ZƏNCİRLİ
ZƏNƏN
OBASTAN VİKİ
Zəncirli
Zəncirli — Yardımlı rayonunun Varğadüz inzibati ərazi vahidində kənd. Zəncirli — Daşkəsən rayonu ərazisində dağ. Digər yerli adı Yeddiqardaşdır; Zəncirli — Şərur rayonu ərazisində dağ silsiləsi. Naxçıvan MR ilə Ermənistanın sarhedindadir. Zəncirli — Daşkəsən rayonu ərazisində çay. Gəncə çayının sol qoludur. Zəncirli — İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.
Zəncirli (kənd)
Zəncirli - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. == Haqqında == 1590-cı ilə və 1728-ci ilə aid mənbədə Zincirli kimidir. Başqa mənbədə Zincirlu kimidir. 1828-ci ilə aid mənbədə kəndin Abdulla Musa oğluna mənsub olması göstərilir 1828-1832-ci illərdə əhalisi qovulmuşdur. Sonra bir hissəsi geri qayıtmışdır. 1948-ci ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. Zəncirli dağının adındandır.
Zəncirli bina
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. == Tarixi == Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Zəncirli ev

Zəncirliquyu qəbiristanlığı
Zəncirliquyu qəbiristanlığı — (türk. Zincirlikuyu Mezarlığı), Türkiyənin, İstanbulun Avropa hissəsində yerləşən müasir qəbiristanlıq. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur. Siyasət, iş, idman və sənət dünyasının bir çox görkəmli xadimləri burada dəfn edilib. Qəbiristanlıq, Şişli ilçəsinin Esentəpə və Levent rayonları arasındakı Zəncirliquyudakı Böyükdərə prospektindədir. İstanbulun müasir strukturda qurulmuş ilk qəbiristanlığıdır və bu səbəbdən uzun illərdir insanlar arasında "çağdaş qəbiristanlıq" olaraq bilinir. Qəbiristanlığın yerləşdiyi ərazi 1930-cu illərə qədər dağınıq vəziyyətdə idi. və ən yaxın yerləşmə Mecidiyəköydə idi. 1935-ci ildə şəhər xaricində yeni bir qəbiristanlıq qurulmasına qərar verildikdə, həm Şişlidən, həm də Beşiktaşdan rahat çatıla bilən və genişlənmə imkanı olan Zəncirliquyu ən uyğun yer seçildi, lakin 1950-ci illərdə, ətrafında meydana çıxmağa başlayan yaşayış yerləri qəbiristanlıq ərazisinin genişlənməsinin qarşısını aldı. Ətrafındakı tikinti prosesinə paralel olaraq, 1960-cı illərdə indiki sərhədlərinə çatdı.

Digər lüğətlərdə

вы́правиться кадычо́к оку́чка тамга́ транспорти́ровать упреди́ть монгольфье́р необори́мо пра́ктик уго́дливость части́ть caster sugar colourful fluidity Medford office pack-drill packing house prebiotic бурдюк ельник естественно обрастать попотчевать пулемётчица