XAL

сущ. 1. хал (1. матӀ; qara xal чӀулав хал; xal kimi а) хал хьтин, гзаф гвечӀи, лап гъвечӀи, бицӀи; б) хал хьиз, лап гъвечӀиз; 2. къумар къугъвадай ччарарин, зарарин ва мс. винел жедай лишанрикай гьар сад; 3. гьисаб, кьадар (спортдин къугъунра ва акъажунра); 4. музыкантди музыкадиз алава ийидай асас мелодиядив кьур цӀийи пай, цӀийи жигьет); 2. гишир, нехиш (мес. гамунин, рухунин); xal vurmaq нехиш ягъун, нехиш кутун; ** xal vurmaq хал ягъун, фикир (гаф) къаб алаз, айгьамдалди, ишарайралди агакьарун.
XAQANLIQ
XAL-XAL
OBASTAN VİKİ
Xal (basketbol)
Xal (ing. points) — basketbol oyununda qalibi müəyyən edən göstərici. Cərimə atışında komandaya 1 xal, üçxallıq qövsdən 3 xal (FİBA: 6,75 m, NBA: 7,24 M), digər atış zamanı isə komandaya 2 xal verilir. NBA-da qövs kənarından atılan atışa rəsmi olaraq 1978-1980-cı mövsümdə, FİBA-nın keçirdiyi yarışlarda 1984-cü ildən 3 xal verilməyə başlanılmış. Ancaq ilk dəfə olaraq 3 xal Amerika Basketbol Assosiasiyasının keçirdiyi yarışlarda verilmiş (1967-1968). Daha çox xal toplamış komanda qalib elan olunur. Oyun boyu xal qazanan komandanın və oyunçuların statistikası aparılır (ing. points per game (PPG)). Basketbolda bu göstərici oyunçunun hücum effektliyini müəyyən edir. Karyera boyu ən çox toplanılmış xal: Kərim Abdul-Cabbar (38 387 xal) Oyunda orta hesabla ən çox qazanılan xal: Çemberlen Uilt və Maykl Cordan (30,1) NBA tarixində ən çox toplanılmış xal: Uilt Çemberlen100 xal (2 mart 1962-ci il).
İrəvanda xal qalmadı
"İrəvanda xal qalmadı" — Azərbaycan xalq mahnısı. Muğam ifaçısı Cabbar Qaryağdıoğlu bu məşhur mahnının həm sözlərinin, həm də musiqisinin müəllifidir. Bu mahnının yaranma tarixi belədir. Şuşalı Cabbar Qaryağdıoğlu İrəvan şəhərində varlı bir şəxsin oğlunun toy məclisini aparırmış. Bəy tərifi zamanı gəlinin atası yarızarafat-yarıciddi deyib ki, bayaqdan bəyi tərifləyirsən, bəs gəlini niyə vəsf etmirsən? Xanəndə gəlinin atasının sözünü yerə salmamaq üçün qızın nişanələrini soruşub. Öyrənib ki, gəlinin üzündə qoşa xal var. O zamanlar gəlini toy əhlinə göstərməzdilər. Cabbar Qaryağdıoğlu bədahətən ürəyindən gələn sözləri musiqiyə bələyərək həmin mahnını qoşub. Təsadüfən yaranan bu mahnının taleyi də uğurlu olub.
