ZƏNCİR

is. [ fars. ]
1. Bir-birinə keçmiş halqalardan ibarət dəmir bağ; silsilə. Saat zənciri. Lövbər zənciri. İti zəncirlə bağlamaq.
– Axırda Dəmirçioğlu atasından gizli bir canlı kotan zəncirini də götürüb toqqa əvəzinə belinə bağladı. Koroğlu”.
Kəndlinin cavan oğlu şiddətli surətdə dəli oldu, hətta onu zəncir ilə bağlamağa məcbur olurlar. S.S.Axundov.

2. Buxov, qandal.
Əzizim bağlı qaldı; Yar qəlbi dağlı qaldı; Zəncir, buxov görmədi; Qollarım bağlı qaldı. (Bayatı).
Ruhi-Məcnuni sevirsən bir dəm ey zəncir açıl; Kim, tutulmuş şəhridən könlüm biyaban istərəm. Qövsi.
…Dustaqxananın zəncir səsi camaatın qulağına gəldi. Ə.Haqverdiyev.
Zənciri qolundan atdı bu torpaq. B.Vahabzadə.

□ Zəncirə çəkmək (vurmaq) – zəncirləmək, əl-ayağını zəncirlə bağlamaq.
Dili-divanəni zəncirə çəkərsən, yeri var; Ətri-zülfün nə üçün müşkiXətadan seçməz? S.Ə.Şirvani.

3. məc. Əsarət, zülm, məhkumluq rəmzi.
İnsanlara zəncir, fəğan gətirən; O, faşist adlanan qara itləri; Məhv et silahının qüdrətilə sən! R.Rza.

// Klassik şeirdə gözəlin zülfünə işarədir.
Tutmazam zənciri-zülfü tərkin, ey naseh; Məni xah bir aqil xəyal et, xah bir divanə tut. Füzuli.
Saçın zəncirinə könül bağladım; Məcnun kimi düşdüm dağa, Fatimə! M.P.Vaqif.

◊ Zəncir kimi (tək) – bir-birinin ardınca, silsilə şəklində.
Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq.
Zəncirtək düzülüb on beş hünərvər; Daşlı küdrüləri etdilər səngər. H.K.Sanılı.

Zəncir gəmirmək (çeynəmək) (bəzən “əlindən” sözü ilə) – birinə qarşı son dərəcə hiddətli olmaq, birinə divan tutmağa hazır olmaq, acıqlı olmaq.
Zəncirdən qurtarmaq – bax zəncirini qırmaq 1-ci mənada.
Yaşıllıq çağırsın hər qəlbin neyi; Qurtaraq zəncirdən Prometeyi!… S.Vurğun.

Zəncirini qırmaq1) əsarətdən qurtarmaq, azadlıq əldə etmək;
2) məc. dan. həddini azmaq, sözə baxmamaq, özbaşınalıq etmək.

Синонимы

  • ZƏNCİR bağ — silsilə
  • ZƏNCİR buxov — qandal
  • ZƏNCİR əsarət — zülm
  • ZƏNCİR 1. ZƏNCİR Kəndlinin cavan oğlu şiddətli surətdə dəli oldu, hətta onu zəncir ilə bağlamağa məcbur olurlar (S

