ZƏRRİN

[fars.] прил. 1. клас. къизилдикай расай, къизилдин (мес. тахт); // зар алай; 2. шаир. къизил хьтин, къизилдин ранг алай, къизилди хьиз цӀарцӀар гудай (мес. ракъинин рекӀвер, цифер).
ZƏRRƏLƏNMİŞ
ZƏRRİNƏ
OBASTAN VİKİ
Sövməə Zərrin (Sərab)
Sövməə Zərrin (fars. صومعه زرين‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (15 ailə).
Zərrin-külah Firuz
Firuzşah Zərrinkolah (digər mənbələrdə Zərrin-külah Firuzşah; fars. فیروزشاه زرین کلاه‎; mənası – Qızıl baş hökmdar Firuz) — kürd zadəgan, Səfəvi sülaləsinin ilk nümayəndəsi. Səfəviyyə ordeninin yaranmasından əvvəl Təvəkkül ibn İsmayıl ibn Bəzzaz tərəfindən yazılmış "Səfvət əs-Səfa" yazılı əsərində Səfəvilərin mənşəyini Xorasan Türkmeni adlandırılan Firuzşah Zərrinkolaha gedib çıxdığı qeyd edilir. Alimlərə görə, o, XI əsrdə Xorasandan Ərdəbilə köç etmişdir. Ordenin eponimi Şeyx Səfi Firuzşahdan yeddi nəsil sonra anadan olmuşdur. Səfəviyyə ordeni qurulduqdan sonra ərsəyə gətirilən yeni mətnlərdə Firuzşahın nəsil şəcərəsi 7-ci şiə imamı Musa Kazıma qədər çıxarılır. Tarixçi Namiq Musalı səfəvilərin öz hökmdarlıqlarının legitimliyini əsaslandırmaqdan ötürü bu amildən geniş surətdə istifadə etdiklərini bildirmişdir. Bəzi mənbələr Firuzşahı İbrahim ibn Ədhəm övladından, digərləri isə İbrahim ibn Ədhəmin nəvələrindən olan Sultan Əhmədin tərəfdarı kimi təqdim edir. Həmçinin, mənbələrdə Firuzun Azərbaycana gəlmədən əvvəl Əli ibn Musa Rzanın Məşhəddəki məqbərəsinin mühafizəçisi olduğunu bildirilir. "Safvətüs-səfa"nın Süleymaniyyə kitabxanasındakı nüsxələrinin birində "İbrahim ibn Ədhəm" yerinə "Sultan Əhməd" adı işlədildiyindən bəzi araşdırmaçılar "Sultan Əhməd"i ayrı şəxs hesab etmişdir.
Zərrin-mələk xanım
Zərrin-mələk xanım (d. 1824, Şimali Qafqaz - ö. 1842, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin beşinci xanımı. Zərrin-mələk xanım əslən abxaz olub, 1824-cü ildə Şimali Qafqazda dünyaya gəldi. Atası abxaz əsilzadələrdən Arslan bəy Qılınc, anası isə onun xanımı Şaşa Ludur. Hələ 5-6 yaşlarında ikən bacısı İhvan xanım (1821-1907), dayısı qızı Əsmahan Lu (1823-1898) və əmisi qızı Əfra Qılıncla (1826-1881) birlikdə Osmanlı sarayına göndərildi. 3 qız uşağı sarayın hərəmində təlim-tərbiyə edildi. Hərəmdəki təlim-tərbiyə illərində Bəzmialəm Validə Sultanın nəzərini cəlb etdi və onun istəyilə mükəmməl təhsillə yanaşı rəssamlıq təhsili də aldı. 1839-cu ildə Sultan Əbdülməcidlə keçmiş Çırağan sarayında evləndi.