Cəbrayıl Əhmədov (xalçaçı)
Cəbrayıl Əhmədov — Bakı milyonçusu, görkəmli xalça ustası, "Azərxalça" İstehsalat Birliyinin yaradıcısıdır. XX əsrin əvvəllərində Azərbaycanın sayılıb-seçilən tacirlər, milyonçular olmuşdur. Onlardan biri Bakı milyonçusu, tacir Əhmədov Cəbrayıl idi. Cəbrayıl Əhmədov Əhməd oğlu oktyabr 1876-cı ildə Bakı şəhərində anadan olmuşdur. "Azərxalça" İstehsalat Birliyinin yaradıcısıdır. 1928-1966-cı illərdə Birliyin istehsalat şöbəsinin müdiri olmuşdur. Cəbrayıl Əhmədovun fəaliyyəti dövründə Bakı xalça artelində yüksək kefiyyətə malik bir sıra xalçalar—Nizaminin "Xəmsə"si, "V.İ. Lenin", "İ.V.Stalin" (70 metr olan bu xalça ölçüsünə görə Azərbaycanda toxunan ən böyük xalçadır, Azərbaycanın xalçaçılıq tarixində bu günə kimi bu böyüklükdə xalça toxunmamışdır), "Ü.Hacıbəyov", "M.Əzizbəyov", "T.Q.Şevçenko" və s. portret xalçaları toxunulmuşdur. Dövrünün gənc milyonçusu olan Cəbrayıl Əhmədovun Bakı şəhəri Kominist indiki İstiqlaliyyət küçəsində ticarət obyektləri olmuşdu. Gənc milyonçu həmin obyektlərinə öz şəxsi gəmiləri ilə Avropa ölkələrindən əntik əşyalar gətirərdi.
Cəfərabad (Xalxal)
Cəfərabad (fars. جعفرآباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (52 ailə).
Cənubi Qafqaz xalqları
Cənubi Qafqaz xalqları Cənubi Qafqaz dillərində danışan xalqlardır. Gürcülər, minqrellər, lazlar və svanlar bu qrupun indiki nümayəndələridir.
D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu

Didi Xalebi
Didi Xalebi (gürc. დიდი ხალები) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 28 nəfər idi. 2014-cü ildə 26 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Donetsk Xalq Respublikası
Donetsk Xalq Respublikası (rus. Донецкая народная республика, ukr. Донецька народна республіка, qısaca DXR) — 2014-cü ilin aprelində Donetsk vilayətinin daxilində, Ukraynada "Avromeydan" nəticəsində hökm sürən hakimiyyət əleyhdarlarıyla elan edilmiş separatist, tanınmayan dövlət. Bu addımın səbəbləri: [neytrallıq?] Regionun əhalisi ilə konstruktiv dialoq aparmağa Kiyev rəhbərliyinin rədd cavabı; Əhalinin maraqları və tələbatları nəzərə alınmaması; Yerli əhalinin Kiyev hökumətinin legitimliyini tanımaması. Rusiyanın böyük ölçülü təsiri. Bir sıra mənbələrin fikrincə, 2014-cü ilin iyun ayının əvvəlinə Donetsk vilayətinin ərazisinin üçdə biri Donetsk Xalq Respublikası nəzarəti altındadır.
Doğma Xalqıma (1954)
Doğma xalqıma (rus. Родному народу) — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii-sənədli film. Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkşlərinə yaradıcılıq hesabatıdır. Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, "Koroğlu" və "Nərgiz" operalarından, "Yeddi gözəl", "Qız qalası", "Gülşən" baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilmişdir. "Doğma xalqıma" ilk rəngli Azərbaycan bədii-sənədli filmidir. Filmin bəzi səhnələri tamamilə ağ-qara çəkilmişdir. Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Yan Frid, Hüseyn Seyidzadə Baş operator: Əlisəttar Atakişiyev Operator: Xan Babayev, Teyyub Axundov Rəssam: Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, A. Freyd Səs operatoru: Ağahüseyn Kərimov Bəstəkar: Niyazi Dirijor: Niyazi Musiqi redaktoru: Niyazi Baletmeyster: Qəmər Almaszadə Rejissor: Şua Şeyxov Rejissor assistenti: Məmməd Əlili, Əlisəttar Məlikov Filmin direktoru: Bəşir Quliyev Əsərlərindən istifadə edilən bəstəkar: Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli Bülbül — özü; Koroğlu Rəşid Behbudov — özü Qəmər Almaszadə Ağababa Bünyadzadə — Həsən xan Leyla Vəkilova Rəfiqə Axundova — gözəl Maqsud Məmmədov — özü Sona Aslanova — Nigar Azad Əliyev Nəcibə Məlikova — gəlin Əfrasiyab Məmmədov — təzəbəy Həsənağa Salayev — Koroğlunun dəlisi Əli Qurbanov — dənizçi Kazım Həsənov — vəzir Şövkət Ələkbərova — özü Məmmədsadıq Nuriyev — vəzir Kamil Qubuşov — ccəllad Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Doğma xalqıma (film, 1954)

