Mustafa Nedim Yamalı
Mustafa Nedim Yamalı (1961, Ədirnə ili) — stomatoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
== Həyatı ==
Mustafa Nedim Yamalı 1961-ci ildə Ədirnə ilində anadan olub. Ankara Universiteti Stomatologiya Bölməsindən məzun olub.
Mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində fəaliyyət göstərən fondlarda çalışıb.
2001-ci ildə AK Parti Ankara il şöbəsinin qurucularından olub və uzun illər şöbənin İdarə Heyətinin üzvü olub. 2014-2018-ci illərdə isə AK Parti Ankara il şöbəsinin sədri olub. 2019-cu ildə Gələcək Partiyasının qurucularından və İdarə Heyətinin üzvü olub.
2023-cü il mayın 14-də Gələcək Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Səadət və Gələcək Partiyalarından ibarət TBMM qrupunun təsis edilməsi üçün 6 iyul 2023-cü ildə hüquqi olaraq Səadət Partiyasının üzvü olub.