Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dayə xatın
Dayə xatın — Türkmənistanda orta əsrlərə aid memarlıq abidəsi == Tarixi və memarlığı == Cərco şəhərindən 170 km şimal-qərbdədir. Səhrada, Xorasandan Xarəzmə gedən qədim yolun üstündə yerləşir. Dünya ölkələrinə səmtlənmiş, qülləli divarlarla möhkəmlənmişdirilmiş, kvadrat planlı, çiy və bişmiş kərpiçdən (tağ və günbəzləri) tikilmiş IX əsr- XII əsrlərə aid karvansaradan (və ya ribatdan) ibarətdir. Bir girişi (şimal tərəfdən) vardır və dirəklər üzərində sıratağlarla əhatələnmiş simmetrik planlı, 4 eyvanlı daxili həyətə malikdir. Fasadında nəbati ornamentlər, oyma kərpiç və terrakotadan kitabələr var. Bina planlaşdırılmasına görə erkən ərəb ribatları və Əməvi qəsrlərinə bənzəyir.
Mehrican xatın
Mehrican xatın (XIII əsrin əvvəlləri) — sultan Toğrulun qızı, Atabəylər dövləti nin axırıncı hökmdarı Müzəfərəddin Özbəy in arvadı. Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Özbək Təbrizdən Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına qaçmışdı. Onun Təbrizdə qalan arvadı Mehrican xatın özünün nüfuzu hesabına Xoy, Səlmas və Urmiyə ni öz idarəçiliyində saxlaya bilmişdi. Mehrican xatın 1225 ildə Təbrizli Şəmsəddin lə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər göstərmişdir.
Məvaziyi-xatın
XII-XIII əsrlərdə Naxçıvan vilayətinin şimalında Eldəniz hökmdarlarının xanımlarına məxsus mülklər yerləşirdi. Dəbil istiqamətində gedən yollar üzərində yerləşən bu mülklər sonrakı dövrlərdə xüsusilə XVI-XVII əsrlərdə elə “Xatın mülkləri” kimi xatırlanmış və “Məvaziyi-xatın” adlandırılmışdır . Eldənizlər dövründə bu mülklərdə çoxlu karvansaralar tikilmiş və onların bəzilərinin qalıqları günümüzə qədər qalmışdır. Bu fakt isə bizə əski Oğuz-Səlcuq adətlərini xatırladır . F.Sümər “Oğuzlar” kitabında yazır ki, karvansaralar, xəstəxanalar və körpülər kimi dini səciyyə daşımayan çoxlu əsərlər tikdirənlər arasında Səlcuq xanədanına mənsub xatınların olması da maraqlıdır. Hətta İranda karvansaraların əsasən və ya daha çox Səlcuq sultanlarının qızları tərəfindən inşa edildiyi sanılırdı . A.Bağırovun irəli sürdüyü ehtimala görə nahiyənin adı 1225-1229-cu illərdə Naxçıvanın hakimi olmuş Qızıl Arslanın arvadı Xatına məxsus kəndləri əhatə edən ərazinin adı ilə bağlı yaranmışdır . Sözün birinci hissəsindəki “Məvazi” - “mevzi” sözü əski Osmanlı türkcəsindən “mövqe”, “mənzil”, “yer” kimi tərcümə edilir. “Xatın” isə Eldənizlərdə saraya xanımlarını ifadə etmək üçün işlədilmişdir. Məvaziyi-Xatın nahiyəsi şimaldan və qərbdən Dərələyəz, şərqdən Dərəşahbuz, cənubdan Mülki-Arslanlı nahiyələri ilə həmsərhəd olmuşdur.
Təbriz Xatın
Təbriz Xatın (fars. تبریزخاتون‎) — Kürdüstan ostanının kəndlərindəndir ki, Divandərə şəhristanının Məkəzi bəxşinin Çehelçeşmə kəndistanında yerləşib.2004-cü il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 320 nəfər və 52 ailədən ibarət idi.
