Gözəllik
Gözəllik — estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, istisnasız olaraq bütün həyat və kainat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edir.
Qədim Yunanıstanın idealist filosofu, Platon gözəlliyin mənbəyini bu fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görür. O, belə hesab edir ki. "gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə görünə bilməz". Platon gözəlliyi heç bir real mündəricə daşımayan, sabit, metafizik bir ideya kimi qiymətləndirir
Heraklitə görə "dünyanın ən gözəl quruluşu" və "ən gözəl ahəngdarlıq" əksliklərin vəhədəti və mübarizəsinin nəticəsidir.
Aristotelin fikrincə, "gözəllik və gözəlliyin varlığı" vəhdətdə, gerçəkliyin obyektiv xassəsi, onun qanunauyğunluğunun təzahürü olmalıdır.
Adil Əsədov. Gözəlliyin fəlsəfəsi. Bakı, Nurlan, 2005, 500 s.