Elvin Ağasəlim oğlu Zakirov (15 avqust 1980, Sumqayıt – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Elvin Zakirov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2002-2012, 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Elvin Zakirov 1980-ci il avqustun 15-də Sumqayıt şəhərində anadan olub.[1]
1987-ci ildə Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 nömrəli tam orta məktəbin birinci sinifinə qəbul olunmuş, 1998-ci ildə bu məktəbi bitirmişdir.
Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin indiki İncəsənət və fiziki tərbiyə fakültəsinin "bədən tərbiyəsi və hərbi hazırlıq" ixtisasına qəbul olunmuşdur.
2001-ci ildə ali məktəbdən məzun olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı Goranboy rayonunda, cəbhə bölgəsində xidmət etmişdir.
Hərbi xidmətdən qayıtdıqdan sonra 2001–2002-ci illərdə Sumqayıt şəhər 14 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi kimi pedaqoji fəaliyyət göstərib.
2002-ci ildə öz ərizəsi ilə yenidən hərbi xidmətə qayıtmışdır. Qazax rayonunda cəbhə bölgəsində yerləşən postlarda taqım komandiri vəzifəsini icra etmiş və burada xidməti dövründə baş leytenant rütbəsi almışdır. Bir müddət Lənkəran və Astarada xidmət etmiş, səhətində yaranan problemlərlə bağlı 2012-ci ildə ordu sıralarından ehtiyata buraxılmışdır.
Ailəli idi. Yağmur adında qızı və Toğrul adında oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun baş leytenantı olan Elvin Zakirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə döyüşə getmək üçün könüllü olaraq ərizə təqdim edir. Ona cəbhəyə göndəriləcəyini deyəndə idarədəki yüksək rütbəli zabitə sarılaraq təşəkkür edir və 16 oktyabrdan etibarən Füzuli istiqamətində döyüşlərə qatılır. Füzulinin azad edilməsində iştirak etdikdən sonra noyabrın 6-da Xocavənd uğrunda gedən gərgin döyüşlərə qatılaraq burada da qəhrəmanlıq göstərir.
Noyabr ayının 9-da Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan müəllim-zabit Elvin Ağasəlim oğlu Zakirov noyabr ayının 20-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]