ZAVİYƏ
ZENFİRA
OBASTAN VİKİ
Zemfira
Zemfira Təlğat qızı Ramazanova (tatar. Земфира Тәлгать кызы Рамазанова, rus. Земфи́ра Талга́товна Рамаза́нова; 26 avqust 1976, Ufa) — tatar əsilli müğənni. == Albomları == Zemfiranın ilk studiya albomu 10 may 1999-ci ildə işıq üzü görüb. Albomun adı «Земфира» olur. 5-6 martda Praqada «СПИД» mahnısına klip çəkilsə də rəsmi olaraq yayımlanmır. 24 aprel də «Ариведерчи» sonradan «Почему» musiqisinə klip çəkilir.İlk altı ayda 700.000-dən çox nüsxə satılır. === Studiya albomları === Земфира (1999) Прости меня моя любовь (2000) Четырнадцать недель тишины (2002) Вендетта (2005) Спасибо (2007) Жить в твоей голове (2013) Бордерлайн (2021) === Konsert albomları === Земфира.Live (2006) Земфира.Live2 (2009) === Məcmuələri === Спасибо, Вендетта (2007) Z-Sides (2010) Земфира.
Zemfira Abdullayeva
Zemfira Tacəddin qızı Abdullayeva — Ucar rayonundakı Lenin adına kolxozun üzvü. == Həyatı == 1950-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, ÜİLKGİ üzvüdür, orta təhsili var. 1968-ci ildən Ucar rayonundakı Lenin adına kolxozunun üzvüdür. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Qaradağlı seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Zemfira Hacıyeva
Zemfira Əli qızı Hacıyeva (2 mart 1955, Nuxa) — tarix üzrə elmlər doktoru, dosent == Həyatı == Zemfira Əli qızı Hacıyeva — Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatı Elmi İrs şöbəsinin müdiri, AMEA Ekspert Yoxlama Komissiyasının sədri. Zemfira Hacıyeva 2 mart 1955-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının kadrlar və aspirantura şöbəsində makinaçı-katibə vəzifəsinə təyin edilmişdir. O, 1982-ci ildə M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. Ailəlidir. Həyat yoldaşı Hacıyev Şəmsəddin Hümmət oğlu – iqtisad üzrə elmlər doktoru, professor. Qızı Hacıyeva Çeşmi Şəmsəddin qızı – iqtisad üzrə fəlsəfə doktoru. == Fəaliyyəti == Zemfira Hacıyeva Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatı Elmi İrs Şöbəsinin müdiri vəzifəsində çalışır. O, işlədiyi müddət ərzində zəngin elmi-nəzəri biliyə yiyələnib, elmi tədqiqat işlərini müntəzəm və yüksək səviyyədə yerinə yetirir. Zemfira Hacıyeva 2002-ci ildə AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun dissertantı olmuş və Tarix İnstitutu nəzdində fəaliyyət göstərən 0.01.161 Birləşmiş Müdafiə Şurasının 2005-ci il 16 sentyabr tarixli iclasında tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu" mövzusunda dissertasiya müdafiə etmişdir.
Zemfira Meftahəddinova
Zemfira Əli qızı Meftahətdinova (28 may 1963, Bakı) — 1986–1991-ci illərdə SSRİ yığmasının, 1991–2014-cü illərdə isə Azərbaycan yığmasının heyətində çıxış edən stend atıcısı, beynəlxalq dərəcəli SSRİ idman ustası (1986), Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (2017), Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi (2015–2023), Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti (2021-ci ildən) və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti (2021-ci ildən). Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının qızıl medalına sahib olan Zemfira Meftahətdinova dörd il sonra, 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarının isə bürünc medalına sahib olub. Karyerası ərzində Zemfira Meftahətdinova Dünya və Avropa Çempionatlarında da dəfələrlə uğurlara imza atıb. Zemfira Meftahətdinova 1993, 1997 və 2003-cü illərdə stend atıcılığı üzrə Avropa Çempionatlarının qalibi olub. Komanda turnirlərində isə 1987 və 1990-cı illərdə turnirin qızıl medallarına sahib olub. Ümumi olaraq beş dəfə Avropa çempionu olan Zemfira Meftahətdinova 1995 və 2001-ci illərdə Dünya Çempionatlarının qalibi olub. Zemfira Meftahətdinova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun Fərmanına əsasən 1991-ci ildə Azərbaycan SSR-in Fəxri fərmanı ilə, Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanlarına əsasən 1995-ci ildə "Tərəqqi" medalı ilə, 2000-ci ildə "Şöhrət" ordeni ilə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2004-cü ildə "Tərəqqi" medalı ilə, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə, daxili işlər orqanlarında xidmətlərinə görə isə 2018-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib. Karyerasını başa vurandan sonra Zemfira Meftahətdinova daxili işlər orqanlarında vəzifəyə təyin edildi. Zemfira Meftahətdinova 2015-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisidir, 2021-ci ildən isə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.
