zu

I präp. D Richtung doğru, tərəf, sarı; Zeit, Ort -da, -də; yanına, yaxınına; ~ Anfang başlanğıcda, əvvəldə; ~ Hause evdə; ich komme ~ dir yanına gəlirəm, sənə sarı gəlirəm; Anlass, Zweck -məyə, -mək üçün; -ilə; ~m Scherz zarafat üçün; et. ~m Trinken içmək üçün; et. ~m Essen yemək üçün, yeməyə bir şey; Reis zum Fisch essen balığı düyü ilə yemək.~ mir mənə tərəf, mənə sarı; ~ sich rufen yanına çağırmaq; ~ Fuß piyada; ~ Pferd(e) atla; ~ Wasser und ~ Lande suda və quruda; ~ später Stunde gec vaxtda; ~ meinem Geburtstag anadan olan günümə, doğum günümə; ~ dritt üçlükdə; das Spiel wurde 2 ~ 1 entschieden oyun iki birə qurtardı; zum ersten Male ilk dəfə, birinci dəfə; zum Teil qismən; ~ Buttermilch werden ayran olmaq; ~ Hunderten yüzlərlə, yüz-yüz; j-n zum Direktor ernennen bir kəsi müdürluğa təyin etmək; j-n zum Vorbild nehmen bir kəsi özünə örnək (nümunə) götürmək II adv. çox, həddən artıq, olduqca; ~ weit gehen həddini aşmaq; ~ sehr həd(din)dən artıq; ~ groß çox böyük; ~ wenig çox az; Tür ~! qapını ört!, qapını bağla!; Mund ~! ağzını bağla!; die Läden haben Sonntags ~ dükanlar bazar günləri bağldılar; ab und ~ hərdənbir, bəzən, aradabir, arabir, hərdən; mach ~! tez ol! nur ~! davam etdir! III : zu Inf. -məyə, -mək üçün, -məsi üçün, -məli; Zimmer ~ vermieten otaq kirayə etmək üçün; dort gibt es viel ~ sehen orada görməyə çox şey var; was ist noch ~ tun? görülməyə daha nə iş var?
Zöllner
zuallererst
OBASTAN VİKİ
Zu (departament)
Zu departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Zu departamentinin ərazisi 5 244 km2-dır. Zu departamentinə 9 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Zu departamentinin əhalisi 852 624 nəfərdir.
Zu departamenti
Zu departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Zu departamentinin ərazisi 5 244 km2-dır. Zu departamentinə 9 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Zu departamentinin əhalisi 852 624 nəfərdir.
Zu Çen
Zu Çen(çin 诸宸, pinyin Zhū Chén; 16 mart 1976, Vençjou[d], Çjetszyan) — Qətərli qrosmeyster. 2001-ci ildə o, Se Tszyundan sonra dünya çempionu olmuş ikinci çinli şahmatçı oldu. 2006-cı ildə o, Qətərin vətəndaşlığını qəbul etdi və beynəlxalq səviyyəli yarışlarda Qətəri təmsil edir.
Zu-n-Nun Misri
Zu-n-Nun Əbu Faid Savban ibn İbrahim Misri (ərəb. ذو النون المصري‎; 796, Ahmim[d], Misir, Abbasilər xilafəti – 859, Qahirə, Misir, Abbasilər xilafəti və ya Cizə) — Misir sufi alimi. == Həyatı == Onun həyatı haqqında çox da məlumat yoxdur. "Zu-n-Nun" ləqəbi "balıq sahibi" mənasındadır "Misri" nisbə onun əslən Misirdən olduğunu bildirir. Zu-n-Nun Suriya və Ərəbistanda çoxlu səyahətlər etmiş, bir çox sufi müdriklərinin, o cümlədən Səhl Tustərinin tələbəsi olmuşdur. 829-cu ildə bidət ittihamı ilə həbs edilmiş və Bağdad həbsxanasına göndərilmişdir, lakin sonra xəlifə Mütəvəkkilin müdaxiləsi sayəsində sərbəst buraxılmışdır. Azadlığa çıxandan sonra Qahirəyə getmiş və orada vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Dho'l-Nun al-Mesri. Muslim Saints and Mystics. London: Routledge & Kegan Paul.
