zülal istehsalı

ру производство белка en protein production de Proteinerzeugung fr production de protéine es producción de proteína it produzione di proteina
zirzəmi
OBASTAN VİKİ
Zülal
Zülal — α-aminturşu qalıqlarından təşkil olunmuş yüksək molekullu təbii birləşmədir. Üzvi maddələr arasında mühüm əhəmiyyət kəsb edən və çox mürəkkəb quruluşa malik olan birləşmələrdən biri də zülallardır. Züllallar bitki, heyvan və insan orqanizminin yaranması və inkişafında müstəsna əhəmiyyətə malikdir. Zülallar canlı orqanizmdə müxtəlif funksiyalar daşıyırlar. Onlar dərinin, əzələlərin, müxtəlif orqanların toxumalarının tərkibinə daxildir. Bəzi zülallar bioloji katalizator (fermentlər) xassəsinə malik olub, orqanizmdə gedən bütün kimyəvi proseslərdə iştirak edirlər. Zülallar orqanizmin enerji mənbələrindən biri olmaqla bərabər, orqanizm üçün infeksiyalardan müdafiə rolunu oynayırlar. α-aminturşulardan təbii sintezolunmuş üzvi birləşmə, canlı hüceyrənin əsas tərkib hissəsi. Molekul kütləsi on minlərdən milyonadək və daha çoxdur. Amfoter elektrolitdir, molekullarında sərbəst karboksil və amin turşuları var.
Zülal Mədətli
Zülal Rəhim oğlu Mədətli (14 avqust 1991; Şərur rayonu, Azərbaycan SSR — 20 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Zülal Rəhim oğlu Mədətov 1991ci il avqustun 14 Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Zülal Mədətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülal Mədətli oktyabrın 10-da Zəngilanın azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülal Mədətli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülal Mədətli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülal Mədətli ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zülal Mədətli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əmtəə istehsalı
Əmtəə istehsalı — bütün məhsulların satış üçün yaradıldığı bir təşkilat növüdür. İctimai əmək bölgüsü səbəbindən yaranır və iqtisadi cəhətdən təcrid olunmuş istehsalçılar tərəfindən həyata keçirilir. Sadə əmtəə istehsalı müstəqil özəl istehsalçı-kəndli və sənətkarlar arasında mübadilə üçün məhsul istehsalıdır. Onun əsas xüsusiyyətləri aşağıdakılardır: İctimai əmək bölgüsü əmtəə istehsalının mövcudluğunun maddi şərti kimi. İstehsal vasitələrinə və əmək məhsullarına xüsusi mülkiyyət. Mülkiyyətçinin istehsal vasitələri və ictimai ehtiyacların ödənilməsi üçün şəxsi əməyi əmək məhsullarının alqı-satqısı yolu ilə həyata keçirilir. İnsanlar arasında iqtisadi əlaqə bazar vasitəsilə həyata keçirilir, yəni sosial xarakter daşıyır. İnkişaf etmiş əmtəə istehsalı ilə təkcə bütün əmək məhsulları deyil, həm də istehsal amilləri, o cümlədən əmək əmtəəyə çevrilir. Bazar münasibətləri universal xarakter alır. Əşyalar arasında münasibətlər kimi çıxış edən bütün iqtisadi münasibətlər sisteminin refikasiyası baş verir və əmtəə fetişizmi yaranır.
C-reaktiv zülal
C-reaktiv zülal (ing. C-reactive protein, CRP) - qan plazması zülalı olub, iltihab nəticəsində miqdarının qanda kəskin artaması müşahidə olunur. Orqanizmdə iltihabi prossesin olub olmamasını C-reaktiv zülalın miqdarına müvafiq təyin etmək mümkündür. CRP geni I xromosomun 1q21-q23 nahiyəsində yerləşir. Zülal molekulu zənciri 224 amminturşusu qalığından ibarətdir. Monomerinin malekulyar kütləsi 25,106 кDа. Zülal böyük olmayan pentraksinlər (ing. pentraxin) ailəsinə aiddir.