Zemfira Meftahətdinova

Zemfira Meftəhəddinova

Zemfira Məhərrəmli
Məhərrəmli Zemfira İsmail qızı (1955, Bakı şəhəri, Azərbaycan Respublikası) — Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru. == Həyatı == Zemfira Məhərrəmli 11 dekabr 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Cəfər Cabbarlı adına 187 saylı orta məktəbdə alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitet auditoriyasında müəllimi olmuş ustad jurnalist Nəsir İmanquliyevin yaratdığı "Bakı" və "Баку" şəhər qəzetlərində 1978-ci ildən əmək fəaliyyətinə başlayaraq müxbir işləmiş, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1990-2003). Z.Məhərrəmli insan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər (1979) və Yazıçılar (2003) birliklərinin üzvüdür. AYB-nin Hərbi vətənpərvərlik bölməsinin üzvüdür. 1990-1992-ci iliərdə Azərbaycan televiziyasında müntəzəm efirə çıxan populyar “Ana sözü” qadınlar üçün ictimai-siyasi proqramın ssenari müəllifi və aparıcısı olmuşdur. Z.Məhərrəmli 2003-cü ilin aprelindən 2016-cı ilin yanvar ayına qədər Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışmış, Mətbuat xidmətinin rəhbəri olmuşdur.Fəaliyyəti ilə bağlı 30-dək xarici ölkəyə səfər etmiş, çoxsaylı beynəlxalq konfransların və seminarların iştirakçısı olmuşdur.
Zemfira Nəcəfova
Zemfira Musabala qızı Nəcəfova — Azərbaycanın teatr və kino aktrisası,N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı aktrisası Azərbaycanın Respublikasının Əməkdar artisti(2015) == Həyatı == 1950-ci il 1 apreldə Bakı şəhərində anadan olub.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrın da aktrisa vəzifəsində çalışır.30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Oynadığı tamaşalardan rollar: == 1. Sənbə - («Uca dağ başında», V.Səmədoğlu) 2. Küpəgirən qarı- («Kaloğlanın sərgüzəştləri»,A.Babayev) 3. Ulduzə - («İlğım», F.Mustafayev) 4. Sənəm qarı - («Ana laylası», İ.Çoşqun) 5. Zivər - («Vicdan hökmü», H.Mirələmov) 6. Fatma - («Ləyaqət», H.Mirələmov) 7. Dilənçi - («Varlı qadın», Ə.Əmirli) 8. Qəşəm - («Onun iki qabırğası», Ə.Əmirli) 9.
Zemfira Nərimanbəyova
Zemfira Nərimanova (tam adı: Zemfira Əli qızı Nərimanova; 20 aprel 1959, Bakı) — Azərbaycan Respublikasının xalq artisti (2000), Prezident təqaüdçüsü (2019). == Həyatı == Nərimanova Zemfira Əli qızı – 1959-cu il aprel ayının 20-də Bakıda doğulub. 1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil olub. 1980-ci ildə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülüb. Zemfira Nərimanova 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adları ilə təltif olunub. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Teatr səhnəsindəki rolları == == Filmoqrafiya == Sarıköynəklə Valehin nağılı (televiziya tamaşası, 1980) — Sarıköynək Qapalı orbit (televiziya tamaşası, 1984) — Lüsi Göz həkimi (televiziya tamaşası) — Nərminə Ordan-burdan (televiziya tamaşası, 1987) — Rəna Pəncərədə işıq (film, 1987) — Leyla Girişmə, öldürər! (film, 1990) Zirzəmi (film, 1990) Müqəddəs torpaq (film, 1992) İtkin gəlin (film, 1994) — Zərrintac Qorxma, atəş aç (televiziya tamaşası, 1996) Otel otağı (film, 1998) Mən sənin dayınam (film, 2001) Səni axtarırıq...