Этимология

  • ZƏNCİR Əsli “ilcir”dir. İlişmək feilinin kökü ilə qohumdur: “bir-birinə ilişmiş halqalar ardıcıllığı” deməkdir
ZƏNCİ
ZƏNCİRBƏND
OBASTAN VİKİ
Zəncir ötürməsi
Zəncir ötürməsi — dartma ötürməsi olub, polad zəncirlərin köməyi ilə fırlanma hərəkətini paralel vallar arasında ötürməyə xidmət edir. Ötürmə oymaq, diyircək və ya dişli zəncirlərin köməyi ilə yerinə yetirilir. Fırlanma zamanı böyük mərkəzdənqaçma qüvvəsini yarandığına görə zəncir ötürməsi aşağı sürətlərdə böyük çevrəvi qüvvələrin ötürülməsində tətbiq edilir. Böyük güclərdə işləyən ötürmədə bir neçə zəncir boltlarla bir-birinə bərkidilir. Ən sadəsi oymaqlı zəncir ötürməsidir. O, oymaq preslənmiş lövhədən ibarət daxili və çivi preslənmiş xarici bənddən ibarətdir. Çivi oymağa keçirilərək hərəkətli birləşmə yaradır. Yeyilməni və səs yaranmasını azaltmaq üçün oymağa fırlanan diyircək keçirilir. İş zamanı bu diyircəklər ulduzcuqlarla təmasda olaraq səlis iş yaradır. Zəncirlərin birləşdirilib-açılması üçün ona qıfıl hissəsi əlavə edilir.
Polimeraz zəncir reaksiyası
Polimeraz zəncir reaksiyası (PZR) (ing. polymerase chain reaction, PCR) — biokimya və molekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb. Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir. Ən sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır: İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT. Regionun sonlarına tamamlayıcı olan iki növ praymer. İstiliyə davamlı DNT polimeraz fermenti. Dörd növ dezoksiribonukleotid fosfat (A, G, C, T) Fermentin çalışması üçün optimal şərait yaradan bufer məhlulu. Divalent kation, {adətən maqnezium ancaq manqan da istifadə oluna bilər}.
Zəncir altındakı Məryəm Ana kilsəsi
Zəncir altındakı Məryəm Ana kilsəsi (çex. Kostel Panny Marie pod řetězem, alm. Kirche der Jungfrau Maria unter der Kette am Ende der Brücke‎) — Praqa şəhərinin Mala Strana rayonunda və Lazenska küçəsində (Praqa 1) yerləşən katolik monastır kilsəsi. Kilsənin fasadı, portal ilə birlikdə gecikmiş İntibah üslubunda, frontonu isə erkən barokko memarlıq üslubunda hazırlanıb. Kilsə Malta ordeninin cəngavərlərinə məxsus Böyük Çex prioratlığının monastır kompleksinin tərkibinə daxildir. Malta ordeninə məxsus qonşu binalarla birlikdə, kilsə Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur Zəncir altındakı Məryəm Ana kilsəsinin adının mənşəyi barədə vahid fikir mövcud deyil. Versiyalardan birinə görə, kilsədə boynu zəncirlə bəzədilmiş Məryəm Ananın heykəli yerləşirdi. Digər versiya kilsənin yanında keçmiş Yuditin körpüsünün (hazırkı Karl körpüsünün sələfi) olması ilə bağlıdır. Üçüncü, daha inandırıcı izah isə belədir ki, məbəd Praqaya gələn ticarət gəmilərinin lövbər saldığı Vltava sahili ilə üzbəüz yerləşir. Bu məlumat həm də yaxında Řetězová (Rjetezova — zəncir mənasını verir) küçəsinin yerləşməsi ilə təsdiqlənir.
Dərman zəncirotu
Taraxacum sect. Taraxacum (lat. Taraxacum sect. Taraxacum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Taraxacum sect. Taraxacum hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır. Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir. Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir.
Geriyə zəncirləmə