Durnam (xalq mahnısı)
Xalq mahnısı daha çox Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynovun özünəməxsus tərzdə ifasıyla məşhurlaşmışdır. Sonralar mahnını Alim Qasımov, Səxavət Məmmədov, Təyyar Bayramov kimi məşhur xanəndələr ifa etmişdir. Dilbər telin daramı, (bəzən: Qara telin daramı) Yoxdur könlüm aramı! (bəzən: Yoxdur könül aramı!) Sən ki, təbib deyildin, Neyçün açdın yaramı? Durnam! Sən haralısan sormam, (bəzən: sorma!) Mən buralarda durmam! Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım) Gəl sinəm üstə, Durnam! Yaralı Durnam! Qarpız kəsdim yeyən yox, Vallah dərdim bilən yox! (bəzən: dərdimi) Yarım mənlə barışıb, (bəzən: Mən yarımla barışdım) Gözün aydın deyən yox!
Dərviş xalçaları
Dərviş xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. XV əsrdən başlayaraq Təbrizdə toxunan xalçalar Yaxın Şərq, o cümlədən Qafqaz Xalçaçılıq sənətinə ciddi təsir göstərmişdir. Sufilərin — tərki-dünyaların paltarları da yundan toxunurdu. İlk sufilər aydın dünyagörüşünə malik deyildilər. Sonralar tədricən sufizm qədim Şərqin müxtəlif dini baxışları olan qnostisizm və xristianlığın müxtəlif təlimlərini götürərək ideya-nəzəri cəhətdən təkmilləşmişdir. Xalçada dərvişlərin məclisi təsvir olunur — sağ küncdə Şəmsi Təbrizi, yuxarı sol küncdə Sultan Bəyazid, aşağı sol küncdə Nur Əli Şah, aşağıda sağ tərəfdə Əli şah Müştaq təsvir edilmişdir. Kompozisiyanın gözündə Nemətulla şahdır. Xalçada təsvir olunmuş adamlar sufiliyin davamçılarıdır. Sufiliyin davamçıları qardaşlıq əsasında bölünür və onların hər biri öz dövrlərinin məşhur sufisi kimi yüksəlir. Xalçada təsvir edilən kiçik göldə üzən ördəklə, iki qırmızı balıq, yuxarıda isə dərviş atributları : iki kəsişən təbərzin, kəşkül və təsbeh, kiçik medalyonlarda ərəbcə dərvişlərin adları verilmişdı.
Dəryanur xalçası
Dəryanur xalçası — Azərbaycanın bütün xalçaçılıq məntəqələrində toxunan əla növ xovlu xalça. Azərbaycanın bu xalçaları "Dəryanur xalçası" adını almışdır, lakin onun adlanması Dəryavar kəndinin adi ilə bağlıdır. Bu kənd Azərbaycanın cənubunda, Yardımlı rayonunun mərkəzindən 5 km şərqdədir. Hələ qədim zamanlardan Dəryavar kəndi xalça və xalçaçılıq məmulatlarına görə çox məşhurdur. "Dəryanur" xalçalarının XIX əsrdən başlayaraq, Şuşa, Ağdam, Bərdə, Cəbrayıl və digər şəhərlərdə istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Dəryavar kəndi olaraq qalmaqda idi. Bu ərazidə xalçaçılığın belə inkişaf etməsi təsadüfi deyildi. Bu kənd şimalda Qarabağ və Muğan kimi, cənubda isə Təbriz kimi böyük xalçaçılıq mərkəzlərinə yaxın yerləşirdi. Bu da yerli xalçaçılara öz müsbət təsirini göstərmişdir və burada xalçaçılıq özünün yüksək səviyyəsinə çatmışdır. "Dəryanur" xalçalarının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə bir – birinin ardınca yerləşdirilmiş göllərdən ibarətdir. Formasına görə, bu göllər "Xanlıq xalçası" və "Açma-yumma xalçası" xalçalarının gölləri ilə oxşarlıq təşkil edir, lakin orta sahədə yerləşməsinə görə özünəməxsusuluğa malikdir.
