XƏSTƏ-XƏSTƏ

нареч. хесте-хесте, хесте (азарлу) яз-яз, азарлу-азарлу, нахуш гьалда.
XƏSTƏ
XƏSTƏHAL
OBASTAN VİKİ
Xəstə
Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir: gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər) prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr) tam inkişaf dövrü sağalma dövrü. Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır.
Xəstə Bayraməli
Xəstə Bayraməli (azərb. Xudiyev Bayraməli Abbasəli oğlu‎; 10 iyul 1899, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı şair. Xəstə Bayraməli 10 iyul 1899-cu ildə Göyçə mahalının Nərimanlı kəndinə anadan olub. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib. Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir ab-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur. Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin ifasında yazılan audio-kassetlər bütün Şərq aləminə yayılıb. Şairin "Durnalar" şeirinə yazılan bəstəkar mahnısının çox maraqlı alınan klipi məzmununa görə böyük maraq doğurub.
Xəstə Qasım
Xəstə Qasım (1684, Tikmədaş, Şərqi Azərbaycan ostanı – 1760, Şamaxı) — XVIII əsr Azərbaycan aşığı. Rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb. "Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır. Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir. Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş. "Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir.
İngilis xəstə (film)
İngilis Xəstə 1992 də yayımlanmış olan Michael Ondaatje romanından uyğunlaşdırılmış Oskar mükafatlı bir film. Həmçinin, romanı da maraqlı qurğusunda ötəri Kanada da dövlət tərəfindən verilən əhəmiyyətli mükafatlar qazanmışdır. Film isə 1996-ci ildə viziona girmişdir. Filmin rejissorluğunu Anthony Minghella etmişdir. Film 1996-ci ildə ən yaxşı film də daxil olmaq üzrə 9 növdə Oskar mükafatı qazanmışdır.
Balaca, xəstə Vakx (Karavacco)
Xəstə Vakx — Karavacconun 1593-1594 illərdə şərab, bərəkət və teatr tanrısı Vakxı (Dionis) rəsm etdiyi əsər. == Tarixi == Əsər Karavacconun Romaya köçdüyü ilk illərdə rəsm edilmişdir. Bu zaman Karavacco Sezarilərin atelyesində çalışırdı. Dövrün mənbələrinə görə rəssam bu illərdə yoluxucu bir xəstəliyə tutulmuş və 6 ay Romadakı Mariya Della Konsolazione xəstəxanasında qalmışdır. 2009-cu ildə nəşr edilən "yoluxucu kliniki xəstəliklər" məqaləsində Karavacconun güman ki, malyariya xəstəliyinə yoluxması və dəri rənginin sarıya dönməsi barədə məlumatlar əks olunmuşdu. Xəstə Vakx Karavacconun digər əsərləri ("Meyvə səbətli oğlan") ilə birlikdə 1607-ci ildə Kardinal Borgeze tərəfindən sifariş əsasında çəkilmişdir. Əsər hal-hazırda Borgeze qalereyasında saxlanılmaqdadır. == Təsviri == 1593-1594-cü illərdə ərsəyə gətirdiyi ilk "Xəstə Vakx" adlı əsərdə rəssam Vakxın dərisini sarı və yaşıl tonlarda rəsm etmişdir. Bu nüans Vakxın xəstəliyinə diqqət çəkmək üçün idi. Vakxsın dəri rəngi əlində tutduğu üzüm salxımı ilə eyni tonlardadır.
İngilis xəstə (film, 1992)
İngilis Xəstə 1992 də yayımlanmış olan Michael Ondaatje romanından uyğunlaşdırılmış Oskar mükafatlı bir film. Həmçinin, romanı da maraqlı qurğusunda ötəri Kanada da dövlət tərəfindən verilən əhəmiyyətli mükafatlar qazanmışdır. Film isə 1996-ci ildə viziona girmişdir. Filmin rejissorluğunu Anthony Minghella etmişdir. Film 1996-ci ildə ən yaxşı film də daxil olmaq üzrə 9 növdə Oskar mükafatı qazanmışdır.

Digər lüğətlərdə