Zemfira Nərimanova

Zemfira Qafarova
Qafarova Zemfira Həsən qızı (d. 1942) — Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi. Əməkdar incəsənət xadimi ,Musiqişünas, pedaqoq, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016-cı ildən). Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == 1942-ci ildə 22 Noyabrda Bakı şəhərində Respublikanın adlı sanlı rəssamları olan Həsən Haqverdiyev və Güllü Mustafayeva nın qızı olaraq doğulmuşdur. Zemfira xanım Qafarova 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, həmin ildə Azərbaycan Dövlət Konservatoriyasında tarix-nəzəriyyə şöbəsinə daxil olur.1966-cı ildə əla qiymətlərlə musiqişünas diplomuna layiq görülür. 30 ildən artıqdır ki, Zemfira Qafarova Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının aparıcı müəllimi, professorudur.O, 10 il müddətində (1981-1991) tarix-nəzəriyyə fakultəsinin dekanı vəzifəsində çalışıb.Bu vəzifədə çalışdığı illərdə tələbələrə göstərdiyi qayğı indi də o dövrün məzunlarının yadındadır.Onun adı Azərbaycan musiqi elminin görkəmli nümayəndələri arasında çəkilir. O, 1984-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq namizədi dərəcəsinə layiq görülür, pedaqoji fəaliyyətlə yanaşı elmi fəaliyyətini də genişləndirir. Musiqişünas Zemfira Qafarovanın istedadlı qələmi bir sıra bəstəkarlarımızın həyat yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırmışdır. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, bir sıra məruzə çıxışları və məqalələri peşəkar musiqiçilərin və musiqisevərlərin nəzər diqqətində olub Azərbaycan milli musiqisinin təbliğinə qulluq edir.
Zemfira Quliyeva
Zemfira Quliyeva (pediatr) — dosent. Zemfira Quliyeva (aktrisa) — Azərbaycanlı teatr və kino aktrisası.
Zemfira Rüstəmzadə
Zemfira Paşa qızı Rüstəmzadə (1935-1996)-hüquq müdafiəçisi, filologiya elmlərində fəlsəfə doktoru == Həyatı == Zеmfira Paşa qızı Rüstəmzadə 1935-ci ildə Bakı şəhərində dünyaya pənah gətirmişdi. Orta məktəbi bitirəndən sonra APİ-yə qəbul olmuşdu. İnstitutun dil-ədəbiyyat fakültəsini tamamlayandan sonra еlmi işlə məşğul olmuşdu. Sankt-Pеtеrburq şəhərində yaşayırdı. Z. Rüstəmbəyova filologiya еlmləri namizədidir. "Müdafiəçi" 1997, "M. M. Şerbatovun həyat və yaradıcılığı" 2007, adlı kitabları var. Zеmfira Rüstəmzadə 1996-cı ildə vəfat edib. Zеmfira Rüstəmzadə professor, Mədəniyyətşünaslıq doktoru, RAEN-nin akademiki, Rusiya Yazıçılar ittifaqının üzvü Yuri Pompeyovla ailə qurmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Behbudovlar, Bakı, "Mütərcim", 2008, 164 səh.
