YOVŞAN

I
сущ. бот. полынь (трава, полукустарник со специфическим запахом и горьким вкусом). Quru yovşan сухая полынь
II
прил. полынный. Yovşan qoxusu полынный запах; yovşan arağı полыновка (водка, настоянная на полыни), абсент
YOVMİ
YOVŞANLI
OBASTAN VİKİ
Yovşan
Yovşan (lat. Artemisia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı yovşan (lat. Artemisia absinthium), adi yovşan (lat. Artemisia vulgaris) və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştaha artıran və dərman vasitə kimi işlədilir. Eyni zamanda antibakterial xüsusiyyətlərə də malikdir.
Limonlu yovşan
Limonlu yovşan (lat. Artemisia balchanorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Türkmənistanda, Azərbaycanda dağ yamaclarında bitir. Limonlu yovşanın hündürlüyü 50-80 sm, diametri 50-60 sm olan mürəkkəbçiçəklilər fəsiləsindən olan çox budaqlanan yarımkoldur. Oduncaqlı çoxillik zoğlara malikdir. Yarpaqları 2-3 yerə lələkvari bölünmüşdür. Səbətləri oval-uzunsov, uzunsov süpürgədə yerləşir. Çiçəkləri ikicinslidir. Külək və həşəratların vasitəsilə çarpaz tozlanır. Çiçəkləməsi vegetasiyanın birinci ilində başlayır.
Müalicəvi yovşan
Müalicəvi yovşan (lat. Artemisia abrotanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Cənubi-Şərqi Avropada, Kiçik və Orta Asiyada, Qafqazda və İranda çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda yayılmışdır. Şaquli, qalın köklü, çox budaqlı, oduncaqlaşmış gövdəli, hündürlüyü 60-150 sm-dək olan, xoş "limon" qoxulu çoxillik yarımkol bitkisidir. Yarpaqları növbəli düzülüşlü, mavi-yaşıl, alt tərəfi yapışıqdır. Boz tükcüklərlə örtülmüşdür; alt yarpaqları saplaqlı, iki və üç yerə lələkvari bölünmüş, orta yarpaqları oturaq, yuxarı yarpaqları üç yerə bölünmüş və ya bütövdür. Sentyabr-oktyabr aylarında çiçəkləyir. Xırda, sarı, boruvari çiçəkləri kiçik, sallaq səbətlərdə, gövdənin ucunda və budaqlarında yığılaraq şaxələnmiş süpürgəvari çiçək qrupu əmələ gətirir. Azərbaycanda müalicəvi yovşan yayın ikinci yarısında çiçəkləyir. Meyvələri noyabr-dekabr aylarında yetişir, toxumları hamar və çıxıntılıdır.
Pürən yovşan
Pürən yovşan (lat. Artemisia scoparia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. 30-70 sm hündürlüyündə çox budaqlı dik qalxan quraqlığa davamlı çoxillik yanmkol bitkisidir. Kökü çox da yoğun olmayıb torpaqda aşağıya şaquli enən xüsusiyyətə malikdir. Cavan yarpaqlan boz rəngli olub yumşaq tüklüdür. Çiçək yanlığı kiçik səbətçiklidir və qısa saplaqda yerləşmiş, şaquli durumludurlar, süpürgələri piramida formasında olur. Duza və quraqlığa davamlı olub, qumlu-qumsal torpaqlarda yaxşı bitir. Əlverişli torpaq-iqlim şəraitində 1 nrr sahədə 5-10 ədəd çoxbudaqlı kol əmələ gətirə bilirlər. Avqust-sentyabr aylarında çiçəkləyir, oktyabr-noyabr aylarında meyvə verir. Abşeronun rekultivasiya olunmuş torpaqlarında yaxşı inkişaf edib cəngəllik əmələ gətirə bilir.
