XİNGAL

блюда, приготовленное из раскатанного и разрезанного на кусочки теста с приправой
XİNG
XİRİD
OBASTAN VİKİ
Xingal
Xəngəl və ya Xingal (azərb. xingal, xəngəl‎, gürc. ხინკალი, türk. hıngel) — xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla, sarımsaqlı qatıqla və ya ələxsusda Azərbaycanın qərbində qurut ilə yeyilən xörək. Xəngəlin növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xəngəl, süzmə xəngəl, sulu xəngəl daha geniş yayılmışdır. Bölgələrə görə də xəngəlın növləri fərqlidir: Bakı xəngəlı (yarpaq xəngəlı), Qazax xəngəlı, Gürcü xəngəlı (xinkali) və s. Fərqli olsalar da, bütün növ xəngəllərın xəmiri eyni cur hazırlanır – ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xəngəlı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xəngəlın ölçüsü təxminən 5–10 sm olur.
Sulu xingal
Sulu xingal — Azərbaycanın milli xörəklərindən biri. Digər adı xəngəldir. Azərbaycanın qərb hissəsində daha populyardır. Qoyun əti — 163q, 1-ci nö buğda unu — 40q, yumurta — 1/5 əd., noxud — 25q, baş soğan — 25q, şərab sirkəsi — 10q, keşniş və şüyüd — 10q, quru nanə — 10q, duz, istiot. Xıngalı əvvəldən hazırlamaq olar. Xəmir düşbərə kimi hazırlanır və eləcə də kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Sonra onları ölastik və ya şüşəli qaba yığıb, ağzını bərk bağlamaq lazımdır. Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Ət balaca hissələrə kəsilir, yuyulur, qazana qoyulub üstünə su tökülür, bir baş soğan salınır.
Süzmə xingal
Qoyun əti — 165q, buqda unu — 100q, yumurta 1/5 əd., baş soğan — 30q, ərinmiş yağ — 20q, pendir — 15q, qatıq — 50q, sarımsaq — 3q, zəfəran — 0,1q, istiot — 0,1 q, duz. Qoyun əti 10–15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.
Gürcü xingalı
Gürcü xəngəli və ya xinkali (gürc. ხინკალი) — Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır.

Digər lüğətlərdə