Zu-n-Nun Əyyub
Zu-n-Nun Əyyub (ərəb. ذو النون أيوب‎) (1908, Mosul – 1988 və ya 6 sentyabr 1998, Avstriya) — İraq yazıçısı və publisisti. == Həyatı == Zu-n-Nun Əyyub 1908-ci ildə o vaxtlar Osmanlı imperiyasının bir hissəsi olan Mosulda, tacir ailəsində anadan olmuşdur. O, 1933-cü ildə nəşrə başlamışdır. Əyyub milli ədəbiyyatda realist hekayə janrının banilərindən biridir. O, "Dostum" (1937), "Babil qalası" (1939), "İbrahim həkim" (1940), "Əl, torpaq, su" (1948), "Unudulmuş adlar" (1959) romanlarının, eləcə də çoxlu ictimai-siyasi məqalələr, ədəbiyyat və incəsənətə aid əsərlərin müəllifidir. Əyyub 1939–1946-cı illərdə ərəb hekayələrinin inkişafında mühüm rol oynayan "əl-Məcəllə" jurnalını nəşr etdirmişdir. Onun əsərləri süjet sadəliyi, dəqiqliyi, dilin aforizmi ilə səciyyələnir, ərəb nəsrinə xas olan tərbiyəçilik meyli ilə birləşir. Əyyubun yaradıcı şəxsiyyəti Anton Çexovun, Maksim Qorkinin və Misir yazıçıları Mahmud Teymur və Taha Hüseynin təsiri altında formalaşmışdır. O, Nikolay Qoqolun, Fyodor Dostoyevskinin, İvan Turgenevin, Maksim Qorkinin əsərlərini ərəb dilinə tərcümə etmişdir.
Hilliardia zuurbergensis
Hilliardia (lat. Hilliardia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Hilliardia zuurbergensis (Oliv.) B.Nord. Sinonim Matricaria zuurbergensis Oliv.
Hordeum vulgare var. zuleichatae
Həlimə binti Əbu Zuayb
Həlimə binti Əbu Zuayb (ərəb. حليمة السعدية‎; VI əsr – 629, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin süd anası. 4 yaşına kimi ona süd vermişdir. Həlimə və əri Əl-Haris ibn Əbdül-Uzzanın ərəblərin Xavazin qəbiləsinin Səd ibn Bəkr qoluna mənsub idilər. == Bioqrafiyası == Məhəmmədin doğulduğu ildə Səd ibn Bəkrin ailəsi uşaqlara baxmaq üçün Məkkəyə gəlir. Süd anaları olanlar ataları sağ olan uşaqları götürməyə üstünlük verirdilər. Məhəmmədin atasının hələ doğulmamış ölməsinə baxmayaraq, Həlimə 8 günlük uşağı götürür. İslam ənənəsinə görə, quraqlıq və qıtlıq üzündən Həlimə öz uşağını yedizdirə bilmirdi, lakin Məhəmmədi götürdükdən sonra Məhəmmədə və öz oğluna kifayət qədər süd verə bilirdi. Sad ibn Bəkr Hüdeybiyyədə, sonra isə Mədinədə yaşayırdı. Məhəmməd iki yaşında olanda Həlimə uşağı anasına qaytarmaq istəyir, lakin Aminə binti Vəhb Həlimədən uşağı bir müddət daha saxlamasını istəyir.
Im Wartesaal zum großen Glück
Im Wartesaal zum großen Glück (azərb. Böyük xoşbəxtlik üçün gözləmə otağı‎) — Almaniyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Valter Andreas Şvarç alman dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Iphiseiodes zuluagai
Iphiseiodes zuluagai (lat. Iphiseiodes zuluagai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin iphiseiodes cinsinə aid heyvan növü.
Kristian Zurita
Köhnə Zuvand
Köhnə Zuvand — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 625 nəfərdir.