Geriyə zəncirləmə– ekspert sistemlərində: mühakimənin doğruluğunun yoxlanılmasına həmin mühakimədən və onun alınmasına kimi istifadə olunan qaydalar yığınından başlayan üsul. Sonra ondan əvvəl gələn mühakimələr zənciri yoxlanır, qaydalar faktlardan ibarət verilənlər bazasında olan informasiyalar ilə tutuşdurulur. Proses aşkar doğru və ya yalan olan mühakimə ilə başa çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Payız zəncirotu
Payız zəncirotu (lat. Taraxacum hybernum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. Taraxacum pobedimoviae Schischk.
Qida zənciri
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Qida zənciri ekoloji piramida
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Təchizat Zənciri
Təchizat zənciri (ing. Supply Chain) — bir məhsul və ya xidməti təchizatçıdan müştəriyə çatdırmaq üçün qurulmuş təşkilatlar, insanlar, texnologiya, müxtəlif fəaliyyətlər, informasiya və resurslar sistemidir. Təchizat zənciri fəaliyyətləri təbii ehtiyatların, xammalın və komponentlərin hazır məhsula çevrilməsini təşkil edir. Satınalma və tədarük, istehsal və logistika fəaliyyətlərinin planlaşdırılması və idarə olunmasını əhatə edir. Ən vacibi isə, buraya təchizatçılar, potensial tərəfdaşlar, vasitəçilər, üçüncü-tərəf xidmət təminatçıları və müştərilərlə koordinasiya və tərəfdaşlıq əlaqələri daxildir. Bu da şirkət daxilində və şirkətlər arasında tələb və təklifin tənzimlənməsinə yardım edir. Bu baxımdan TZİ biznesin əsas iş funksiyalarını və proseslərini birləşdirən, onların vahid və səmərəli şəkildə fəaliyyətlərini təmin edən bir mexanizmdir. Biznes funksiyaları dedikdə bir şirkətin fəaliyyəti üçün lazım olan bütün proseslər nəzərdə tutulur. Məsələn, TZİ birbaşa olaraq istehsalat və logistika proseslərinə nəzarət edir; marketinq, satış, məhsul dizaynı, maliyyə və informasiya texnologiyaları proseslərinin fəaliyyətlərini isə koordinasiya edir. Təchizat zəncirinin əsas məqsədi minimum inventarla tələb və təklif arasında uyğunluq qurmaqdır.
Xuzhou zəncirlənmiş qadın hadisəsi
Zəncirabad (Həştrud)
Zəncirabad (fars. زنجيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 49 nəfər yaşayır (10 ailə).
Zəncirabad (Qoşaçay)
Zəncirabad (fars. زنجيراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (145 ailə).
Zəncirbulaq (Əhər)
Zəncirbulaq (fars. زنجيربلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (44 ailə).
Zəncirbənd
Qıfıllıca və ya zəncirbənd (fr. fermoir) — geyim, çanta və s. iki ayrı hissəsini sürətli şəkildə bir-birinə birləşdirliməsi üçün nəzərdə tutulmuş qıfıllama növlərindən biri. 1891-ci ildə ABŞ vətəndaşı Uitcomb Judson tərəfindən icad edilib. 1918-ci ilədək yalnız kovboy geyimlərində istifadə olunmasına baxmayaraq, hazırda geyim növləri və çantalarda geniş şəkildə tətbiq olunur.
Zəncirli
Zəncirli — Yardımlı rayonunun Varğadüz inzibati ərazi vahidində kənd. Zəncirli — Daşkəsən rayonu ərazisində dağ. Digər yerli adı Yeddiqardaşdır; Zəncirli — Şərur rayonu ərazisində dağ silsiləsi. Naxçıvan MR ilə Ermənistanın sarhedindadir. Zəncirli — Daşkəsən rayonu ərazisində çay. Gəncə çayının sol qoludur. Zəncirli — İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.
Zəncirli (kənd)
Zəncirli - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. 1590-cı ilə və 1728-ci ilə aid mənbədə Zincirli kimidir. Başqa mənbədə Zincirlu kimidir. 1828-ci ilə aid mənbədə kəndin Abdulla Musa oğluna mənsub olması göstərilir 1828-1832-ci illərdə əhalisi qovulmuşdur. Sonra bir hissəsi geri qayıtmışdır. 1948-ci ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. Zəncirli dağının adındandır.
