XƏZRƏC

Mədinə qəbilələrindən biri olmuşdur. İslamdan öncə onlar Mənata (büt) tapınırdılar. Onlar İslamı qəbul etdikdən sonra ənsarlardan olmuşdurlar. Bu qəbilə öncə Yəməndə onlara yaxın olan evs gəbiləsi ilə birlikdə yaşamış, sonra onların hər ikisi Yəsribə (Mədinəyə) köçmüşdürlər. Sonra bu qəbilələr arasında qarşıdurma başlamış, onilliklər boyu davam etmişdir. Bu qarşıdurmada yəhudi qəbiləsi olmuş Kaynuka xəzrəcliləri dəstəkləmişdir. Evslilərlə xəzrəclilərin sonuncu qanlı toqquşması Buas döyüşündə olmuşdur. Qüreyzə ilə Nadir adlı yəhudi və bəzi ərəb qəbilələrindən dəstək almış evslilər xəzrəclilərə qalib gələ bilmişdirlər. Ancaq, uzun illər boyu sürən qarşıdurmaların sonunda evslilər özləri də zəifləmişdirlər. Buna görə də, onlar bu qələbədən faydalana bilməmişdirlər. Xəzrəclilər isə artıq barış yollarını axtarmağa başlamışdılar. Onlar Məkkəyə elçilərini göndərib evslilərlə sülhə gəlmək üçün qüreyşlilərin vasitəçi olmalarını istəmişdirlər. Ancaq, onlardan yardım ala bilməmişdirlər. Elə o zaman onlar Məkkədə Məhəmməd peyğəmbərlə görüşmüşdürlər. Bu görüşdən sonra xəzrəclilər onun evslilərlə qarşıdurmalarına son qoyması yolunda vasitəçi ola biləcəyini anladılar. Bunu evslilər də istəyirdilər. Əqəbədəki ilk beyətə on xəzrəcli ilə birlikdə, Məhəmməd peyğəmbərin yanına iki evsli də gəlmişdir. İkinci Əqəbə beyətində də xəzrəclilərin təmsilçiləri daha çox olmuşdurlar. Onlar böyük günahlar etməməyə, Məhəmməd peyğəmbəri qorumağa, Məkkədən qovulmuş bütün müsəlmanlara sığınacaq verəcəklərinə söz vermişdilər. Məkkəli müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra xəzrəclilərlə evslilər “ənsarlar” adlanmışlar. Bu hadisədən sonra evslilərlə xəzrəclilər arasındakı qarşıdurmalara son qoyulmuşdur. Hər iki qəbilə İslamın qələbə çalması üçün çalışmışdırlar. Məhəmməd peyğəmbər dünyasını dəyişdikdən sonra xəzrəclilər xəlifəliyə Səd ibn Übeydənin namizədliyini irəli sürmüşdürlər. Ancaq sonra onlar evslilər və mühacirlərlə birlikdə Əbu Bəkrin xəlifəliyini tanımışdırlar.
XƏRAC
XIZIR
OBASTAN VİKİ
Xəzrəc
Xəzrəc – Mədinə qəbilələrindən biri. İslamdan öncə onlar Mənata (büt) tapınırdılar. Onlar İslamı qəbul etdikdən sonra ənsarlardan olmuşdurlar. Bu qəbilə öncə Yəməndə onlara yaxın olan evs qəbiləsi ilə birlikdə yaşamış, sonra onların hər ikisi Yəsribə (Mədinəyə) köçmüşdürlər. Sonra bu qəbilələr arasında qarşıdurma başlamış, onilliklər boyu davam etmişdir. Bu qarşıdurmada yəhudi qəbiləsi olmuş Kaynuka xəzrəcliləri dəstəkləmişdir. Evslilərlə xəzrəclilərin sonuncu qanlı toqquşması Buas döyüşündə olmuşdur. Qüreyzə ilə Nadir adlı yəhudi və bəzi ərəb qəbilələrindən dəstək almış evslilər xəzrəclilərə qalib gələ bilmişdirlər. Ancaq, uzun illər boyu sürən qarşıdurmaların sonunda evslilər özləri də zəifləmişdirlər. Buna görə də, onlar bu qələbədən faydalana bilməmişdirlər.
Əbu Dulaf əl-Xəzrəci
Əbu Dulaf Misar ibn əl-Müxəlhil əl-Xəzrəci (ərəb. أبو دُلف الخزرجي‎) və ya sadəcə Əbu Dulaf (ərəb. أبو دُلف الخزرجي‎) ‎ — X əsr ərəb şairi, səyyahı və mineraloqu. O, 930-cu illərdən başlayaraq ərəb xilafətinin geniş ərazilərini və qonşu ölkələri gəzmişdir. Onun ədəbi irsi, görünür, şairin ömrünün sonunda, 995-ci ildə yazılmış iki səyahət qeydindən və Sasan qəbiləsinin həyatı və məişətinə aid böyük poetik mətndən ibarətdir. «Fihrist» əsərinin müəllifi İbn Nədim şəxsən onunla tanış idi və onu "uzun saqqallı qoca" adlandırmışdır.
Əbdürrəhman ibn Əbdrəbb əl-Ənsari əl-Xəzrəci
Əbdürrəhman ibn Əbdrəbb əl-Ənsari əl-Xəzrəci (ərəb. عبد الرحمن بن عبد رب الأنصاری الخزرجی‎) — Kərbəla döyüşündə şəhid olan peyğəmbərin və Əlinin səhabələrindən biri. Əbdürrəhman Qədir-Xum gününə şahid olan və Qədir-Xum hədisini nəql edən Peyğəmbərin səhabələrindən idi. Əli ibn Əbu Talib ər-Ruhbə günü Qədir gününə şahid olan səhabələrdən Peyğəmbərin canişinliyi haqqında şəhadət vermələrini istədi. Əbdürrəhman ibn Əbdrəbb əl-Ənsari kimi səhabələrdən bəziləri ayağa qalxıb dedilər: “Biz şəhadət veririk ki, biz Peyğəmbərin belə dediyini eşitmişik: “Diqqət edin ki, Uca və Cəlal Allah mənim mövlamdır və mən də möminlərin mövlasıyam. Diqqət et ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Əli ona Quranı öyrətdi. Bəzi mənbələrə görə, Əbdürrəhman Məkkədən Hüseyn ibn Əlinin karvanına qoşulmuşdur. Rəvayət edilir ki, Tasua günü Büreyr ibn Xudeyr əl-Həmdani Əbdürrəhmanla zarafatlaşırdı. Əbdürrəhman ona dedi: “İndi zarafat vaxtı deyil”. Büreyr cavab verdi: "Ey qardaş!
Əbu Dulaf Xəzrəci
Əbu Dulaf Misar ibn əl-Müxəlhil əl-Xəzrəci (ərəb. أبو دُلف الخزرجي‎) və ya sadəcə Əbu Dulaf (ərəb. أبو دُلف الخزرجي‎) ‎ — X əsr ərəb şairi, səyyahı və mineraloqu. O, 930-cu illərdən başlayaraq ərəb xilafətinin geniş ərazilərini və qonşu ölkələri gəzmişdir. Onun ədəbi irsi, görünür, şairin ömrünün sonunda, 995-ci ildə yazılmış iki səyahət qeydindən və Sasan qəbiləsinin həyatı və məişətinə aid böyük poetik mətndən ibarətdir. «Fihrist» əsərinin müəllifi İbn Nədim şəxsən onunla tanış idi və onu "uzun saqqallı qoca" adlandırmışdır.