zədələnmə

ру повреждение en damage de Beschädigung fr endommagement es daño it danneggiamento
zenit
zədələnmiş qurğu
OBASTAN VİKİ
Gözdə kimyəvi zədələnmə
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir. Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir. Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Elektrik zədələnmələri
Elektrik zədələnmələri — müxtəlif gərginlikli elektrik cərəyanı ilə kontakt nəticəsində baş verən yanıqlardır; Sadə şəkildə desək, elektrik zədələnmələri elektrik cərəyanın bədənin toxumaları boyunca yayılması nəticəsində əmələ gələn istiliyin təsirindən baş verən yanıqlardır. Elektrik enerjisi adətən dərin yanıqlara səbəb olur. Elektrik zədələnmələrinin səbəbi insanın elektrik enerjisi mənbəyi ilə birbaşa, yaxud dolayısilə əlaqədə olmasıdır. Düz (birbaşa) elektrik zədələnmələr — elektrik cərəyanının insan bədəninə elektrik dövriyəsini açarkən birbaşa keçməsi nəticəsində baş verir. Vasitəli (dolayısilə) elektrik zədələnmələr — volt qövsünün təsiri zamanı olur. Müəyyən gərginlikli və güclü elektrik cərəyanının təsiri nəticəsində elektrik zədə əmələ gələrək həm yerli, həm də mərkəzi sinir, tənəffüs, ürək-damar sistemlərində çox güclü, dərin funksional pozulmalar törədir. Zədələnmələrin ağırlığı və nəticəsi təkcə elektrik cərəyanının fiziki parametrlərindən başqa cərəyan keçrici əşya ilə kontaktda olan dərinin müqavimətindən asılıdır. Quru dərinin elektrik müqaviməti 100–2000 dəfə yaş dərinin müqavimətindən yüksəkdir və bu səbəbdən eyni gərginlikli elektrik cərəyanı birinci halda qorxulu zədələnməyə səbəb olmur, əksinə ikinci halda isə ölümlə nəticələnə bilir. Elektrik cərəyanının gərginliyi 500 V–dan çox olduqda dərinin müqavimətinin heç bir mənası olmayıb, təmas yerində bioloji toxumaların "deşilməsi" baş verərək elektrik cərəyanı işarələri, izləri əmələ gətirir. Çox vaxt cərəyanın təsiri nəticəsində orqanizmdə əmələ gələn dəyişikliklər terminal (bioloji ölümə yaxın) vəziyyətə gətirib çıxarır.
Elektroenergetika sistemlərındə zədələnmələr və qeyri-normal rejimlər
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Kəllə-beyin zədələnməsi
Kəllə-beyin zədələnməsi, Kəllə-beyin travması (qısaca KBT, yun. τραύμα — zədə), adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayət olunarsa onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb — çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyən etmək üçün hospitalizə olunmalı və daimi nəzarətə götürülməlidir. Adından göründüyü kimi nəqliyyat və iş qəzaları, idman travmaları nəticəsində kəllənin almış olduğu zədələr nəticəsində baş verir. Kəllə-beyin zədələnməsinin ağırlıq dərəcəsi Qlasqo-Koma şkalası üzrə təyin edilir. < 4 bal = 85% dəyişkən vegetativ status < 8 bal = ağır beyin funksional pozğunluq > 11 bal = 5–10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq Beyin silkələnməsi — bu zaman beyinin funksiyasına təsir edəbiləcək pozğunluq aşkar edilmir. Meydana çıxmış simptomlar bir neçə gün ərzində itib getmiş olurlar. Beyin zədələnməsi: yüngül, orta və ağır dərəcəli olur.

Digər lüğətlərdə