Qumlu yovşan
Qumlu yovşan (lat. Artemisia arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Balkan yarımadasında, Azov və Qara dəniz sahillərində, Qərbi Qafqazda çöllərdə, qumluqlarda bitir. Hündürlüyü 20-100 sm-ə çatan yarımkoldur. Gövdələri bünövrəsində oduncaqlı, vegetativ zoğları qısadır. Yarpaqları yaşıl, bir az ətli, təxminən çılpaq, uc hissələrdə ensiz seqmentlərə bölünmüşdür. Alt yarpaqları uzun saplaqlı, digərləri oturaqdır. Səbətləri yumurtavari oturaq olub, şaxələnmiş süpürgəyə yığılmışdır. Yarpaqların uc hissələri lansetvari-xətvari və ya xətvari formalı bölünmüş, uzunluğu 10-15 mm, eni 1 mm-dir. Səbətləri xırda, uzunluğu 3 mm, eni 2 mm-dir.
Sapvari yovşan
Sapvari yovşan (lat. Artemisia capillaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Soyuq yovşan
Soyuq yovşan (lat. Artemisia frigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Acı yovşan
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda olur. Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir.
Adi yovşan
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Azçiçəkli yovşan
Azçiçəkli yovşan (lat. Artemisia pauciflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Qazaxıstan, Rusiyanın Avropa hissəsinin cənub-şərqində geniş yayılmışdır. Aşağı Volqada təsvir edilmişdir. Hündürlüyü 10-25 sm-ə çatan yarımkolcuqdur. Çoxsaylı oduncaqlaşmış möhkəm gövdəyə malikdir. Nazik yan budaqları mərkəzdən yuxarıda iti bucaq altında çıxır və yığcam süpürgəvari çiçək qrupu əmələ gətirir. Yarpaqları bozumtul-yaşıl, aşağıdakılar tez tökülən, saplaqlı, lələkvari, 2-3 dəfə bölünmüş, orta yarpaqları oturaq, yuxarıdakılar tam qısa xətvaridir. Uc hissələri ensiz, eni 1-1,5 mm-dir. Cavan gövdələri və yarpaqları boz, tünd-yaşıldır.
Ağ yovşan
Ağ yovşan (lat. Artemisia persica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm-ə çatan sıx tükcüklü, bozumtul yaşıl rəngli yarımkolcuqdur. Şırımlı olmayan gövdəsinin aşağı hissəsində yarpaqlar nisbətən xırdadır. Yarpaqları qısa saplaqlı 2-4,5 sm uzunluqda, 3-5 mm enindədir. Gövdənin aşağı yarpaqları üçər lələkvari parçalanmış, səbətləri sadə salxımlı, ensiz, süpürgələrdə yığılmışdır. Toxumu 1 mm uzunluğunda, uzunsov konus formalı, kənarı qeyri-bərabər haşiyələnmişdir. Avqust ayında çiçəkləyir, sentyabr ayında toxumları yetişir. == Ekologiyası == Qumlu təpəciklərdə rast gəlinir.
Ağarmış yovşan
Ağarmış yovşan (lat. Artemisia incana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == İranda, Türkiyədə, Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Yarpaq ayası enli, dəyirmi, lələkvari və ya üçər parçalanmış, uc paycıqları neştərvari və ya xətvari neştərşəkilli, sivrivari və ya bəzən dəyirmivaridir. Səbəti çox böyük olmayıb, sıx dəstəvari, qalxanda əyilmiş, zoğların ucunda qalxanvari, süpürgəvari hamaş çiçək qrupu əmələ gətirir. Tacın ucları tükcüklüdür. Avqust ayında çiçəkləyir, sentyabr ayında meyvələri yetişir. == Ekologiyası == Rütubətə davamlı, işıqsevən, bəzən kölgəli ərazilərdə də bitir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Kiçik Qafqazda yayılmışdır.