Çərşənbə Xatın
Çərşənbə Xatının şəkli ilin son çərşənbə axşamında ocağın yanındakı divarda çəkilir. Əvvəlcə divara su səpirlər, sonra isə, barmaqla unu yaş divara bənək bənək vurarlar. Beləliklə, Çərşənbə Xatının şəkili ocağın qırağında ilboyu qalar. Hər ilin son çərşənbə axşamında bu şəkil təzədən çəkilməlidir. == Çərşənbə Xatın Ayın Düşüncədə == Çərşənbə Xatın Azərbaycanın ayın (əsatiri) düşüncəsində, ocaq, və ailə ilahəsidir.
Bərderəş Təbriz Xatın
Bərderəş Təbriz Xatın (fars. برده‌رش تبریزخاتون‎)-Kürdüstan ostanının kəndlərindəndir ki, Divandərə şəhristanının Məkəzi bəxşinin Çehelçeşmə qəsəbəsində yerləşib. 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (21 ailə).
Aşağı Xatınarx
Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1670-80-cı illərdə Çuxur-Səd bəyləribəyi Səfixanın Qarasu çayından çəkdirdiyi arxın kənarında onun arvadı Xatın, kənd saldırmış və həmin kənd Xatınarx adlanmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Qay qoyulmuşdur == Əhalisi == Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828-29 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 208 nəfər azərbaycanlı yaşamışdır.
Xatınabad
Xatınabad — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,883 nəfər və 900 ailədən ibarət idi.
Xatınbulaq
Xatınbulaq – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 14 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Xatınbulaq oyk. Füzuli r-nunun Qarakollu i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Oykonim kəndin ərazisindəki Xatın bulağının adından yaranmışdır. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Xatınbəyli
Xatınbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Xatınbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Xatınbəyli kənd Soveti yaradılmış və Xatınbəyli kəndi Manikli kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarix == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb.
Xatıncan
Xatıncan — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Əsrik Cırdaxan camaatına məxsus keçmiş binə yerində salınmışdır. Yerli əhalinin məlumatına görə, kənd xalq təbabəti ilə məşğul olmuş Xatıncan adlı qadının adı ilə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd orta dağlıq qurşaqda yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Xatınlı
Xatınlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Xatınlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Kür çayı sahilində olan Xatınlı kəndinin əhalisinin 1930-1936-cı illərdə Xunni düzündə həmin kəndə məxsus əkin yerlərində məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların bir qismi oykonimi etnotoponim hesab edir. Bəzi tədqiqatçılar isə oykonimi Atabəy Özbəyin sonralar isə Cəlaləddin Xarəzmşahın zövcəsi Mehri Cahan Xatunun (XIII əsr) adı ilə bağlayırlar. Xatun "xan arvadı, xan qadını" mənasındadır. == Tarixi == Kənd XX əsrin 30-cu illərində kolxoz islahatı ilə əlaqədar Kür çayının sağ sahilindən indiki əraziyə köçürülmüşdür. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Əmrahov Vüqar Mübariz oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şirinov Elmar Cəbrayıl oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Xatınlı bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Xatınarx
Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonuunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km cənub-qərbdə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi azərbaycanılılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828-29 - cu illərdə İranın Xoy vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar kənddən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. Kənd Böyük Qarasu çayından çəkilən arxın kənarında İrəvan xanı Səfıqulu xanın (1655-1680) arvadı Xatun tərəfindən salınmışdır. Ona görə də kənd Xatınarx adlandırılmışdır. Toponimin əvvəllindəki «yuxarı» sözü fərqləndirici əlamət bildirir. Antropotoponimdir.
Xaçın
Yaşayış məntəqələriXaçın (Albaniya) — Xaçın knyazlığı — orta əsrlərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində mövcud olmuş xristian Alban məlikliyi Xaçın mahalı Xaçınabad bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.KəndlərXaçın (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Xaçınyalı — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Xaçınabad — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Xaçın (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Xaçındərbətli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.ÇaylarXaçınçay — Kürün sağ qoludur. Ağdərə, Ağdam, Bərdə rayonlarından axır.DigərXaçınçay su anbarı — Ağdam rayonu Xaçınçay üzərində yerləşir. Xaçıntürbətli türbəsi — Azərbaycanda tarixi abidə.
