Söz el arasında həm də yalınçaq, yalınsaq kimi işlədilir. Doğru variantı “yal-ın-sa-q” dır, yalınlığa meyil etməyi bildirir. (Dik-si-n-mək sözündəki -si şəkilçisi də meyil bildirir). Ayaqqabını corabsız geyməklə bağlı işlədilir. Yalın “lüt” deməkdir. Güman edirəm ki, sözün əsli yalınqat (bəlkə də, yalıntay) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)