Zemfira Sadıqova
Zemfira Emin qızı Sadıxova (17 iyun 1939, Bakı) — Azərbaycanın kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Zemfira Sadıxova 17 iyun 1939-cu ildə Bakıda anadan olub. O, 1961–1965-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Zemfira Sadıxova 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. O, bu kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmış və burada 30-dan çox filmdə rollar yaratmışdır. Aktyor Yusif Vəliyevin həyat yoldaşı olmuşdur. == Mükafatları == "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1 avqust 2007 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2019 == Filmoqrafiya == İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) (rol: tibb bacısı) Torpaq. Dəniz. Od. Səma (film, 1967) (tammetrajlı bədii film) (rol: Fatma) Dəli Kür (film, 1969) (tammetrajlı bədii film) (rol: Mələk) Noktürn (film, 1970) (rol: Rəna) Gecə söhbəti (film, 1971) (qısametrajlı sənədli-bədii film) (rol: ana) Ulduzlar sönmür (film, 1971) (tammetrajlı bədii film) (rol: Firuzə) Xatirələr sahili (film, 1972) (tammetrajlı bədii film) (rol: Əminə) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) (rol: Haşımın arvadı) Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film) (rol: Sevda) Tütək səsi (film, 1975) (tammetrajlı bədii film) (rol: Xədicə) Çətirimiz buludlardır (film, 1976) (tammetrajlı bədii film) (rol: Firəngiz bacı) Dünən, bu gün, sabah (film, 1977) (rol: Dolores) Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) (rol: şəhər sakini) Üzü küləyə (film, 1977) (tammetrajlı bədii film) (rol: Nazlı xanım) Vulkana doğru (film, 1977) (üçseriyalı bədii film) (rol: Nisə) Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film) (rol: Anaxanım) Evin kişisi (film, 1978) (tammetrajlı bədii film) (rol: ana) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) (rol: Nərimanın anası) Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) (rol: Eyvazın arvadı) Anlamaq istəyirəm (film, 1980) (tammetrajlı bədii film) (rol: Fəridə) İşgüzar səfər (film, 1982) (tammetrajlı bədii film) (rol: Gülsüm) Asif, Vasif, Ağasif (film, 1983) (tammetrajlı bədii film) (rol: bağça müdirəsi) Evlənmək istəyirəm (film, 1983) (tammetrajlı bədii film) (rol: Gülsümün anası) Park (film, 1983) (tammetrajlı bədii film) (rol: katibə) Qara gölün cəngavərləri (film, 1984) (tammetrajlı bədii film) (rol: Fatma) Arşınmalçı (film, 1985) Bağ mövsümü (film, 1985) (tammetrajlı bədii film) (rol: Ağabacı) Yataqda siqaret çəkməyin (film, 1986) (qısametrajlı sənədli-bədii film) Don Kixot (film, 1988) (tammetrajlı bədii film) (rol: Qulluqçu) Qətl günü (film, 1990) (tammetrajlı bədii film) (rol: Zəminə) Tələ (film, 1990) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) (rol: hakim) Girişmə, öldürər!
Zemfira Sadıxova

Zemfira Sahilova
Zemfira Avramovna Sahilova (oset. Цъæхилты Аврамы чызг Земфирæ; d. 24 aprel 1943, Alagir, Şimali Osetiya MSSR, RSFSR, SSRİ) — Sovet və Rusiya teatr və kino aktrisası, pedaqoq, Petrovsk Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, "Katyuşa" Estetika və Gözəllik İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Moskva Mərkəzi İncəsənət İşçiləri Evinin idarə heyətinin üzvü, Rusiya Dizaynerlər İttifaqının üzvü, Rusiyanın əməkdar incəsənət xadimi, Alaniya Şimali Osetiya Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == 24 aprel 1943-cü ildə Şimali Osetiyanın Alagir şəhərində anadan olmuşdur. 1966-cı ildə Boris Şşukin adına Teatr Məktəbində B. Y. Zaxava və A. İ. Borisovun kursunu bitirmişdir. Təhsil aldığı illərdə Vaxtanqov teatrında çıxış etmişdir. Daha sonra Mossovet adına teatrda fəaliyyət göstərmişdir. 1960-cı illərin sonunda teatrın əsas heyətinin tərkibində Vadim Beroyev və Tatyana Bestayeva ilə yanaşı, səhnəyə "Osetin qışlağı" adlı gənclərdən ibarət qrup da çıxırdı. Gənc olmalarına baxmayaraq, həmin dövrdə xeyli məşhurluq əldə etmişdilər. Zemfira Sahilova 1970-ci illərdə teatrı tərk etmiş və gələcək fəaliyyətini kinematoqrafla bağlamışdır.