Xotın
Xotın — Çernovtsı vilayətiində (Ukrayna) şəhər. == Tarixi == Müasir Ukraynada şəhər. Vaxtilə Xatın qalası Moldav və Leh (Polşa) kralının idarəsində olmuş, Sultan II Osman onu fəth etmişdi. Övliya Çələbi şəhəri gəzdiyi zaman "Xatın Turla nəhri üzərində kiçik qalacıqdır", – deyə yazırsa da, iftixarla bu kiçik yerin böyük şəhid məzarlığından danışır, Karakaş Paşanın və onunla birlikdə şəhid olmuş yeddi min əsgərin qəbrini ziyarət etdiyini göstərir. Ruslar tərəfindən ilk dəfə 1738-ci ildə Feldmarşal Minixin komandanlığı altında zəbt edilmişdir. Qalanın komendantı İlyas Kolçak Paşa oğulları ilə birlikdə ruslara əsir düşmüş, sonra xaçlanmışdılar. О Rusiyada Vətəndaş müharibəsi illərində Sibirin hakimi olmuş rus admiralı Aleksandr Kolçakın ulu babasıdır. Rus alimi və şair Mixail Lomonosov Xatının alınması münasibətilə çariçə Anna İoannovnaya həsr etdiyi mədhiyyədə Kolçak paşanın adını çəkmişdi. Rus-Osmanlı müharibələrində bu qala dönə-dönə; 1739-cu ildən başlayaraq 1769, 1788,1807-ci illərdə istila olunmuşdu. Qalanı ələ keçirən rus əsgərləri Xatın qalasının adını öz bildikləri şəkildə mənalandırırdılar.
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. == Etimologiyası == İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Türkan xatun (İbrahim Tamğaç xanın qızı)
Türkan xatun və ya Cəlaliyə xatun Qaraxani xatunu. Atası Qaraxanilər dövlətinin hökmdarı İbrahim Tamğaç xan idi. == Həyatı == 1068. ildə Mərv şəhərində böyük bir şənliklə Türkan xatun və I Məlikşah nikahlandı. Türkan xatunun böyük bir cehizi var idi. O, Mərv şəhərindəki Səlcuq sarayına cehizindən başqa min türk qul və cariyə gətirmişdir. 1094. ildə İsfahanda vəfat etmişdir. == Ailəsi == === Şahzadə Davud xan Səlcuq (Xatunzadə Davud xan Qaraxani) === Davud xan vəliəhd elan edildikdən bir il sonra uşaq yaşda 1084. ildə vəfat etdi.
Abiş Xatun
Abiş Xatun və ya Abaş Xatun (d. ? - ö. 29 dekabr 1286, Təbriz) - 1264-cü ildən 1282-ci ilə qədər Şiraz Salqurlularının IX və sonuncu hökmdarı. == Həyatı == Atası Sad ibn Əbu Bəkir Yəzd atabəyinin qızı Terkən Xatundir. Anadan olma tarixi bilinməməkdədir. Fars atabəyi olan Səlcuqşah Abiş Xatunun anası Terkən Xatunu öldürüb, Abiş Xatun və bacısını həbs edmişdi. Bunun ardınca, Elxani məmurlarını da öldürdükdən sonra Hülakü xan tərəfindən üzərinə ordu göndərilmiş və öldürülmüşdür. Atasından sonra taxta çıxan kiçik qardaşı Məhəmməd öldükdən sonra, 1264-cü ildə adına xütbə oxutduraraq və sikkə kəsdirərək taxta çıxmışdır. Ona bu işdə Hülakü xan yardım etmişdir.
Anu xatun
Anu xatun (d. ? — ö. 13.5.1696; Terelc, Tuşetu xan aymağı, Xalxa) — Cunqar xanlarından, əvvəlcə Senqe xanın, sonra Qaldan-Boşoqtunun qadını, qəhrəman qadın. == Həyatı == Anu xatun oyratların qolu olan xoşutların knyazı Qaldamanın qızı, Oçirtu-Çeçen xanın nəvəsi idi. Uşaqlıqdan Qaldan-Boşoqtu ilə tanış olmuşdu. Gələcəkdə onun xanımı olmağı arzulayırdı. Amma Qaldan rahib olduğundan və Tibetə oxumağa getdiyindən, onun böyük qardaşı, gələcək cunqar xanı Sengeyə verdilər. Anu xatun Sengedən Çevan-Rabdan və Sonom-Rabdan adlı övladları oldu. Senqenin ölümündən sonra və Qaldanın Cunqariyaya qayıdışından sonra Anu xatun onun qadını oldu.