Film İstehsalı Aktı
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Fələstində zeytun istehsalı
Ədalət Liqası filminin istehsalı
2017-ci ildə çıxarılmış “Ədalət Liqası” filmi mürəkkəb istehsalat tarixinə malikdir. Filmin içəkilişlərinə başlamazdan əvvəl və çəkilişlər zamanı onun ssenarisində ciddi dəyişikliklər edilmiş, istehsalın ortasında isə rejissoru dəyişdirilmişdir. Bu filmin kinoteatrlarda təqdim edilmiş versiyasının pre-prodakşn və əsas çəkilişlər zamanı nəzərdə tutulduğundan ciddi fərqlənməsinə səbəb olmuşdur. Dəyişiklərin bir çoxu DC Genişləndirilmiş Kainatının (DCGK) əvvəlki filmləri olan “Betmen Supermenə qarşı: Ədalətin Şəfəqi” və “İntiharçılar dəstəsi” filmlərinin soyuq qəbul edilməsi ilə əsaslandırılmışdır. “Ədalət Liqasının” istehsalatına əsasən Zak Snayder başçılıq etmiş, lakin, 2017-ci ilin mayında filmin post-prodakşn işləri həyata keçirilərkən qızının intiharından sonra Snayder istehsalatdan uzaqlaşmış və rejissor kürsüsündə onu Coss Uidon əvəz etmişdir. Warner Bros. Şirkətinin göstərişi ilə Uidon filmin ssenarisini dəyişmiş, yenidən çəkilişlər həyata keçirmiş, filmin ümumi tonuna dəyişikliklər edərək ona daha parlaq və yumorik əhvali-ruhiyyə gətirmiş, ümumi davamlılıq müddətini isə 120 dəqiqəyə qədər azaltmışdır. “Ədalət Liqası”nın kinoteatr relizi kommersiya uğursuzluğu ilə üzləşmiş, film tənqidçilər və izləyicilərdən qarışıq rəylər almış və bundan sonra Warner Bros. DCGK-nın gələcəyinə yenidən baxmalı olmuşdur. Filmin mürəkkəb istehsalat tarixçəsinin tədricən ictimayətə açıqlanmasından sonra, bəzi insanlar Snayderin baxışını əks etdirən alternativ montaj versiyasının təqdim edilməsi ideyasını irəli sürməyə başlamışdılar.
Paratiroid hormonu ilə əlaqəli zülal
Paratiroid hormonu ilə əlaqəli zülal — bir hormondur və mezenximal kök hüceyrələr tərəfindən ifraz olunan paratiroid hormonları ailəsinin üzvüdür. Bəzən xərçəng hüceyrələri tərəfindən ifraz olunur (məsələn, döş xərçəngi, ağciyər xərçənginin müəyyən növləri, o cümlədən skuamöz hüceyrəli ağciyər karsinoması). Bununla belə, sümük, diş, damar toxumaları və digər toxumalarda da normal funksiyalara malikdir. PTHrP endokrin, avtokrin, parakrin və intrakrin hormon kimi hərəkət edir. Endoxondral böyümə plitəsinin sabit genişliyini saxlamaqla endoxondral sümük inkişafını tənzimləyir. O, həmçinin süd vəzilərinin formalaşması zamanı epiteliya-mezenximal qarşılıqlı əlaqəni tənzimləyir. PTHrP onurğalılarda və məməlilərdə kalsium homeostazının tənzimlənməsində mühüm rol oynayır. 2005-ci ildə avstraliyalı patoloq və tədqiqatçı Tomas Con Martin aşkar etdi ki, osteoblastlar tərəfindən istehsal olunan PTHrP sümük əmələ gəlməsinin fizioloji tənzimləyicisidir. O, həmçinin osteoklas formalaşmasını gücləndirərək sümük rezorbsiyasının fizioloji tənzimlənməsində rol oynaya bilər. Paratiroid hormonu ilə əlaqəli zülal yerli sümük rezorbsiyasını stimullaşdırmaq üçün siqnal molekulu kimi çıxış etdiyi diş çıxarma zamanı sümükdaxili mərhələsində vacibdir.
