YAZDIĞIM

Bu tipli sözlər feili sifət düzəldən -dıq şəkilçisinin köməyi ilə əmələ gəlib. İndi biz -dığım4 şəkilçisini mürəkkəb hesab edir və böyük səhvə yol veririk. Yaz-dıq-lar-ım tipli sözlərdə cəm şəkilçisi mürəkkəb adlandırdığımız -dığım şəkil­çi­sinin arasına necə girə bilər?! Deməli, feili sifət məhz -dıq4 vasitəsilə düzəlir, sa­dəcə olaraq, belə sözlər mənsubiyyət şəkilçisi ilə işlənilir. Bağdakılar sözundə bu, mümkün deyil (bağ-da-lar-kı formasını işlədə bilmirik). Müasir dilimizdə yaz­dıq kəlməsi müstəqil şəkildə feili sifət kimi işlədilmir, amma yazdıq­dan sonra sözündə -dıq qədim mənasını hifz edə bilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YAZ
YAZIQ