Zemfira Səfərova
Zemfira Yusif qızı Səfərova (10 iyun 1937, Kislovodsk, Stavropol diyarı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2017), sənətşünaslıq elmləri doktoru (1996), professor (1998), AMEA-nın həqiqi üzvü (2017) == Həyatı == Zemfira Yusif qızı Səfərova 1937-ci il iyun ayının 10–da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirmişdir. Zemfira Səfərova AMEA –da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1980-ci ildən bu günədək "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik edir. Musiqişünas 20 – dən çox kitab, 150 – dən artıq elmi əsərin müəllifidir. O, qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq etmiş, "Azərbaycan musiqi elmi (XII – XX əsrlər)" adlı fundamental monoqrafiyasını yazmışdır. Zemfira Səfərova hazırda Bəstəkarlar İttifaqının "Musiqişünaslıq və tənqid" bölməsinin rəhbəri, "Musiqi dünyası" jurnallarının redaksiya heyətinin, elmi şuranın üzvüdür. Musiqişünas 1989-cu ildə Əməkdar incəsənət xadimi, 1996-cı ildə sənətşünaslıq doktoru, 1998-ci ildə isə professor adı almışdır. == Mükafatları == Əməkdar incəsənət xadimi(1989) Əməkdar elm xadimi(2006) "Humay" mükafatı laureatı AMEA-nın fəxri fərmanı Şöhrət ordeni(2022) == Əsərləri == === Kitabları === "Azərbaycanın musiqi elmi" (XIII–XX əsrlər). Bakı: "Elm", 1998. "Музыкально-эстетические взгляды Узеира Гаджибекова".
Zemfira Səidi
Səidi Zemfira Yaqub qızı 1983-cü ildə Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 167 saylı orta məktəbi bitirdikdən sonra, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram kino və teatr aktyoru" fakültəsinə daxil olmuşdur. Elə həmin ildən Bakı Bələdiyyə Teatrında aktrisa vəzifəsində işə başlamışdır. Teatrın repertuarında olan bir çox tamaşalarda uğurlu çıxışları ilə yanaşı, filmlərdə və dublyaj studiyalarında da çalışır.
Zemfira Səlimxanova
Zemfira Səlimxanova (tam adı:Zemfira Qüdrət qızı Səlimxanova) — 1942-ci ildə Bakı şəhərində anadan olub. Tibb elmləri namizədi. == Həyatı == Zemfira Qüdrət qızı Səlimxanova 1942-ci ildə Bakı şəhərində həkimlər ailəsində anadan olub. Atası professor Qüdrət Səlimxanov, anası genekoloq Bilqeys xanımdır. Zemfira orta təhsilini Bakıda almış və 1960-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1966-cı ildə instututu bitirmişdir. İlk əmək fəsliyyətinə 1968-ci ildən Semoşka adına xstəxananın ikinci uşaq cərrahiyyə şöbəsindən başlamışdır. Uşaq cərrahiyyə kafedrasında elmi pedaqoji fəaliyyət göstərmişdir. 1975-ci ildən tibb elmləri namizədidir. Zemfira 60-a yaxın elmi məqalə və 5 metodik dərsliyin müəllifidir.
Zemfira Verdiyeva
Zemfira Verdiyeva — azərbaycanlı, xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor. == Həyatı == Zemfira Nadir qızı Verdiyeva 19 noyabr 1935-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Həmin ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Atası general, anası isə uzun illər dəmiryol texnikumunun direktoru işləyib. 1943-1945-ci illərdə 189 saylı (rus dilli) orta məktəbdə təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun İngilis-fransız dili fakültəsinə daxil olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1995-ci illər arasında Azərbaycan Döv­lət Pedaqoji Dillər İnstitutunda laborant, pedaqoji təcrübə müdiri, müəllim, ka­fedra müdiri, 1973-cü ildən 1995-ci ilə qədər rektor vəzifəsində çalışmışdır. == Elmi fəaliyyəti == 1965-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1968-ci ildə dosent elmi adını almışdır. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1972- ci ildə professor elmi adına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Zemfira Əbdülsəmədova
Zemfira Feyzulla qızı Əbdülsəmədova (15 mart 1961, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənəti müəllimi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası. == Həyatı == Zemfira Əbdülsəmədova 15 mart 1961-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 70 və 250 nömrəli orta məktəblərdə təhsil almışdır. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "teatr və kino aktyorluğu" fakültəsini bitirib. 1982-ci ildə Şəki Dövlət Dram Teatrının truppasına daxil olur. Teatrda ilk rolu rejissor Hüseynağa Atakişiyevin qurluşunda olan Vilyam Şekspirin "Romeo və Cülyetta" əsərində Cülyetta obrazı olub. "Romeo və Cülyetta" tamaşası Rusiyanın Moskva və Tatarıstanın Kazan şəhərlərində Şekspir festivalında böyük uğurla nümayiş etdirilmişdir.1985-ci ildə Z. Əbdülsəmədova Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında işə dəvət olunur. Burada ilk rolu Vaqif İbrahimoğlunun quruluşunda Fikrət Əmirovun "Gözünüz aydın" musiqili komediyasında tibb kapitanı "Gülər" obrazı olmuşdur. Daha sonra teatrda Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan kimi sənətkarlarla tamaşalarda oynayır.