Erməni xalq hərəkatı
Erməni xalq hərəkatı (erm. Հայոց Համազգային Շարժում (ՀՀՇ), ing. Pan-Armenian National Movement) – erməni radikal millətçi təşkilatı. 15 iyun 1980-ci ildə Afinada (Yunanıstan) təsis olunub. Dünyanın bir neçə ölkəsində nümayəndəlikləri var. Erməni terror təşkilatlarını və ASALA-nı dəstəkləyir. Təşkilat bir çox ölkələrdə sərgilər, elmi konfranslar, miting yürüş və piketlər təşkil etmişdir. Təşkilatın bir sıra aksiyaları həbsdə olan erməni terrorçularını dəstəkləməyə və onları "siyasi məhbus" kimi təqdim edib azadlıqa buraxılmasına nail olmağa hesablanmışdı. 1985-ci ildə Afinada təşkilat uydurma erməni soyqırımının 70-ci ildönümünə həsr olunmuş konfrans təşkil edir. Erməni xalq hərəkatı Qarabağdakı separatçılara maliyyə yardımının göstərilməsində, onları dünyaya tanıtmaqda aktiv iştrak edir.
Fatmayı xalçaları
Fatmayı xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. "Fatmayı xalçaları" öz adını Abşeron yarımadasında, Bakı şəhərindən 20 km şimalda yerləşən Abşeron rayonunun Fatmayı kəndindən almışdır. Bir çox xalça ustaları bu xalçaları "Qala xalçaları" da adlandırırlar. "Fatmayı xalçaları"nın ümumi naxışlarının həm iri, həm də xırda elementləri, naxış detalları, köbə zolaqları həndəsi naxışlardan ibarət olmaqla yanaşı həm də çox mürəkkəbdir. "Fatmayı xalçaları"nın orta sahəsinin yerliyi əksər hallarda göy rəngdə olur. Açıq palıdı yerlikli xalçalara az-az hallarda təsadüf edilir. Gölün və köbə naxışlarının rəngi orta sahənin yerliyinə uyğun gəlir. Orta sahənin kompozisiyası üfüqi xətt boyunca yerləşmiş, "xonça" adlanan və sevinc, şənlik, bayram, toy əlamətini ifadə edən bir neçə (ikidən beşə qədər) böyük göldən ibarətdir. "Fatmayı xalçaları"nın orta sahəsinin aşağısında birinci xonçanın elementi "Gəlin bəzəyi" təsvirindən, yuxarı hissəsindəki digər xonçanın elementləri isə "Şirni xonçası" təsvirindən ibarətdir. Xalçanın orta sahəsində cütləşmiş cıqqa buta elementləri bir sıraya düzülərək iki kəndin qohumlaşmasını, bir kənddən olan qızın başqa kəndə ərə verilməsini simvolizə edən böyük və kiçik ölçülü elementlərlə örtülmüşdür.