Aqilə Xatun
Aqilə (Ruqiyyə) Xanım (Osmanlı türkcəsi: عقیلہ خاتون‎);(d. 1607 - ö. 1630) — II Osmanın ilk nikahlı hərəmi və Şeyxülislam Əsad Əfəndinin qızıdır. == Həyatı == II. Osmanın əsrlərdir davam edən Osmanlı adətlərinə zidd olaraq saray ərkanından kənar bir qadınla evlənməsi o dönəmdə hər kəs tərəfindən təəccüblə qarşılanmışdı. Bu evliliyə qarşı çıxanlar arasında Aqilə Xanımın atası Şeyxülislam Əsad Əfəndi də vardı. Bütün bu qarşıdurmalara baxmayaraq nikah bağlandı. II. Osmanın vəfatından bir neçə ay əvvəl əkiz övladları dünyaya gələn Aqilə Xanım ərinin vəfatının ardından köhnə saraya sürgün edildi. 1627-ci ildə Qənizadə Nadir Əfəndi ilə nikahlandı. Ölüm tarixi bilinməməklə birlikdə, təqribən 1630-cu ildə vəfat etdiyi bilinməktədir. Övladları isə uşaq yaşlarında naməlum səbəblərdən vəfat etdi.
Ayşə Xatun
Ayşə Xatun (1476, Bağçasaray – 1539, Konstantinopol) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Krım xanı Məngli Gərayın qızı. == Həyatı == Həyatı haqqında yetərli məlumat yoxdur. Atası Məngli Gəray həm Krımdakı səltənətini gücləndirmək, həm də Osmanlıda davam edən taxt mübarizəsində yer almaq məqsədilə şahzadələrdən birinə yaxınlaşmaq niyyətində idi. İlk seçimi Sultan Bəyazidin ən kiçik oğlu və Krım yaxınlığındakı Kəfədə sancaqbəyi olan Şahzadə Mehmed oldu. Gəlinən qarşılıqlı razılığa əsasən, Ayşə Xatun 1504-cü ildə Şahzadə Mehmedlə nikahlandı. Bəzi mənbələrə görə, şahzadənin Fatma xanım Sultan (ö. 1566) adlı yeganə övladı məhz bu nikahdan dünyaya gəlmişdir. Ancaq taxt mübarizəsinin qızğın ərəfəsində ikən Şahzadə Mehmed 1507-ci ildə anidən vəfat etdi. Üstəlik onun taxt mübarizəsini davam etdirəcək bir oğlu da yox idi. Bu səbəblə yeni evlilik sazişi bağlananadək Ayşə Xatun Krıma geri qaytarıldı.
Bağdad xatun
Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz (?-1335) — Elxanlılar dönəmində tanınmış qadın. == Həyatı == Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz Marağa şəhərində doğulmuşdu. Atası Əmir Çoban 1323-cü ildə onu Şeyx Həsən noyon Cəlayıra vermişdi. Elxanlı hakimi Sultan Əbu Səid 20 yaşında onu görüb vuruldu. Güclə ərindən boşatdıraraq onu aldı. Çingiz yasasına görə xanın bəyəndiyi qadın evli belə olsa ərinin onu həmən boşaması gərəkirdi. Bu durum Bağdat xatunun atası Əmir Çoban tərəfindən öyrənilincə Əbu Səid xanla ara¬ları açıldı. Siyasi rəqibləri əmir və xan arasındaki qırgınlığı daha da artırdılar. Buna görə Əmir Çoban və oğulları Əbu Səid xan tərəfindən birər-birər ortadan qaldırıldı. Mətanətini heç bir şəkildə itirməyən Bağdat xatun sonunda Əmir Şeyx Həsəndən boşanıb Əbu Səid xanla evləndi və elxanlı sarayında baş qadınlığa yüksələrək Xüdavəndigar ləqəbini aldı.