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Qeyri-metal mineral maddələrin istehsalı
Qeyri-metal mineral maddələrin istehsalı — bu sahədə sement, yığma dəmir-beton konstruksiyalar, hörmə üçün hazır beton qarışığı, tikinti şüşəsi, asfalt, tikinti kərpici və s. materialların istehsalı ilə məşğul olan, 6,6 min nəfərin çalışdığı 227 müəssisə fəaliyyət göstərir və sahənin əsasını tikinti materialları istehsalı təşkil edir. 1913-cü ildə sənayenin ümumi məhsulunda tikinti materiallarının xüsusi çəkisi 0.24% id',. Bu dövrdə Bakıdakı bütün tikililərin 90%-i Abşerondakı karxanalardan çıxarılan mişar daşından inşa olunuıdu. 1912-ci ildə 220-yə qədər xırda miiəssisə 0,2 mln. ədəd kərpic istehsal etmişdi. Neft sənayesinin dəgüclü inkişafı sementə tələbatı xeyli artırırdı. 1906 ildə Bakının Keşlə kəndi yaxmlığında Cənubi Qafqazda ilk sement zavodu istifadəyə verildi. Mişar daşı, kərpic, sement istehsal edən müssisələrlə yanaşı. Bakıda “Gipsolit” » zavodu (1890), asbest-sement piltə zavodu(“Eternit", 1910), taxta-şalban müəssəsi (1898) fəaliyyət göstərsə də, Azərbaycanın tikinti materiallarına olan ehtiyacı ödənmirdi.
İran Təyyarə İstehsalı Sənayesi Şirkəti
İran Təyyarə İstehsalı Sənayesi Şirkəti (ing. Iran Aircraft Manufacturing Industrial Company (IAMI); fars. شرکت صنایع هواپیماسازی ایران - هسا‎, Farsca qısaltması — HESA) İranın 1976-cı ildə qurulmuş təyyarə istehsalı müəssisəsidir. İran Aviasiya Sənayesi Təşkilatı tərəfindən idarə olunur və Şahinşəhr (İsfahan) şəhərində yerləşir. Şirkətin qurulduğu təxminən 2 milyon kvadratmetr və ya 500 hektarlıq ərazi yerli olaraq tanınan və hörmətli Boroumand ailəsi (qardaşlar: Abdolghaffar, Abdolrahman, Abdolrahim, Abdolkarim, Abdolrashid və Abdollah) tərəfindən hədiyyə edilmişdir. Şirkət minlərlə kvadratmetrlik istifadəyə hazır ərazisi mövcuddur və 250.000 kvadratmetrlik sahəsi mağaza və hanqarlara, həmçinin A/C hissələrinin istehsalı (klima istehsalı), birləşdirilməsi, laboratoriyalar, uçuş sınaq obyektləri və istehsal üçün hazırlıq sexlərinə ayrılmışdır. Şahinşəhr zavodunun inşasına Amerikanın Textron şirkəti başlamışdır. Yeni müəssisə, İranda bir neçə yüz helikopter istehsalı və texnologiyasının ötürülməsini əhatə edən bir müqaviləyə uyğun olaraq müxtəlif konfiqurasiyalı Bell 214 helikopterləri istehsal etməyi planlaşdırırdı. Müqavilənin o qədər böyük olduğu bildirildi ki, Textron, İran proyektini icra etmək üçün general-mayor Delk M. Audenin rəhbərlik etdiyi yeni bir ştat yaratdı. Amerika şirkəti, İran inqilabı və ondan sonrakı İrana qarşı sanksiyalar səbəbiylə layihədən çəkilmək məcburiyyətində qaldı.
Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989)
Qisasçılar: Sonsuzluq savaşı və Qisasçılar: Final filmlərinin istehsalı
“Qisasçılar: Sonsuzluq savaşı” və “Qisasçılar:Final” filmləri “Marvel Studios”un prodüserliyi və “Walt Disney Studios Motion Pictures”- in distribütorluğu ilə istehsal edilmiş, Marvel Comics superqəhrəman heyəti “Qisasçılar”ın fəaliyyətindən bəhs edən ABŞ supərqəhrəman filmidir. Filmlər “Qisasçılar” (2012) və “Qisasçılar: Altron dövrü” (2015) filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatının on doqquzuncu və iyirmi ikinci filmləri kimi nəzərdə tutulmuşdur. Kristofer Markus və Stefan MakFilinin yazdığı ssenarilər əsasında Entoni və Co Russo qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmış filmlərdə MKK aktyor heyətinin əksər üzvləri iştirak etmişlər. Layihənin inkişaf etdirilməsinə “Marvel Studios”un erkən filmlərində Sonsuzluq daşları və Sonsuzluq əlcəyinin təqdim edilməsindən sonra başlanmışdır. Filmin aktyor seçiminə 2013-cü ildə Robert Dauninin Toni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalaması ilə başlanılır. Bir il sonra müqavilədə bəhs edilən filmilərin “Qisasçılar: Sonsuzluq savaşı I və II hissə” olması elan edilmişdir. Russo qardaşları, həmçinin Markus və MakFili isə 2015-ci ilin əvvəllərində layihəyə qoşulmuşlar. 2016-cı ilin iyulunda Marvel elan etdi ki, I və II hissə adları ləğv edilərək, hər bir hissə müstəqil adla adlandırılacaq; birinci hissənin adı “Qisasçılar: Sonsuzluq savaşı” elan edilmiş, II hissənin adı isə sirr olaraq saxlanmışdır. Hər iki film ard-arda, Corciya ştatının Fayett dairəsindəki “Pinewood Atlanta Studios”-da çəkilmişdir. “Sonsuzluq savaşı”nın istehsalına 23 yanvarda başlanılmış və 14 iyul 2017-ci ildə tamamlanmışdır; əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta Mərkəzi və Nyu-Yorkda aparılmışdır.
Qisasçılar: Sonsuzluq savaşı və Qisasçılar 4 filmlərinin istehsalı
“Qisasçılar: Sonsuzluq savaşı” və “Qisasçılar:Final” filmləri “Marvel Studios”un prodüserliyi və “Walt Disney Studios Motion Pictures”- in distribütorluğu ilə istehsal edilmiş, Marvel Comics superqəhrəman heyəti “Qisasçılar”ın fəaliyyətindən bəhs edən ABŞ supərqəhrəman filmidir. Filmlər “Qisasçılar” (2012) və “Qisasçılar: Altron dövrü” (2015) filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatının on doqquzuncu və iyirmi ikinci filmləri kimi nəzərdə tutulmuşdur. Kristofer Markus və Stefan MakFilinin yazdığı ssenarilər əsasında Entoni və Co Russo qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmış filmlərdə MKK aktyor heyətinin əksər üzvləri iştirak etmişlər. Layihənin inkişaf etdirilməsinə “Marvel Studios”un erkən filmlərində Sonsuzluq daşları və Sonsuzluq əlcəyinin təqdim edilməsindən sonra başlanmışdır. Filmin aktyor seçiminə 2013-cü ildə Robert Dauninin Toni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalaması ilə başlanılır. Bir il sonra müqavilədə bəhs edilən filmilərin “Qisasçılar: Sonsuzluq savaşı I və II hissə” olması elan edilmişdir. Russo qardaşları, həmçinin Markus və MakFili isə 2015-ci ilin əvvəllərində layihəyə qoşulmuşlar. 2016-cı ilin iyulunda Marvel elan etdi ki, I və II hissə adları ləğv edilərək, hər bir hissə müstəqil adla adlandırılacaq; birinci hissənin adı “Qisasçılar: Sonsuzluq savaşı” elan edilmiş, II hissənin adı isə sirr olaraq saxlanmışdır. Hər iki film ard-arda, Corciya ştatının Fayett dairəsindəki “Pinewood Atlanta Studios”-da çəkilmişdir. “Sonsuzluq savaşı”nın istehsalına 23 yanvarda başlanılmış və 14 iyul 2017-ci ildə tamamlanmışdır; əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta Mərkəzi və Nyu-Yorkda aparılmışdır.