YÜKSƏKLİK QURŞAQLIĞI, HÜNDÜRLÜK QURŞAQLIĞI

dağlıq ölkələrində bitki örtüyünün, torpağın, biosenozların şaquli yerləşmə qanunauyğunluğu və bir-birini əvəz edən qurşaqlar yaratması. Bu, dağ ərazisinin böyük yüksəkliyə qalxması və bununla əlaqədar iqlim qradiyentlərinin (temperatur, atmosfer təzyiqi və günəş radiasiyası) əmələ gəlməsi ilə irəli gəlir: hər 100 m hündürlüyə qalxdıqca temperatur 05-08°, atmosfer təzyiqi 745 n/m² aşağı düşür. Müxtəlif en dairələrində müxtəlif olub yerləşdiyi dağlıq ölkənin zonası ilə əlaqdardır.
YÜKSƏKLİK
ZONALLIQ
OBASTAN VİKİ
Hündürlük
Hündürlük — obyektin vertikal istiqamətdə ölçülməsi. Üçbucağın hündürlükləri bir nöqtədə kəsişir və aşağıdakı bərabərliklər doğrudur : CH2 × AB = BH1×AC= AH3 ×BC Üçbucaq iti bucaqlıdırsa , hündürlüklərin kəsişmə nöqtəsi üçbucağın daxilinə , düzbucaqlıdırsa , düz bucaq təpəsinə ; kor bucaqlıdırsa , xaricinə düşür . Vikianbarda Башни ilə əlaqəli mediafayllar var.
Azovboyu yüksəklik
Azovboyu yüksəklik (ukr. Приазовська височина) — Ukraynanın cənub-şərqində yüksəklik. Hündürlüyü 326 metrə qədərdir (Mogila-Belmak). Səthi, əsasən, löss çöküntüləri ilə örtülüdür. Cənub qaratorpaqları geniş sahə tutur. Бондарчук В. Г. Геоморфологія УРСР. — Х. : Радянська школа, 1949. — 246 с. Дмітрієв М. І. Геоморфологія УСРР. — Х. : Радянська школа, 1936. Заставний Ф. Д. Географія України. У 2-х кн / Ред.
Bozyer (yüksəklik)
Bozyer — Goranboy rayonu ərazisində yüksəklik. == Ümumi məlumat == Xalq arasında Bozaran da adlanır. Yamacları yarğanlara parçalanmışdır. Hündürlüyü 194 m. Oronim boz (yarımsəhra, zəif bitki ortuklu, bozqır) və yer (əslində yar qədim türk mənşəli soz olub "yarğan", "dərə" mənalarında işlənir) komponentlərinin birləşməsindən düzəlib, "bozqır torpaqlı yarğan" mənasındadır.
Hündürlük sükanı
Hündürlük sükanı — eninə ox ətrafında fırlanmanı həyata keçirən təyyarənin aerodinamik idarəetmə orqanıdır. Hündürlük sükanı uçan təyyarənin tanqajının dəyişməsinə səbəb olan hərəkətli idarə olunan səthdir. Aerodinamik sxemdən asılı olaraq hündürlük sükanı təyyarənin müxtəlif yerlərində quraşdırıla bilər. Normal sxemə görə, hündürlük sükanları stabilizatorların arxa kənarlarında yerləşən quyruq lələki elementləridir. Səsdən surətli təyyarələrin əksəriyyətində yüksəklik hündürlük sükanların funksiyasını tam dövriyyəli stabilizatorlar yerinə yetirir. "Ördək" sxemi hündürlük sükanların qabaqda yerləşməsini nəzərdə tutur; "quyruqsuz" sxemi isə, hündürlük sükanlarının elevonlarla dəyişdirilməsini nəzərdə tutur. Təyyarənin tangajla idarə edilməsi pilot tərəfindən sükan çarxını özünə götürməklə və ya özündən geri qaytarmaqla həyata keçirilir. Hündürlük sükanları bu zaman müvafiq olaraq yuxarı və ya aşağı sapdırılır, kabrirləşdirici və ya şığıyıcı an yaradır, və təyyarənin burnu yuxarı qalxır və ya aşağı düşür.
Mütləq hündürlük
Nisbi hündürlük
Nisbi hündürlük- Yer səthində iki və ya bir neçə nöqtənin bir-birindən şaquli xətt üzrə olan məsafəsinə deyilir. Nisbi hündürlüyü ölçəndə dəniz səviyyəsi nəzərə alınmır, dərənin dibi, dağın ətəyi və ya zirvəsi sıfır götürülür və başqa bir səviyyəyə nisbətən hesablanır. Məsələn, Azərbaycanda Bazardüzü dağının Babadağına nisbətən hündürlüyünü hesablamaq üçün birincinin hündürlüyündən (4466 metrdən) ikincinin hündürlüyünü (3629 metri) çıxıb nisbi hündürlüyün 837 metr olduğunu tapmaq olar.
X-hündürlük
x-hündürlük (ing. x-height, rus. x-высота) — poliqrafiyada: sətri (adi) hərflərin əsas hissəsinin hündürlüyü. x-hündürlük qiymətinə simvolların sətiraltı və sətirüstü elementlərinin ölçüləri daxil deyil. Adətən, hərflərin bir çoxunda uzun, yaxud qısa üst və alt çıxıntılar olduğundan, "x", yaxud "z" hərfinin hündürlüyü şriftin ölçüsü haqqında daha gerçək təsəvvür yaradır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dəniz səviyyəsindən hündürlük
Dəniz səviyyəsindən hündürlük (ing. Metres above sea level) — orta səviyyəli dəniz səviyyəsinə istinadən bir yerin yüksəklik və ya hündürlüyünün standart ölçü üsulu. Orta səviyyədə dəniz səviyyələri iqlim dəyişikliyi və digər amillərdən təsirlənərək zamanla dəyişir. Bu və digər səbəblərə görə, dəniz səviyyəsindən yuxarıda qeyd olunan ölçmələr müəyyən bir yerin müəyyən bir anda dəniz səviyyəsindən faktiki olaraq yüksəlməsindən fərqlənə bilər.
And dağlarının yüksəklik qurşaqları
Dəniz səviyyəsindən orta hündürlük
Dəniz səviyyəsindən hündürlük (ing. Metres above sea level) — orta səviyyəli dəniz səviyyəsinə istinadən bir yerin yüksəklik və ya hündürlüyünün standart ölçü üsulu. Orta səviyyədə dəniz səviyyələri iqlim dəyişikliyi və digər amillərdən təsirlənərək zamanla dəyişir. Bu və digər səbəblərə görə, dəniz səviyyəsindən yuxarıda qeyd olunan ölçmələr müəyyən bir yerin müəyyən bir anda dəniz səviyyəsindən faktiki olaraq yüksəlməsindən fərqlənə bilər.