Zəncirliquyu qəbiristanlığı
Zəncirliquyu qəbiristanlığı — (türk. Zincirlikuyu Mezarlığı), Türkiyənin, İstanbulun Avropa hissəsində yerləşən müasir qəbiristanlıq. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur. Siyasət, iş, idman və sənət dünyasının bir çox görkəmli xadimləri burada dəfn edilib.
Qəbiristanlıq, Şişli ilçəsinin Esentəpə və Levent rayonları arasındakı Zəncirliquyudakı Böyükdərə prospektindədir. İstanbulun müasir strukturda qurulmuş ilk qəbiristanlığıdır və bu səbəbdən uzun illərdir insanlar arasında "çağdaş qəbiristanlıq" olaraq bilinir. Qəbiristanlığın yerləşdiyi ərazi 1930-cu illərə qədər dağınıq vəziyyətdə idi. və ən yaxın yerləşmə Mecidiyəköydə idi. 1935-ci ildə şəhər xaricində yeni bir qəbiristanlıq qurulmasına qərar verildikdə, həm Şişlidən, həm də Beşiktaşdan rahat çatıla bilən və genişlənmə imkanı olan Zəncirliquyu ən uyğun yer seçildi,
lakin 1950-ci illərdə, ətrafında meydana çıxmağa başlayan yaşayış yerləri qəbiristanlıq ərazisinin genişlənməsinin qarşısını aldı. Ətrafındakı tikinti prosesinə paralel olaraq, 1960-cı illərdə indiki sərhədlərinə çatdı.