1. YAŞAMAQ Bundan sonra necə yaşamaq lazımdır (M.İbrahimov); GÜN SÜRMƏK Başında bir noxtadır, dalında bir palan var; Sədaqətlə gün sürüb, yaltaqlıq bilməyirsən (M.Rahim); KEÇİNMƏK (dan.) [Qafar:] Ay Kərim baba, ayrım qızı ilə necə keçinirsən? (A.Şaiq); ÖMÜR ELƏMƏK/ SÜRMƏK Hacı Əhməd: Doğrudur, biz avamıq, amma bu xaraba dünyada əlli il ömür eləmişik (C.Cabbarlı).
2. YAŞAMAQ, SAKİN OLMAQ 1825-ci ilə kimi Molla Ələsgər və Fətəli İranın Ərdəbil əyalətində yaşadılar və həmin ildə təkrar Qafqaza gəlib Gəncə şəhərində sakin oldular (Ə.Haqverdiyev).
3. YAŞAMAQ Axı bilmirik hara gedəcəyik, necə yaşayacağıq? (M.Hüseyn); DOLANMAQ [Qardaşxan:] Başın üçün Sənəm xala, indi yaxşı dolanırıq (M.İbrahimov); GİRLƏNMƏK Çimnaz birtəhər girlənən ailəni artıq xərcə-borca düşməkdən qorumaq istəmişdi (Ə.Əbülhəsən); GÜZƏRAN ETMƏK Bu kəndin əhli əkinçiliklə və çarvadarlıqla güzəran edərdi (S.S.Axundov); KEÇİNMƏK Məsmənin maaşı da yaxşı imiş. Firavanlıq ilə keçinir imiş (S.Hüseyn).