Birillik yovşan
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Bütövyarpaq yovşan
Bütövyarpaq yovşan (lat. Artemisia integrifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Şoranvari yovşan
Şoranvari yovşan (lat. Artemisia salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Rusiyada Belqorodun cənub-şərqində, Voronej vilayətinin cənubunda, Rostov, Volqoqrad, Saratov, Kuybışev, Orenburqda, Başkiriya MR-nın cənub-şərqində, Ukraynanın şərqində, Qazaxıstanın qərbində, Azərbaycanda yayılmışdır. Hamaşçiçəyi dar, sıxılmış süpürgə və ya salxımdır. Səbəti 2,5-3,5 mm uzunluğunda, salxımşəkilli çiçək qrupundadırlar: aşağı yarpaqları 2-3,5 sm uzunluğunda, sadə lələkvari parçalanmışdır. Çılpaq və ya bəzən seyrək ulduzvari tüklüdür. Oktyabr ayında çiçəkləyir, dekabr ayında toxum verir. Təbaşir dövrü qalıqlarının səciyyəvi bitkisidir. Əhəngdaşı və digər daşlı yamaclarda rast gəlinir. Bu növün olması torpağın yuyulmasının ilkin mərhələlərinə və ya cavan təbaşir qalıqlarına aid olduğunu göstərir.
Ətirli yovşan
Ətirli yovşan (lat. Artemisia fragrans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Qafqazda orta dağ qurşaqlarında təbii halda yayılmışdır. Hündürlüyü 25 (30-45) sm-ə çatan, bozumtul və ya açıq-bənövşəyi rəngdə çoxillik kol bitkisidir. Cavanlıqda ağa çalan, keçəvari, sonradan çılpaqlaşan, gövdəsi dik, oducaqlı olub, qalınlığı 0,5-1 sm-dir. Yarpaqları ikili, üçər lələkvari-parçalanmış, uc hissələri uzunsov, aşağıdan dəyirmi sapvari hissəciklidir. Səbətləri yumurtavari kürəkşəkilli, bozumtul-bənövşəyi tüklü olub, uzunluğu 2 mm, eni 1,5 mm-dir. Örtüyü kirəmitdişli, yarpaqcıqları ətli, xaricdəkilər dar, daxildəkilər enli, arxa hissə şırımlı, kənardakılar isə arxadan bozumtul, sıx tükcüklüdür. Çiçəkləri qabarıq çiçək yatağında toplaşmışdır, sayı 10 ədəddir. Toxumacası tərs konusşəkillidir.
Ağ və ya qumlu yovşan
Cənubi Qafqaz yovşanlıq girdəbaşı
Cənubi Qafqaz yovşanlıq girdəbaşı (lat. Phrynocephalus horvathi) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. 2008-ci ildə növ səviyyədinə qaldırılmışdlr. Ancaq bununla bağlı son qərar verilməmişdir. Girdəbaşın uzunluğu 7 sm qədər olur. Başı digər girdəbaşlarda olduğu kimi yumrudur. Quyruğu və bədəni qısadır. Əllərində və ayaqlafında dişçiklərə bənzər sanki qum xizəkləri vardır. Onlar canlının qumda sərbəst hərəkətini təmin edir.
Dəniz yovşanı
Kamfora yovşanı
Kamfora yovşanı (lat. Artemisia maritima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Qara, Azov, Baltik dənizlərinin sahillərində bitir. Hündürlüyü 20–100 sm olan, ağ tükcüklü yarımkoldur. Gövdələri çoxsaylı, yuxarı qalxan hissəsi busaqlıdır və kiçik çim əmələ gətirir. Bitki çoxillikdir; qısalmış sərilən, çılpaq budaqlara malikdir. Yarpaqları hər iki tərərfdən ağ tükcüklü, növbəli, lələkvari bölünmüş, ensiz, xətvari hissəli, səbətlərdən uzundur. Aşağı yarpaqları saplaqlı, ikiqat, üçər lələkvari, parçalanan,3–4 sm uzunluqdadır. Boruvari çiçəkləri qırmızımtıl və ya sarımtıl, çox xırda, ellipsvari-oval, uzunluğu 1–2 mm-dir. Səbətləri, adətən, 2–5 mm uzunluqda, sallaq, gövdə budaqlarının uclarında süpürgələrdə yerləşir.