Bolnisi-xaçın
Xaçın — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Adı dəyişdirilərək gürcüləşdirilmişdir. Hazırda Bolnisi kəndi (gürcücə: სოფელი ბოლნისი) adlanır. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Xaçın kəndində ermənilərdən ibarət 33 ailə yaşayırdı.
Buluğan Xatun
Buluğan Xatun, Buluqhan, Bolqana və ya Bulugan — XIII əsrdə yaşamış şahzadə və Elxani hökmdarı Abaqa (1234–1282) xanın əsas arvadı. == Həyatı == O, monqol tayfalarından biri olan Bayautlara mənsub idi. O, Abaqa xanla onun doqquzuncu arvadı kimi evlənmişdi. Xatun olaraq o, sarayda çox güclü təsirə malik idi. 1282-ci ilin sentyabrında öz vəzirinin həyatını xilas etmişdir. Beləki vəzir Xacə Vəcih əl-Din Faryumadi xana qarşı sui-qəsd təşkil etməkdə ittiham edilirdi, lakin Buluğan Xatun onun həyatını xilas edir. Abaqa xanın 1282-ci ildə ölümündən sonra o, Arqun xanla levirat evliliyinə daxil oldu. Hətta Əhməd Təkudarın hakimiyyəti zamanı belə onun sarayda təsir gücü hələ də güclü idi və onunla hörmətlə davranırdılar. == Ailəsi == Onun Abaqa xandan doğulma Məlikə Xatun adlı qızı var idi və Noqay Yarquçinin oğlu Tohcam Buğa ilə evləndirilmişdi. Onun özünün oğlanları olmasa da, ilk əri Abaqanın oğlu Arqunun oğlanlarını, yəni özünün ögey nəvələrini böyütmüşdü.
Burla Xatun
Burla — türk əfsanələrində, xalq əhvalatlarında və nağıllarında qadın cəngavər. Döyüşçü qadın motivini işarələr. Yanında qırx döyüşçü qız dilbəri vardır. "Boyu uzun Burla xatun" və "Saçı uzun Sırma xatun" şəklində başqa bir xarakterlə birlikdə əfsanələrdə adı keçər. Qorqud Ata əhvalatlarında də iştirak edər. Sırma Xatun isə gözəlliyi simvollaşdırır. Boyu uzun Burla xatun, "Kitabi-Dədə Qorqud" əsərində xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımıdır. "Boyu uzun Burla xatun" antroponim modeli "Boyu uzun" ləqəbi, "Burla" şəxs adı və "xatun" titulundan ibarətdir. "Boyu uzun" gözəllik rəmzidir. == Etimologiya == (Bur) kökündən törəmişdir.
Bülbül Xatun
Bülbül Xatun (1452 – 1515, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Əhmədin doğum tarixinə əsasən, 1452-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Şahzadə Əhmədi, 1466-cı ildə Xədicə Sultanı, 1467-ci ildə isə Gövhərmülk Sultanı, 1470-ci ildə Hundi Sultanı, 1474-cü ildə Şah Sultanı, 1476-cı ildə isə Şahzadə Mahmudu dünyaya gətirdi.1480-ci ildə oğulları Şahzadə Əhməd və Mahmud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından böyük oğlu Şahzadə Əhməd Çorum sancaqbəyi təyin edildi və Bülbül Xatun qızlarını da yanına alaraq oğluyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Ərinin taxta çıxmasının ardından kiçik oğlu Manisa, böyük oğlu Əhməd isə Amasya sancaqbəyliyinə göndərildi və Bülbül Xatun böyük oğluyla birlikdə Amasyaya getdi. Oğlunun edamına qədər burada qalan Bülbül Xatun Amasyada bir çox xeyriyyə işləri görmüşdür.
Dilşad xatun
Dilşad xatun (XIII əsr – 1352, Cəlairilər sülaləsi) — Dəməşq xacənin qızı, Sultan Əbu Səid Bahadurun, sonra Şeyx Həsən Cəlayırın həyat yoldaşı. == Həyatı == Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı. Dilşad xatun 1352-ci ildə vəfat etdi. Nəcəfül-Əşrəfdə dəfn edildi. == Mənbə == Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010.
