XARİQÜLADƏ
XEYİR-DUA
OBASTAN VİKİ
Xatəm şəhristanı
Xatəm şəhristanı— İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hərat şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 31,695 nəfər və 8,144 ailədən ibarət idi.
Xatəm əl-Ənbiya İnşaat Bazası
Xatəm əl-Ənbiya İnşaat Bazası, yarı hökumət təşkilatıdır və İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi olan və hazırda "İranın hökumət layihələri üçün ən böyük podratçısı" kimi fəaliyyət göstərən Xatəmül-Anbia Mərkəzi qərargahının silahlarından biridir. "hesab olunur. Xatəm əl-Ənbiya İnşaat Bazası, İran-İraq müharibəsi bitdikdən sonra Seyid Əli Xameneinin əmri və Mohsen Rezaei əmri ilə qurulmuşdur. Təşkilat ABŞ sanksiyaları altındadır. 1393-cü ildəki baza komandirinin verdiyi məlumata görə, Xatəm bazası 135.000 nəfərlik bir qüvvəyə sahibdir, bunlardan 100.560-ı bazanın rəsmi qüvvəsidir.
Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Universiteti
Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Universiteti (farsca: دانشگاه پدافند هوایی خاتم‌الانبیا) — Tehranda yerləşən İran hərbi hava müdafiəsi Universitetidir. Bu universitetin missiyası Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Bazasına və Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinə lazım olan işçi qüvvəsini hazırlamaqdır. Xatam əl-Ənbiya hava hücumundan müdafiə universiteti ölkənin maraq və ehtiyaclarına əsaslanaraq, bu sahənin tələbələrinə uyğun olaraq inzibati işlər, pedaqogika elmləri, nəqliyyat əməliyyatları, hazırlıq və təchizat əməliyyatları, hərbi polis, maliyyə ixtisasları üzrə təhsil verir. Həmçinin hava və piyada əməliyyatları təhsilini başa vurub müvafiq ixtisas üzrə müdafiə məsələlərinin idarə edilməsi üzrə ekspert dərəcəsi aldıqdan sonra təşkilatın ehtiyaclarına uyğun olaraq ölkədəki hava hücumundan müdafiə bazalarının müxtəlif bölmələrində xidmət edirlər.
Hüseyn Xatəmi
Hüseyn Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk alim, yazıçı və hüquq professoru. 1898-də İranın Salmas şəhərindəda doğulan Əli Əsgər Xatəmi ilə 1910-cu ildə İstanbulda doğulan əslən azərbaycanlı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəldi. Əkiz qardaşı Həsən Xosrov Xatəmi daxili xəstəlikləri professorudur. Tam adı Hüseyn Pərviz olduğu halda ikinci adının İslam peyğəmbərinin məktubunu cıran Sasani hökmdarından gəldiyini öyrəndikdən sonra bu adı məhkəmə qərarı ilə sildirmişdir. Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1960-cı ildə İstanbul Universiteti Hüquq fakültəsindən məzun olmuşdur. 1961-ci ildə İstanbul Universiteti Hüquq fakültəsinin Mədəni hüquq kafedrasına təyin olunmuşdur. 1973-cü ildə vəkil Kezban Hatəmi evlənmişdir.
Həsən Xosrov Xatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur. 1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur. 2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
Xatəmabad (Komican)
Xatəmabad (fars. خاتم اباد‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 69 ailədə 115 nəfəri kişilər və 129 nəfəri qadınlar olmaqla cəmi 244 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Xatəmkalıq
Xosrov Xatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur. 1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur. 2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
Xatəmkarlıq
Xatəmkarlıq — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri bu üsulla bəzədilirdi. Xatəmkarlıq Azərbaycanda zərgərlik sənəti sahəsində böyük irsə malikdir. Xəncər, qılınc, müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəmək üçün istənilən çeşni əsasında həmin cismi üzdən azacıq deşir, sonra bu dəliklər qızır, gümüş və s. rəngli metal mıxlarla doldurulur. Bütün bu proses qurtardıqdan sonra cismin üstü hamarlanır və elə bil gözəl bir mozaikanı andırır. Xatəmkarlğın ən çətin və maraqlı sahəsindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdir. Bu, sənətkardan böyük zövq və ustalıq tələb edir. Azərbaycan sənətkarları bu sahədə də böyük məharət göstərmişlər.
Suveyd ibn Əmr əl-Xatəmi
Süveyd ibn Əmr əl-Xatəmi (ərəb. سُوَیْد بْن عَمْرو الخَثْعَمی‎) — Kərbəlanın sonuncu şəhidi. Süveyd ibn Əmr ibn Əbu Muta əl-Xatəmi Xəsəm qəbiləsindən olan əsilzadə idi. O, təqvalı, bacarıqlı və cəsur bir döyüşçü kimi tanınırdı. Süveyd Hüseyn ibn Əlinin ordusundan döyüş meydanına gedən sonuncu şəxs idi. O, ağır yaralanana qədər və digər şəhidlər arasında yerə düşüb ölümə buraxılana qədər Yezidin ordusuna qarşı igidliklə vuruşdu. Lakin Süveyd hələ də sağ idi və bir anda insanlardan Hüseynin öldürüldüyünü eşitdi. Böyük səylə ayağa qalxdı və şəhid olana qədər döyüşə davam etdi. Onun Urvə ibn Battan əl-Sələbi və Zeyd ibn Riqad əl-Cənbi tərəfindən öldürüldüyü deyilir.
Məhəmməd Xatəmi
Seyid Məhəmməd Xatəmi (farsca: سید محمد خاتمی) 29 sentyabr 1943 və ya 14 oktyabr 1943, Ərdəkan, Yəzd ostanı) 1997–2005-ci illərdə vəzifədə olmuş olan, İranın V prezidentidir. == Elmi işləri == O,fars, ərəb, həmçinin də elmi işlərini davam etdirəcək qədər ingilis və alman dillərini bilir. Müxtəlif vaxtlarda universitetlərdə mühazirələr də oxuyan Hatəminin "Vilayət kimə aiddir" (1979) və "Ənənə, modernizm və inkişaf" (1996) kimi bir çox məqalələri ilə bərabər, "Dalğa qorxusu", "Şəhər dünyasından dünya şəhərinə", "Tiranlıq məngənəsində düşüncə və iman" (2000) kimi kitabları, həmçinin də onun çıxışlarının da içində olduğu Siyasi İnkişaf, İqtisadi İnkişaf və Təhlükəsizlik (2000), İslam, Mənəviyyat və İslam İnqilabı (2000), Qadınlar və Gənclər (2000) adlı kitabları da mövcuddur. == Təhsili == 1961-ci ildə orta məktəbi bitirdikdən sonra dini təhsil almaq üçün Qum mədrəsəsinə getmişdir. 1969-cu ildə isə İsfahan Universitetinin fəlsəfə fakültəsini bakalavr dərəcəsi ilə başa vurmuşdur. Tehran Universitetində Təhsil Elmləri üzrə magistr dərəcəsində təhsilini davam etdirmişdir. Daha sonra isə məşhur Qum mədrəsəsində fiqh üzrə təhsilinə davam etmişdir. == Siyasi fəaliyyəti == O, siyasi fəaliyyətə 1962-ci ildən başlamışdır. O, xüsusilə ilk növbədə Xomeyninin bəyannamələri olmaqla, siyasi bəyannamələrin və elanların çoxaldılması və yayılması işlərini öz üzərinə götürmüşdür. İsfahan Universitetindəki İslam Tələbələri Assosiasiyasının fəaliyyətlərində yaxından iştirak etmişdir.

Digər lüğətlərdə