Lerx yovşanı
Lerx yovşanı (lat. Artemisia lercheana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Afrikada, Asiyada təbii yayılmışdır. Səbəti 2-3 mm uzunluğunda, yumurtaşəkillidir. Aşağı yarpaqları 2-4 sm olub, düz, uc paycıqları dar, xətvari, 2 mm uzunluğundadır. Gövdənin orta yarpaqları yayın ikinci yarısında büzüşərək tökülür. Çiçəkləri al-qırmızı rəngdə olub, avqustda çiçəkləyir, noyabr-dekabr aylarında toxum verir. Gilli və şorakətli torpaqlarda bitir. Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında yayılmışdır. Zehni fəaliyyəti artırır; sətəlcəm, xroniki bronxit, ağ ciyər vərəmi, astma, qrip, allergiya, faringit, ürək xəstəliyi, əsəb xəstəliyi, ikinci immun çatışmazlığı, dəridə ziyilləri, irinli səpkiləri müalicə edir, yağlı dəri üçün istifadə edilir.
Selenqin yovşanı
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Sivers yovşanı
Sivers yovşanı (lat. Artemisia sieversiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Soviç yovşanı
Şovits yovşanı (lat. Artemisia szowitziana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Qafqazda, Orta Asiyada çay kənarlarında, səhralarda, meşələrdə təbii halda bitir. Gövdəsi 50–60 sm və ya daha hündürdür. Aşağı yarpaqları müəyyən hissəsi üçər lələkvari parçalanan, bəziləri lələkvari, digərləri isə ikiqat lələkvari parçalanandır. Çiçəklər barverəndir. Örtük yarpaqlar 3–7 ədəd üst-üstə oturan sərt yarpaqlardan təşkil olunmuşdur. Qıraq yarpaqlar bir qədər orta yarpaqlardan kiçikdirlər. Hamaş çiçəyi eyni olub, budaqları əyilən, piramidavari, süpürgəlidir. Aşağı yarpaqları çox vaxt 10 sm uzunluğunda, uc payları xətvari 5–10 sm uzunluğunda, yastıdırlar.
Tarla yovşanı
Tarla yovşanı (lat. Artemisia campestris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Artemisia campestris subsp. alpina (DC.) Arcang. Artemisia campestris subsp. borealis (Pall.) H.M.Hall & Clem. Artemisia campestris subsp. bottnica Lundstr. ex Kindb. Artemisia campestris subsp.
Yapon yovşanı
Yapon yovşanı (lat. Artemisia japonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Yovşanlı (Salmas)
Yovşanlı (fars. يوشانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (65 ailə).
Yovşanlıq girdəbaşı
Yovşanlıq girdəbaşı (lat. Phrynocephalus helioscopus) — Kələzlər fəsiləsinə və Girdəbaş kərtənkələlər cinsnə aid növ. Üst dodaq qalxancıqlarının sayı 12–17 olub, gözdən 4–6 uzununa sırada yerləşən pulcuqlarla ayrılmışdır. Alt dodaq qalxancığı 13–15-dir. Bədənin üzərində yerləşən təpəcikşəkilli pulcuğun altında dəri vəzləri yerləşir. Boyunda yaxşı nəzərə çarpan köndələn dəri büküşləri olur. Quyruğun əsası yastılaşmış və enli olub, ucuna doğru kəskin sivrilməmişdir. Başı girdədir. Bədənin üst tərəfinin rəngi yaşadığı qruntun rəngindən asılı olaraq dəyişir. Rəngli torpaqlarda bu kərtənkələ qonur və tutqun boz, qumlu və əhəngli torpaqlarda isə açıq boz və ya kül rəngində olur.
