xırıldamaq
xırpalamaq
OBASTAN VİKİ
Xırmancıq
Xırmancıq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Bulutan kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Xırmancıq kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Rusiya-İran müharibəsindən (1826–1828) sonra Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmə ermənilərin Xırmancıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim "kicik xırman" mənasındadır. Etnotoponim olması da mümkündür. == Tarixi == === Tarixi abidələri === Xırmancıq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Xırmandalı
Xırmandalı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Xırmandalı (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd.
Xırmandalı (Biləsuvar)
Xırmandalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Xırmandalı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin adı türkdilli xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xırmandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər. Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif olunmuş formasıdır. == Tarixi == === Tarixi abidələri === Xırmandalı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. == Əhalisi == === Şəhidləri === Abbasov Müşviq Allahverdi oğlu (1973-1992) — Birinci Qarabağ müharibəsi şəhidi. Ağayev Fikrət Səftər oğlu (1968-1994) — Birinci Qarabağ müharibəsi şəhidi. Əliyev Fuad İmanxan oğlu — Birinci Qarabağ müharibəsində itkin düşmüş kənd sakini.
Xırmandalı (Masallı)
Xırmandalı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin adı türkdilli xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xırmandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər. Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif olunmuş formasıdır. == Əhalisi == Əhalisi 5199 nəfərdir. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının cənub zonasında yerləşən Xırmandalı kəndi Masallı rayonunun şimali-şərq hissəsində yerləşir. Kənd Cəlilabad və Neftçala rayonları ilə həmsərhəddir. Xırmandalı kəndinin iqliminin formalaşmasında Xəzər dənizinin və Talış dağlarının böyük rolu vardır.
Xırmandalı bələdiyyəsi
Xırmandalı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Xırmandalı bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə.
Xırmandalı bələdiyyəsi (Biləsuvar)
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xırmandalı tayfası
Xırmandalı tayfası — Orta Asiyada, Cənubi Azərbaycanın Zəncan vilayətində və Anadolu bölgəsində yaşamış tayfa. XI-XII əsrlərdə Xırmandalı tayfasının nümayəndələri Qəzvində dövlət yaratmışlar. XVI əsrdə bu tayfanın bir hissəsi Ərdəbil ərazisində məskunlaşmışdır. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan xırmandalılar I Şah İsmayılın və I Şah Abbasın hakimiyyətə gəlməsində və dövlətin möhkəmləndirilməsində göstərdikləri xidmətə görə Şahsevənlər adını qazanmışlar. Tayfa başçılarının Quba xanı Fətəli xana (1758-1789) yazdıqları məktub əsasında onlara Muğandan Şabran-Müşgül ərazisinə kimi yaşamağa icazə verilmişdir. Bundan sonra tayfanın nümayəndələri Muğan düzündə, indiki Biləsuvar rayonu ərazisində Xırmandalı kəndinin əsasını qoymuşlar. Xırmandalıların bir hissəsi XVIII əsrın 60-70-cı illərində Xəzər dənizinin sahilində — balıq və quş ovu, həm də əkin əkmək, heyvan saxlamaq üçün əlverişli imkanları olan torpaqlarda — indiki Masallı rayonunun ərazisindəki Xırmandalı kəndində məskunlaşmışlar.
Xırmanlar
Xırmanlar — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd Qarabağ yaylasındadır. Keçmişdə köhnə xırmanların (taxıl döymək, təmizləmək və qurutmaq üçün hazırlanmış düzən yer, meydança xırman adlanır) yanında Xırmanlar adlanan binə XX əsrin 30-cu illərində daimi yaşayış məntəqəsinə çevrilmiş, kənd həmin adı saxlamışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.

Digər lüğətlərdə

вдыха́ние вы́дюжить национа́л-патриоти́ческий обстря́пываться срами́ться депони́роваться лесополоса́ таджи́к умопомраче́ние коллегия х цанубель airy aventail cattle grub directivity earthshine gasolene-station half-guinea half-seas-over leatherboard patronym slipper-brake treasure мартеновский