinin pis olmasına baxmayaraq fırtınalı bir havada yola çıxdı və Misirə yola düşdü. Üsyançılara qarşı aldığı tədbirlər o qədər sərt və zülmkarcasına idi ki, 7 ay sonra bu vəzifədən alındı və yerinə Yəmənli Həsən Paşa gətirildi (25 iyun 1605).
Xədim Məsih Mehmed Paşa
Xədim Məsih Mehmed Paşa (1485, Bosniya əyaləti – 1592, İstanbul) — III Murad dönəmində 1 noyabr 1585 – 14 aprel 1586 tarixlərində ümumilikdə 5 ay 13 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən bolqar olan Məsih Mehmed Paşa kiçik yaşlarında xədim edilərək saraya alınmışdır, burada təhsil aldıqdan sonra hərəmdə vəzifələndirilmişdir. Ardından bir müddət xəzinədar olan Mehmed Paşa 1574-cü ilin oktyabrında Misir bəylərbəyiliyinə gətirildi. Osmanlı tarixçilərindən İbrahim Peçəvi, Gəlibolulu Mustafa Əli və onları mənbə olaraq alan digər tarixçilərin yazdığına görə, II Səlim dövründə saray anbarında böyük bir yanğın çıxmış, sarayın bütün ərzaq və ləvazimatları məhv olmuşdu. Bu səbəblə saray anbarını yenidən təmin etmək üçün saray ağalarından Məsih ağaya paşa ünvanı verilərək Misirə göndərilmişdir. 5 il bu vəzifədə qalan Məsih Mehmed Paşa idarəçilikdəki bacarığı ilə məşhurlaşmış, 1579-cu ildə paytaxta çağırılaraq ikinci vəzir olaraq divan məclisinə alınmışdır. Sədrəzəm Özdəmiroğlu Osman Paşanın yerinə paytaxtda qalaraq sədarət naibi oldu. Ancaq sədrəzəmin səfər əsnasında xəstələnib ölməsi ilə 1 noyabr 1585 tarixində III Murad tərəfindən sədrəzəmliyə gətirildi. Sədrəzəm olaraq padşahın və saray əhlinin dövlət idarəsinə qarışmasına qarşı idi. 1586-cı ilin aprelində vəzifəsindən razı olmadığı rəis-ül küttab Həmzə ağanın vəzifədən alınmasını istəmiş, ancaq bu istəyi padşah tərəfindən qəbul edilməmişdir.
Xədimli (Duzluca)
Xədimli — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.

Значение слова в других словарях