Zemfira Quliyeva (aktrisa)
Zemfira Quliyeva — azərbaycanlı teatr və kino aktrisası. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası. Lirik-soprano səsə malik olub. == Həyatı == Zemfira Quliyeva 23 noyabr 1937-ci ildə Gəncə şəhərində anadan olub.1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indi ki Bakı Musiqi Akademiyası) vokal fakültəsinin solo oxu şöbəsinə daxil olub.30 iyun 1962-ci ildə ali təhsilini başa vurub. Zemfira xanım ikinci kursda oxuyanda bəstəkar Süleyman Ələsgərovun və rejissor Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə dəvət olunub.İki il bu kollektivdə çalışıb.Bir sıra tamaşalarda əsəs partiyaları oynayıb.1960-1963-cü illərdə Azərbaycan Dövlət Radiosunun xorunda çalışıb.1963-cü ildə Musiqili Komediya Teatrının aparıcı solisti götürülüb. Zemfira Quliyeva otuz ildən çox Musiqili Komediya Teatrının reperturarındakı,demək olar əsas tamaşaların qəhrəman sevgili obrazlarını uğurlu ifa edib.Yaradıcılığının son bir neçə ilində isə tipik personajların səhnə sürətini yaradıb.Musiqili Komediya Teatrının yaradıcılığı yolunda,solist ifaçılığında formalaşmasında özünə məxsus xidmətlər göstərmiş Zemfira Quliyeva 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub. Aktrisa 3 noyabr 1997-ci ildə Bakıda vəfat edib.
Zemfira Quliyeva (alim)
Quliyeva Zemfira Mehdi qızı - t.f.d., dosent, Pediatriya kafedranın dosenti == Həyatı == Quliyeva Zemfira Mehdi qızı 1987-ci ildən kafedrada kliniki ordinaturaya daxil olub, 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1991-ci ildən assistent, 2001-ci ildən isə dosent vəzifəsində çalışır. Z.M.Quliyeva kafedranın tədris və elmi-tədqiqat işlərində fəal iştirak edir. 2005-ci ildən terapiya fakultəsinin dekanı vəzifəsində çalışır. “Erkən yaşlı uşaqlarda təxirəsalınmaz vəziyyətlərlə nəticələnən kəskin bağırsaq infeksiyalarının müasir diaqnostikası və müalicə prinsipləri” mövzusunda doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir. O, 69 elmi əsərin, 36 məqalənin, 2 metodik tövsiyə və 3 tədris-metodik vəsaitin və 1 dərs vəsaitinin müəllifidir.
Zemfira Quliyeva (pediatr)

Zemfira Əliyeva
Zemfira Əliyeva (türkoloq)
Akademik Zemfira Səfərova (film, 2017)
Akademik Zemfira Səfərova qısametrajlı sənədli televiziya filmi 2017-ci ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film əməkdar incəsənət xadimi Zemfira Səfərova haqqındadır. == Məzmun == Film əməkdar incəsənət xadimi, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Zemfira Səfərovanın həyat və fəaliyyətini əks etdirir.
креати́вный перема́рывать фри́ккер заселённый засу́чиваться па́мятливость пири́тный плазмати́ческий трубочи́ст шевро́вый вобредь ascites bray co-optee lumina marriable pragmatics solid-hoofed sweep-up unposted выпилить губастый дробильный канифоль слоистый