Zəncirli bina
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Zəncirli ev
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Zəncirliquyu qəbiristanlığı
Zəncirliquyu qəbiristanlığı — (türk. Zincirlikuyu Mezarlığı), Türkiyənin, İstanbulun Avropa hissəsində yerləşən müasir qəbiristanlıq. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur. Siyasət, iş, idman və sənət dünyasının bir çox görkəmli xadimləri burada dəfn edilib. Qəbiristanlıq, Şişli ilçəsinin Esentəpə və Levent rayonları arasındakı Zəncirliquyudakı Böyükdərə prospektindədir. İstanbulun müasir strukturda qurulmuş ilk qəbiristanlığıdır və bu səbəbdən uzun illərdir insanlar arasında "çağdaş qəbiristanlıq" olaraq bilinir. Qəbiristanlığın yerləşdiyi ərazi 1930-cu illərə qədər dağınıq vəziyyətdə idi. və ən yaxın yerləşmə Mecidiyəköydə idi. 1935-ci ildə şəhər xaricində yeni bir qəbiristanlıq qurulmasına qərar verildikdə, həm Şişlidən, həm də Beşiktaşdan rahat çatıla bilən və genişlənmə imkanı olan Zəncirliquyu ən uyğun yer seçildi, lakin 1950-ci illərdə, ətrafında meydana çıxmağa başlayan yaşayış yerləri qəbiristanlıq ərazisinin genişlənməsinin qarşısını aldı. Ətrafındakı tikinti prosesinə paralel olaraq, 1960-cı illərdə indiki sərhədlərinə çatdı.
Zəncirləmə
Zəncirləmə — Azərbaycan aşıq ədəbiyyatında çox az-az işlənən spesifik formalardan biri. Zəncirləmədə hər bir bəndin son sözü ya olduğu kimi, yaxud da tərkib halında özündən sonrakı bəndin əvvəlinə keçid şəklində zəncirlənir. Zəncirləmələr də cığalar kimi musiqinin ritminin və ahənginin dəyişməsi ilə əlaqədar müxəmməs, müsəddəs və s. aşıq şeri şəkillərinə əlavə olunur. Daha çox saz havasının, ifaçılığın tələbi ilə meydana çıxan zəncirləmə bir tərəfdən şerin özünə oynaqlıq və ifadəlilik gətirir, o biri tərəfdən isə sənətkarın poetik ustalığını, bilik və bacarığını nümayiş etdirir. Zəncirləmələrin konkret forması yoxdur. Onlar on beş, on bir, səkkiz hecalı müxəmməs, yaxud qoşma misralarına əlavə olunan beş-yeddi hecalı oynaq şeir parçalarıdır. Zəncirləmənin mürəkkəb formasına Məlikballı Qurbanın yaradıcılığında təsadüf olunur. Həmin sintetik şeir şəkli qoşma-müstəzad əvvəl-axır zəncirləmə adlanır: Göründüyü kimi, burada hər misranın sonunda işlənən söz, yaxud ifadə yeni misranın əvvəlində təkrarlanır, ona görə də bu tipli zəncirləmə əvvəl-axır zəncirləmə adlanır. Zəncirləmə ilə cığanın forma yaxınlığına və funksiya eyniyyətinə baxmayaraq onlar eyni şerin tərkibində paralel surətdə müstəqil də mövcud ola bilərlər.
Zəncirlənmiş Adam (1964)
Kinolent ehtiyac üzündən varlının həyətində iti əvəz etməyə məcbur olan sadə bir insanın-Alvaronun (Ağadadaş Qurbanov) faciəli taleyindən danışır. Film Argentina yazıçısı Osvaldo Draqunun "İtə çevrilən adam" hekayəsi əsasında çəkilmişdir.
Zəncirlənmiş Prometey
"Zəncirlənmiş Prometey" (q.yun. Προμηθεύς Δεσμώτης) — qədim yunan dramaturqu Esxilin e.ə. 444-443-cü illərdə yazdığı faciə.
Şleyf qoşulması (Qızçiçəyi zənciri)