Mark Zukerberq
Mark Elliot Zukerberq (14 may 1984, Uayt-Pleyns[d], Nyu-York ştatı, ABŞ) — amerikalı biznes maqnatı, kompüter proqramçısı, internet sahibkarı və xeyriyyəçi. O, sosial media xidməti olan Facebook-un və onun icraçı sədri, baş icraçı direktoru və nəzarət paketi sahibi olduğu ana şirkəti Meta Platforms-un (əvvəlki adı ilə Facebook, Inc.) həmtəsisçisi olub. Zukerberq Harvard Universitetində oxuyub və burada 2004-cü ilin fevralında otaq yoldaşları Eduardo Saverin, Andryu MakKollum, Dastin Moskoviç və Kris Hyüz ilə birlikdə Facebook-u təsis edib. Əvvəlcə yalnız seçilmiş kollec şəhərciklərində fəaliyyətə başlayan sayt sürətlə böyüyüb və nəticədə kollecləri üstələyərək 2012-ci ildə bir milyard istifadəçiyə çatıb. Zukerberq 2012-ci ilin mayında səhmlərin böyük hissəsinə sahib olduğu şirkəti ictimailəşdirdi. 2007-ci ildə, 23 yaşında dünyanın ən gənc milyarderi oldu. O vaxtdan bəri o, öz vəsaitlərini "Chan Zuckerberg Initiative"nin yaradılması da daxil olmaqla, çoxsaylı xeyriyyəçilik işlərini təşkil etmək üçün istifadə edib. Time jurnalı 2008, 2011, 2016 və 2019-cu illərdə Zukerberqi dünyanın ən nüfuzlu adamlarından biri adlandırıb və bir neçə dəfə onu finalçı kimi irəli sürüb. Facebook-un yarım milyarddan çox istifadəçiyə çatdığı il olan 2010-cu ildə İlin adamı seçilib. 2016-cı ilin dekabrında Zukerberq Forbes-in "Dünyanın Ən Güclü İnsanları siyahısı"nda onuncu yeri tutub.
Markus Zusak
Markus Zusak (ing. Markus Frank Zusak (d.23 iyun, 1975) — Avstraliyalı yazıçı. == Həyatı == Zusak, Avstarliyanın Sidney şəhərində anadan olub. Onun anası Liza alman, atası Helmut isə avstraliyalıdır. == Yaradıcılığı == O ən çox, beynəlxalq bestseller olan Kitab Oğrusu və Elçi kitabları ilə tanınır. Zusak, beş kitabın müəllifidir. O 1999-2001-ci illərdə yazdığı ilk üç kitabı olan The Underdog, Fighting Ruben Wolfe və When Dogs Cry kitabları ilə beynəlxalq səviyyədə nəşr olundu və bir çox mükafat qazandı. Birinci kitabı olan The Underdog'un nəşri yeddi il ərzində başa çatdı.
Matias Zuloaqa
Matias Zuloaqa (23 dekabr 1997) — Argentinalı xizək yürüşçüsü. Matias Zuloaqa Argentinanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Matias Zuloaqa birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Zuloaqa 42:27.5 saniyəlik nəticəsi ilə 119 atlet arasında 100-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Matricaria zuurbergensis
Hilliardia (lat. Hilliardia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Hilliardia zuurbergensis (Oliv.) B.Nord. Sinonim Matricaria zuurbergensis Oliv.
Mirzə Nəcəfəli Zunuzi
Mirzə Qaffar xan Zunuzi
Mirzə Qaffar xan Zunuzi, Hac Həsən oğlu, Zunuzun Mircan məhəlləsindən Məşrutə hərəkatının sərdarlarından idi və qardaşları Mirzə Cabbar, Mirzə Səttar və Teymur Aqa ilə birlikdə Məşrutə hərəkatına böyük xidmət ediblər.O, Heydər xan Əmioğlunun tərəfdarlarından idi və Heydər xan Əmioğlu, İrandan gedəndən sonra qara paltar geydi və dedi Heydər xan Əmioğlu qayıdana dək qara paltarlı qalacaq, Heydər xan Əmioğlunu bir daha görmədi və Siyahpuş (Qara paltarli) adlandırılırdı, ailəsi isə Siyahpuş soy adını seçdilər. Mirzə Qaffar xan Zunuzi, usta yazıçı və mahir natiq idi və şeirdə deyərdi.Bu şeiri Təbrizdə nitq və çıxış zamanı deyib: آ قارداشلار هارای سالین جوشه گلسین کاینات/A qardaşlar haray salın coşa gəlsin kainat دونیایا تا ثابت اولسون بیزده کی عزم و ثبات/Dünyaya ta sabit olsun bizdəki əzm o sibat ذلته عمده مرجح دور شرفلی بیر ممات/Zillətə ümdə mürəccəh dir şərəfli bir məmat ملته لازم دگیل دور بئیله افسرده حیات/Millətə lazim deyil dir beylə əfsürdə həyat ظلم و استبداد دووری درد و یاس ایامیدور/Zülm o istibdad dövrü dərd o yas əyyamidir آ قارداشلارقان توکون قان توکمه گون ایامیدور/A qardaşlar qan tökün qan tökmə gün əyyamidir O,Məşrutə hərəkatından sonra jandarmada zabit dərəcəsi(sinifi) ilə xidmət etmişdir və polkovnik sinfinə qədər tərəqqi etmişdir.
