Azərbaycanlılarda Xızır Nəbi bayramı
Azərbaycanlılarda Xızır Nəbi bayramı – Azərbaycan mühitində Xızır Nəbi bayramının qeyd edilməsi və bununla bağlı adət-ənənələr.
== Tarixi-mədəni arxa plan ==
=== Azərbaycanlılarda Xızır və İlyas kultu ===
Xızır Nəbi mifik qəhrəmanı baharla əlaqəli olan, yaşıllıq və su kultudur. O, boz at sürən qoruyucu şəklində təsvir edilir. Azərbaycan əfsanələrində nadir də olsa, Xızır və bozqurdun bir-birinin yerinə keçdiyini görmək mümkündür. "Kitabi-Dədə Qorqud"da isə Xızır Buğacın yarasını 3 dəfə oxşayıb, ona lazım olan məlhəmi (dağ çiçəyi və ana südü) deyir.
Azərbaycan mifologiyasında Xızır Nəbi bayramının Xızır və İlyasın şərəfinə keçirilməsi ilə bağlı rəvayətlər var. Bir fikrə görə, Tanrı İlyasa suyun, Xızıra isə yaşıllığın hamisi vəzifəsini vermişdir və bu vəzifəyə görə onlar bir-birindən ayrı-ayrı qalırlar. Azərbaycanlıların inanclarına görə, Novruzdan 40 gün əvvəl iki qardaş bərəkət vermək, xəstələri sağaltmaq, insanların arzularını yerinə yetirmək üçün yer üzündə görüşürlər.
== Müddəti və adlandırılması ==
Yalquzaq zamanı və ya "Xızır Nəbi günləri" Kiçik Çillənin ilk 10 günlüyüdür. Bu sərt soyuq vaxtlar Xızır Nəbi ilə əlaqələndirilir və "Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı" deyilir.