Şleyf qoşulması və ya qızçiçəyi zənciri (en. daisy-chain), (ru. шлейфовое подключение), (tr. papatya dizimi) – kompüterə bir neçə qurğunun ardıcıl qoşulması üsulu. “Qızçiçəyi zənciri” aşağıdakı kimi gerçəkləşdirilir: birinci qurğu kompüterə qoşulur, ikinci qurğu birinciyə, üçüncü qurğu ikinciyə qoşulur və s., sonuncu qurğu isə müqavimətə, yaxud terminatora qoşulur. Məsələn, bir SCSI-porta zəncirvari olaraq sərt disklər cə CD-ROM kimi yeddiyədək periferiya qurğusu qəşulur. Siqnallar zəncir boyu bir qurğudan sonrakına ötürülür. Son nəticədə bütün qurğuların qoşulduğu kanaldan (şindən) istifadə üstündə toqquşmalardan qaçmaq və nizamlılığı saxlamaq üçün qurğuların hər birinə öncəlik (prioritet) verilir; başqa variant da mümkündür, belə ki, hər bir qurğu “kanala” qulaq asır və yalnız xətt boşaldıqca verilişə başlayır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Süyçjou zəncirlənmiş qadın hadisəsi
Süyçjou zəncirlənmiş qadın hadisəsi ( (çin.)), həmçinin Süyçjou səkkiz uşaq ana hadisəsi kimi tanınır (徐州八孩母亲事件), 2022-ci il yanvarın sonlarında Çin Xalq Respublikası, Süyçjou, Jiangsu, Feng County -də üzə çıxan insan alveri, ağır rəftar və sonrakı hadisələrlə bağlı hadisədir. Divara zəncirlənmiş və səkkiz uşaq dünyaya gətirən ruhi vəziyyəti pozulmuş və həbsdə olan qadının videosu Çin internetində yayılıb və böyük ictimai etiraza səbəb olmuşdur. Çində ciddi siyasi nəzarət və media senzurasına görə ölkənin bir çox aparıcı araşdırmaçı jurnalistləri 2010-cu illərdə istefa etdilər. Nəticədə cavab tələb edən çinli internet istifadəçiləri hekayəni özləri araşdırmalı oldular. Hadisə 2022 Qış Olimpiya Oyunlarının siyasi cəhətdən həssas dövründə baş verdiyi üçün bəzi internet istifadəçiləri işi araşdırarkən həbs edildi. Yerli məmurlar ilk dəfə yanvarın 28-də qadının yerli kişi ilə qanuni nikahda olduğunu və ruhi xəstə olduğunu bildirərək insan alveri ilə bağlı iddiaları rədd etdilər. Bununla belə, davamlı ictimai təzyiqlə üzləşən Çin hakimiyyəti daha sonra iki yüksək səviyyəli araşdırma aparıb və nəticədə insan alverində şübhəli bilinən iki nəfər, eləcə də qadının əri "qanunsuz həbs" ittihamı ilə həbs edilib. Səlahiyyətlilər, həmçinin bu işin idarə edilməsində "vəzifə öhdəliklərini yerinə yetirmədiyi" üçün mahalda 17 məmuru cəzalandırıb. 28 yanvar 2022-ci ildə TikTok (Çində Douyin kimi də tanınır) istifadəçisi Dong Zhiminin uşaqlarını geyindirdiyi və otağında yemək yediyi, Yang kimi tanınan arvadının Dong tərəfindən divara zəncirləndiyi bir video yayımladı. Qışın ortasında ailənin böyük evinin yanındakı bərbad daxmada Yang ayaqqabısız dağınıq saçları və palçıqlı yanaqları ilə yeməkləri yerə səpələnmiş görünür.
Zəncirli körpü
Zəncirli körpü və ya Seçeni körpüsü Budapeştinin iki tarixi hissəsini — Buda və Peşti birləşdirən Dunay çayı üzərindəki asma körpüdür. 1849-cu ildə açılmış və Dunay çayı üzərində ilk daimi körpü olmuşdur. Körpü Macarıstanının iqtisadi və sosial həyatında mühüm rol oynadı və Buda və Peştin vahid Budapeşt şəhərində birləşməsi üçün stimullardan birinə çevrildi. Körpü, tikintisinin təşəbbüskarı və təşkilatçısı olan macar siyasətçisi Qraf İştvan Seçeninin adını daşıyır. Körpü İştvan Seçeni Meydanı və Adam Klark Meydanını birləşdirir. Körpünün sol sahilində Qreşem sarayı və Macarıstan Elmlər Akademiyası, sağda isə Sıfır Kilometr Daşı (Budapeşt) və Buda qalasına aparan Budapeşt Hill Qala funikulyoru nun aşağı stansiyası var. Yuxarı axınında Marqaret körpüsü, aşağı axınında Erzsebet körpüsü yerləşir. Körpü qraf Szeçeninin təşəbbüsü ilə 1839-cu ildə ingilis mühəndisi Villiam Tierney Klark tərəfindən layihələndirilib. Tikintiyə şotland mühəndis Adam Klark nəzarət edirdi. (V. Klark ilə qohumluq əlaqəsi yoxdur).

Значение слова в других словарях