Yovşanlıtəpə yaşayış yeri
Yovşanlıtəpə — yaşayış yeri Ağdam rayonunun Alıbəyli kəndindən 500 m şərqdə, əkin sahələrinin əhatəsində yerləşir. Şimal-qərb, cənub-şərq uzunluğu 130 m, eni isə 70 m olan təpənin hündürlüyü 1 m-dir. Ehtimal ki, onun səthi sovet dövründə hamarlanmış və ətrafları əkin sahələrinə qatılmışdır. Bütün ətrafı boyunca söyüd ağacları əkilmiş təpənin səthini tamamilə yovşan kolları örtüb. Bu səbəbdən də yaşayış yeri Yovşanlıtəpə adı ilə qeydiyyata alınmışdır.
Yovşanvari karpezium
Abrotanvari karpezium (lat. Carpesium abrotanoides) — bromeliyakimilər fəsiləsinin karpezium cinsinə aid bitki növü.
Yovşanyarpaq ambroziya
Yovşanyarpaq ambroziya (lat. Ambrosia artemisiifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ambroziya cinsinə aid bitki növü. Birillik, gövdəsi düz, sadə və ya budaqlanan, 25-80 sm hündürlükdə bitkidir. Yarpaqları qarşı-qarşıya və ya növbəli düzülmüş, saplaqlı, aşağı yarpaqlar ikiqat, yuxarı yarpaqlar dərin lələkvari bölünmüş, bölümləri uzunsov-lansetvari, iti, tam və ya dişli, hər təfərdən qısa və sıx tükcüklü, aşağıda bozumtuldur. Səbətləri uzun və nazik sünbülvari çiçəkqrupunda toplanıb. Erkəkcik çiçəkləri sarı, səbətləri yarımşarvari, 3-5 mm enindədir. Sarğı yarpaqcıqları yaşıl rənglidir. Toxumcaları 3 mm uzunluqda, yumurtavari-uzunsov, incə burunludur. Tozcuqları allergiya xüsusiyyətlidir. Böyük Qafqazın qərbi, Abşeronun rayonlarında aran və dağətəyi ərazilərdə yayılmışdır.
Yovşanyarpaq atıl-batıl
Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthiifolia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin atıl-batıl cinsinə aid bitki növü. Heracleum absinthiifolium Vent. Pastinaca absinthiifolia (Vent.) Calest. Tordylium absinthiifolium (Vent.) Pers. Zosima orientalis Hoffm.
Zail yovşanı
Çin yovşanı
Çin yovşanı (lat. Artemisia cina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Orta Asiya (Qazaxıstanın cənubu) üçün endemik növdür. Tacikstanda Sırdərya və Arıs və digər çayların kənarlarında da rast gəlinir. Çay kənarlarında, boş düzənlik və şəhərkənarı rayonlarda kütləvi şəkildə bitir. Mədəni bitkidir.
Şovits yovşanı
Şovits yovşanı (lat. Artemisia szowitziana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Qafqazda, Orta Asiyada çay kənarlarında, səhralarda, meşələrdə təbii halda bitir. Gövdəsi 50–60 sm və ya daha hündürdür. Aşağı yarpaqları müəyyən hissəsi üçər lələkvari parçalanan, bəziləri lələkvari, digərləri isə ikiqat lələkvari parçalanandır. Çiçəklər barverəndir. Örtük yarpaqlar 3–7 ədəd üst-üstə oturan sərt yarpaqlardan təşkil olunmuşdur. Qıraq yarpaqlar bir qədər orta yarpaqlardan kiçikdirlər. Hamaş çiçəyi eyni olub, budaqları əyilən, piramidavari, süpürgəlidir. Aşağı yarpaqları çox vaxt 10 sm uzunluğunda, uc payları xətvari 5–10 sm uzunluğunda, yastıdırlar.

Значение слова в других словарях