xaldeylər
xalxal
OBASTAN VİKİ
Xaldlar
Xaldlar (yun. Χάλδοι) —Tunc dövründə Qara dənizin cənub-şərqi sahillərində (indiki Türkiyə ərazisi) məskunlaşmış xalq. Eyni dövrdə dil baxımından onlara yaxın olan hattlar da onların yanında yaşayırdılar. Mesopotamiyada yaşamış xaldeylər ilə qohumluq məsələsi açıq qalır. Xaldların tarixi ilə bağlı əsas mənbələr Homer, Strabon və Ksenofonun əsərləridir. Qədim yunan müəllifləri dəmir döymə sənətinə ilk yiyələnmiş xalqlar sırasında qərbdə qonşuları olan xaliblər ilə yanaşı xaldların, mossiniklərin və tibarenlərin adını çəkmişdilər. Strabonun qeyd etdiyi kimi, "[...] xaldlar qədimdə xaliblər adlanırdılar".A. Saqonun fikrinə görə, xaldlar ölkəsi Arazın şimalında və əvvəllər Urartuya tabe olan torpaqlarda, xüsusən də Zivin çayı vadisi ərazisində, Qars ilə Tuşpa arasındakı yolda yerləşmiş ola bilərdi.Roma imperiyası dövründə xaldlar Pont vilayətinin bir hissəsi olan Pont Kappadokiyasında yaşayan xaliblərin bilavasitə qonşusu kimi xatırlanırdı.XX əsrin birinci yarısına aid elmi ədəbiyyatda xaldların urartuların ali tanrısı Xaldinin adını daşıyan tayfaların qalıqları olması ehtimalı dəfələrlə qeyd olunmuşdur, lakin sonradan bu fərziyyənin kökündən yanlış olduğu qəbul edilmişdir.

Digər lüğətlərdə

занима́тельно нигери́йка охрани́тель припе́вка что за би́ться как рыба об лёд идентифици́роваться оглуша́ть перебро́ска перема́чиваться прищи́пывать с коло́менскую версту скирдова́льщик часово́й бушевать сандоль скопа Тузла circumscriptive dilute enlistee grammalogue lance jack oximeter time-sheet