Şövkət Zərrin Horovlu
Şövkət Zərrin Horovlu (əsl adı:Şövkət Qulam qızı Hüseynova; 20 mart 1941, Horovlu, Cəbrayıl rayonu) — şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şövkət Qulam qızı Hüseynova (Şövkət Zərrin Horovlu) 1941-ci il mart ayının 20-də Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. 7-ci sinfi həmin kənddə bitirib. Sonra təhsilini Cəbrayıl rayon orta məktəbində davam etdirib. 1968–1974-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1972–2010-cu illərdə Bakı məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, metodist işləyib. Şövkət Zərrin Horovlu gənc yaşlarından şeir yazmağa başlayıb. Azərbaycanlı yazıçı Pənahi Makulunun yaradıcılığı ilə əlaqədar tədqiqat aparıb. Ailə vəziyyəti ilə əlaqədar 1977–1980-ci illərdə Əfqanıstan Demokratik Respublikasında olub. Əfqanıstan müharibəsində Şövkət Zərrin Horovlunun "Duyğu yarpaqları" əsərinin əlyazması yandığına görə yaradıcılığında durğunluq yaranıb.
Sövməə Zərrin (Alan Bərağuş dehistanı)
Sövmayə Zərrin (fars. صومعه زرين‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (112 ailə).
Zərrinabad
Zərrinabad — İranın Zəncan ostanının şəhərlərindəndir. Həm də İcrud şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,944 nəfər və 512 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Zərrinabad (Bicar)
Zərrinabad (fars. زرين آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (35 ailə). Əhalisini kürdlər təşkil edir.
Zərrinabad (Qürvə)
Zərrinabad (fars. زرين آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 97 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər və azərbaycan türkləri təşkil edir.
Zərrinabad (dəqiqləşdirmə)
Zərrinabad — İranın Zəncan ostanının şəhərlərindəndir. ‎Zərrinabad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Zərrincub (Bicar)
Zərrincub (fars. زرين جوب‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (5 ailə). Əhalisini kürdlər təşkil edir.
Zərrindeh (Çaroymaq)
Zərrindeh (fars. زرين ده‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Zərrindərə (Salmas)
Zərrindərə (fars. زرين دره‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 37 nəfər yaşayır (8 ailə).
Zərrindəşt şəhristanı
Zərrindəşt şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hacıabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 60,444 nəfər və 13,378 ailədən ibarət idi.
Zərrineh (Qürvə)
Zərrineh (fars. زرينه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 284 nəfər yaşayır (68 ailə). Əhalisini kürdlər təşkil edir.
Zərringöl (Xudabəndə)
Zərringöl (fars. زرين گل‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1402 nəfər yaşayır (291 ailə).
Zərrinqaba (Bostanabad)
Zərrinqaba (fars. زرين قبا‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 438 nəfər yaşayır (100 ailə).
Zərrinrikab (Vərziqan)
Zərrinrikab (fars. زرين ركاب‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Zərrinrud
Zərrinrud (keçmiş adları Zərrinabad, Zərrinabad Binrihərud) - İranın Zəncan ostanının Xudabəndə şəhristanının Bizinərud bəxşində şəhər və bu bəxşin inzibati mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,956 nəfər və 1,145 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Zərrinşəhr
Zərrinşəhr — İranın İsfahan ostanının şəhərlərindən və Lencan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 55,984 nəfər və 15,154 ailədən ibarət idi.
Zərrinə
Zərrinə- İranın Kürdüstan ostanının Divandərə şəhristanının Kərəftu bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,272 nəfər və 266 ailədən ibarət idi.
Əbdülhüseyn Zərrinkub
Əbdülhüseyn Zərrinkub (d. 19 mart 1923, Bürucird, İran – ö. 15 sentyabr 1999, Tehran, İran) — İran ədəbiyyatşünası. Əbdülhüseyn Zərrinkub 19 mart 1923-cü ildə İranın Bürucird şəhərində anadan olmuşdu. İbtidai təhsilini doğma şəhərində almışdı. Orta təhsil ardınca Tehrana yollanmış, 1940-cı ildə tamamlamışdı. Sonra Tehran universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. Sovet-Böyük Britaniya qoşunlarının İranı tutması nəticəsində o, təhsilini yarımçıq qoyub Lurestana getmişdi. Fakültənin dekanı Mirzə Əliəkbər Dehxuda onun universitetdən ayrılmasına çox təəssüflənmişdi. Əbdülhüseyn Zərrinkub 15 sentyabr 1999-cu ildə Tehranda vəfat edib.

Digər lüğətlərdə