Doqquz Xatun
Orokina Xatun, digər adıyla Doqquz Xatun (?-1265) — XIII əsrdə yaşamış və Monqol hökmdarı Hülaku xan ilə evli olan bir Kereit xanzadəsiydi. Hülaku xanın Bağdadı alması sırasında müsəlmanlar öldürülərkən xristianlar Doqquz xatunun nüfuzu sayəsində zərər görməmişdi.Doqquz Xatun Nestorian xristian idi. Qərbli tarixçilər tərəfindən sıxlıqla xristian inancına böyük yararı toxunmuş bir kimsə olaraq anılır. Həyat yoldaşı Hülaku xanla eyni il 1265-ci ildə ölmüşdür. == İstinadlar == == Mənbə == Runciman, Steven (çev.
Dövlət Xatun
Dövlət Xatun (1361 və ya 1365, Kütahya – 23 yanvar 1414 və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sultan. == Həyatı == 1361-ci ildə dünyaya gəldiyi ehtimal olunur. İldırım Bəyazidin Kütahya sancaqbəyi olduğu illərdə saraya alındığı və yeganə övladını da burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq alındığı anlaşılır. 1386-cı ildə yeganə övladı olan Mehmed Çələbini dünyaya gətirdi. Bəzi mənbələrdə İsa Çələbinin də anasının Dövlət Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, İsa Çələbi İldırım Bəyazidin xanımlarından və Gərmiyanoğlu Süleyman bəyin qızı olan Dövlətşah Xatundan dünyaya gəlmişdir. 1393-cü ildə Amasya sancaqbəyi təyin edilən oğlu Mehmed Çələbiylə birlikdə Amasyaya yollandı və 1402-ci ilədək burada qaldı. Ankara döyüşü və ardından başlayan taxt mübarizəsi illərində Bursada yaşayan Dövlət Xatun oğlunun 1413-cü ildə hakimiyyəti ələ almasıyla Ədirnə sarayına gətirildi. Burada sultanın anası olaraq nüfuz qazandı.
Dövlətşah Xatun
Dövlətşah Xatun və ya Sultan Xatun (1365, Kütahya – 1414, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Gərmiyanoğlu Süleyman bəyin qızı. == Həyatı == 1365-ci ildə Kütahyada dünyaya gəldiyi ehtimal olunur. Atası Gərmiyanoğlu Süleyman bəy, anası isə Mövlana Cəlaləddin Ruminin oğlu Sultan Vələdin qızı Mutahhara Xatundur. Osmanlı mənbələrində zadəgan əsilli olan sultan xanımlarının adları hörmət əlaməti olaraq Dövlət Xatun, Dövlətşah Xatun və ya Sultan Xatun olaraq qeyd olunmuş, bu səbəblə bir çoxunun əsl adı bilinməmişdir. Bunlardan biri olan Dövlətşah Xatunun da əsl adının nə olduğu bilinmir. 1378-ci ildə baş tutan mərasimlə Osmanlı sultanı Murad Hüdavəndigarın oğlu Şahzadə Bəyazidlə evləndirildi. Eyni mərasimlə sultanın qızlarından Nəfisə Xatun da Qaramanoğlu Əli bəylə nigahlanmışdır. Digər Anadolu bəylərinin də dəvət olunduğu bu toy mərasimində Osmanlı dövlətiylə bir çox sülh bağlandı. Gərmiyanoğlu Süleyman bəy qızının cehizi olaraq Kütahya, Tavşanlı, Əyrigöz və Simav qalalarını Osmanlılara verdi. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi: İsa Çələbi və Böyük Musa Çələbi.
Dəspinə xatun
Dəspinə xatun (yun. Θεοδώρα Μεγάλη Κομνηνή — Teodora Meqale Kominin; təq. 1438, Trabzon – 1507, Diyarbəkir) — Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı.Teodora IV İohannın türk əsilli cariyəsi, ikinci həyat yoldaşından olan qızı idi. Daha sonra əmisi David Komnini onu Ağqoyunlu hökmdarı Uzun Həsən ilə evləndirmişdir. Teodora adını dəyişərək Dəspinə xatun adını götürsə də, xristian dini inancını qoruyub saxlamışdı. Dəspinə xatun və Uzun Həsənin övladlarından olan Aləmşah bəyim Səfəvi hökmdarı Şah İsmayılın anasıdır. == Adı == Fransız orta əsr tarixçisi Şarl Dukanqdan başlayaraq Trabzon İmperiyasının tarixini öyrənən bir sıra tarixçilər onu Katerina adlandırmışdılar. Venesiyalı səyyah Bailo Domeniko Trevisano öz qeydlərində onu “Fiordispina”,Teodoranın qohumu Katerino Zeno isə "Kraliça Despina" adlandırmışdır. Bir qrup tarixçilər isə Teodoraya “Dəspinə xatun” da deyirdilər.