Fındığan xalçaları
Fındığan xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. Fındığan xalçalarının adı Bakıdan 70 km şimal — qərbdə yerləşən Fındığan kəndinin adı ilə bağlıdır. Bu xalçalar ilk dəfə bu kənddə istehsal edilmişdir. Bu xalçalar yaxınlıqda yerləşən kənd və qəsəbələrdə istehsal olunduqdan sonra bəzi mənbələrdə Fındığan xalçası "Bakı xalçası" və ya "Çaylı xalçası" adı ilə göstərilmişdir. Fındığan xalçalarının ara sahəsinin kənarlarında digər xalçalardan fərqli olaraq sayca daha çox müxtəlif növ haşiyələrdən istifadə edilmişdir. Xalçanın ara sahəsinin kompozisiyası bir neçə böyük altıbucaqlı uzunsov göllərdən ibarətdir. Bu göllərin aşağı və yuxarı mərkəzi bucaqları digər bucaqlara nisbətən şaquli ox boyunca uzanmışdır. Qeyd edək ki, əvvəllər belə göllər "Qobustan" xalçaları üçün xarakterik olmuşdur. Bu gölləri xalça toxucuları "manqal" adlandırmışdırlar. Hər bir gölün mərkəzində düzbucaqlı şəklində olan həndəsi element mövcuddur.
Fərhad və Şirin (xalça)
Fərhad və Şirin xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Fərhad və Şirin xalçaları

Fətəli bəy Xali-Gəncəvi
Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı Fətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı. Azərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb.
Fəxralı xalçaları
Fəxralı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 25 km şimal-şərqdə yerləşən Fəxralı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-fəxri" də adlandırırlar. Fəxralı xalçaları Gəncə xalçalarının yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir. Fəxralı xalçaları öz adını Gəncə şəhərindən 25 km şimal-şərqdə, indki Goranboy rayonunun ərazisində yerləşən Fəxralı kəndinin adından almışdır. Bu kənddə hazırlanan xalçalar qədim dövrlərdən Gəncə zonasının ən yaxşı xalçaları kimi məşhurdur. Qocaman xalçaçılar indiyə qədər bu xalçanı "Gəncə-fəxri" adlandırırlar. Fəxralı xalçaları müəyyən zaman ərzində Fəxralı kəndində toxunduqdan sonra ətraf kəndlərdə də toxunulmağa başladı. Əsasən Qaracəmirli kəndində, həmçinin, Şadılı, Bağçakürd, Çaylı, Borsunlu, Qaradağlı, Pənahlılar və digər kəndlərdə də istehsal olunurdu. Daha da təkmilləşən Fəxralı xalçalarının getdikcə məşhurluğu artır və eyni zamanda bu xalça toxunulan xalçaçılıq məntəqələrinin sayı da artırdı.
Göl (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Göllü-guşəli xalçaları
Göllü-guşəli xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Gördəst xalçaları
Gördəst xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub.
Görədil xalçaları
Görədil xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalça növü. "Görədil xalçaları" öz adını Bakı şəhərindən 20 km şimalda yerləşən Görədil kəndinin adından almışdır. "Görədil xalçaları" təkcə Görədil kəndində deyil Mərdəkan, Pirşağı, Bül-bülə, Novxanı və Nardaran Bakıətrafı kəndlərdə də toxunurdu. Bəzi xalçaçılar bu xalçanı "Novxanı xalçası" hesab etsələrdə, bu xalçalar "Novxanı xalçaları"ndan çox fərqlənir. "Görədil xalçaları"nın orta yerliyinin kompozisiyası "Novxanı xalçası"nda olduğu kimidir. Orta sahədə yerləşən iki və ya üç böyük göldən başqa göllərin arasında sağ və sol tərəflərdə cüt-cüt yerləşmiş firuzəyi yerliyi olan dörd balaca göl toxunmuşdur. Qalan boşluqlar isə həndəsi və nəbati naxışlarla tamamlanmışdır. Orta sahənin hər bir küncündə sarı yerlikli, pilləli şəkildə düzbucaqlı yerləşir. Bu pillələrdən orta sahənin mərkəzinə doğru uzanan diaqonal cizgilər keçir. Görədil kəndinin xalçaçıları bu cizgiləri "çəpər" və ya "saç" adlandırırlar.
Görəvan xalçaları
Görəvan xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Han xalqı
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.

Значение слова в других словарях