Fatma Xatun
Fatma Xatun (1284 – 1347) — Osmanlı dövlətinin qurucusu olan Osman Bəy yeganə qızı. 1284-cü ildə Söyüd qəsəbəsində dünyaya gəldi. Böyük qardaşı Orxan bəyin səltənətində vəfat etdi.
Xitin
Xitin — Xitin (C8H13O5N)n (/ˈkaɪtɪn/ KY-tin) qlükozanın amid törəməsi olan N-asetilqlükozaminin uzun zəncirli polimeridir. Təbiətdə ən çox yayılmış ikinci polisaxarid (yalnız sellülozadan sonra), göbələklərin hüceyrə divarlarının, xərçəngkimilər və həşəratlar kimi artropodların ekzoskeletlərinin və molyuskların radulaların, sefalopodların dimdiklərinin və qladiuslarının əsas komponentidir. O, həmçinin ən azı bəzi balıqlar və lissamfibiyalar tərəfindən sintez edilir. Xitinin strukturu sellüloza ilə müqayisə oluna bilər, kristal nanofibrillər və ya bığlar əmələ gətirir. Funksional olaraq keratin proteini ilə müqayisə edilə bilər. Xitinin bir sıra tibbi, sənaye və biotexnoloji məqsədlər üçün faydalı olduğu sübut edilmişdir. == Etimologiya == İngiliscə "xitin" sözü 1821-ci ildə yunanca χιτών (khitōn), örtük mənasını verən fransızca "xitine" sözündən yaranmışdır. Bənzər "xiton" sözü qoruyucu qabığı olan dəniz heyvanına aiddir. == Kimya, fiziki xassələri və bioloji funksiyası == Xitinin quruluşu 1929-cu ildə Albert Hofmann tərəfindən müəyyən edilmişdir. Hofman Helix pomatia ilbizindən əldə etdiyi xitinaz fermentinin xam preparatından istifadə edərək xitini hidroliz etdi.
Xotin
Xotın — Çernovtsı vilayətiində (Ukrayna) şəhər. == Tarixi == Müasir Ukraynada şəhər. Vaxtilə Xatın qalası Moldav və Leh (Polşa) kralının idarəsində olmuş, Sultan II Osman onu fəth etmişdi. Övliya Çələbi şəhəri gəzdiyi zaman "Xatın Turla nəhri üzərində kiçik qalacıqdır", – deyə yazırsa da, iftixarla bu kiçik yerin böyük şəhid məzarlığından danışır, Karakaş Paşanın və onunla birlikdə şəhid olmuş yeddi min əsgərin qəbrini ziyarət etdiyini göstərir. Ruslar tərəfindən ilk dəfə 1738-ci ildə Feldmarşal Minixin komandanlığı altında zəbt edilmişdir. Qalanın komendantı İlyas Kolçak Paşa oğulları ilə birlikdə ruslara əsir düşmüş, sonra xaçlanmışdılar. О Rusiyada Vətəndaş müharibəsi illərində Sibirin hakimi olmuş rus admiralı Aleksandr Kolçakın ulu babasıdır. Rus alimi və şair Mixail Lomonosov Xatının alınması münasibətilə çariçə Anna İoannovnaya həsr etdiyi mədhiyyədə Kolçak paşanın adını çəkmişdi. Rus-Osmanlı müharibələrində bu qala dönə-dönə; 1739-cu ildən başlayaraq 1769, 1788,1807-ci illərdə istila olunmuşdu. Qalanı ələ keçirən rus əsgərləri Xatın qalasının adını öz bildikləri şəkildə mənalandırırdılar.