Məhəmmədəli Zunuzi
Mirzə Məhəmmədəli Zunuzi — Babın müridlərindən idi ki, onunla birlikdə şəhid edildi.
Natalya Zuyeva
Natalya Vladimirovna Zuyeva (d. 10 oktyabr 1988; Belqorod, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Natalya Zuyeva, Rusiyanı 2008 Peкin Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Natalya Zuyeva, 2008-ci ildə Rusiya bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yelena Posevina, Marqarita Aliyçuk, Anna Qavrilenko, Tatyana Qorbunova və Darya Şkurixina ilə birgə finalda 35.550 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Orexovo-Zuyevo
Orexovo-Zuyevo — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Qafqaz zubru
Qafqaz zubru (lat. Bison bonasus caucasicus) — 1927-ci ilə qədər Baş Qafqaz silsiləsinin şimal-qərb meşəliklərində yayılmış, Avropa zubrunun bir yarımnövü. Düzənlik zubrundan nisbətən ölçülərinin kiçikliyinə görə fərqlənir. Buynuzu əyilmə, tüklərinin daha uzun və tünd olması onlar üçün xarakterikdir. Bu yarımnöv insan tərəfindən tükədilmişdir. Onlar əvvəllər şimal-qərbi İran ərazisinə qədər yayılmışdılar. XIX əsrin ortalarında ancaq Kuban çayı ətrafə ərazilərdə 2000 baş olaraq qalmışdı. Sayları insa tərəfindən ovlanması səbəbindn azalırdı. Birinci Dünya müharibəsi sonrası cəmi 500 baş zubr qalmışdı. 1927-ci ilin yayında sonuncu zubrun brakonerlər tərəfindən Aloud dağı ətrafında ovlanması qeydə alınmışdır.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır. Universal tuluqzurna və Renesans Krumhornu arasında aralıq mərhələ olaraq qovuqlu zurna 14–16-cı əsrlərdə formalaşdı.
Salome Zurabişvili
Salome Zurabişvili (gürc. სალომე ზურაბიშვილი, 18 mart 1952, XV arondisman) — Fransa və Gürcüstan siyasətçisi və siyasi xadimi. Gürcüstan Respublikasının 2004-cü ilin mart ayından 2005-ci ilin noyabr ayınadək Xarici İşlər Naziri olmuşdur. Gürcüstanın Mtatsminda rayonunun millət vəkilidir. 2018-ci ilin dekabrın 16-dan Gürcüstan Respublikasının 5-ci Prezidentidir. Gürcüstan Respublikası Xarici İşlər Naziri olaraq təyin edildiyi müddətdə, adı Rusiyanın Gürcüstandakı rus hərbi bazalarının geri çəkilməsi ilə əlaqələndirilir. Salome Zurabişvili, Fransadakı gürcü diasporunun sədri olmuş Levan Zurabişvilinin ailəsində, gürcü siyasi mühacirlərinin ailəsində anadan olub və böyüyüb. == Həyatı == Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirlərin ailəsində, Fransadakı Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olmuşdur. Levanın atası 1921-ci ildə Gürcüstandan SSRİ işğalına görə qaçan siyasi mühacirlərdən biri idi. 1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirmişdir.
Sonuncu hava maqı. Prikvel: Zuko Əhvalatı
Zuko Əhvalatı (ing. Zuko's Story); tam adı Sonuncu hava maqı. Prikvel: Zuko Əhvalatı (ing. The Last Airbender Prequel: Zuko's Story) — M. Nayt Şyamalanın Sonuncu hava maqı filmin prikvel komiksi.
Tomas Zula
Tomas Zula (11 mart 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Tomas Zula ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Tomas Zula 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.395 saniyəlik nəticəsi ilə 62-ci yeri tutdu.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Tənzilə Zumakulova
Tənzilə Zumakulova (18 iyul 1934, Tırnıauz) — Sovet və rus, balkar şairəsi. Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1982). 1975-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiyası == 1934-cü il iyulun 18-də Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində Şimali Qafqazda vətəndaş müharibəsinin iştirakçısı Mustafa Başçıyeviç Zumakulovun (1898-1963) ailəsində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edir. 1940-1944-cü illərdə Qırxocan kəndində ibtidai məktəbdə oxuyur. Lakin Balkar xalqı deportasiya edildikdən sonra təhsilini Qırğızıstanda davam etdirir. Artıq məktəb illərində ədəbiyyatda özünü sınayır. İlk şeirləri 1954-cü ildə çap olunur. 1957-ci ildə, on üç illik deportasiya dövrünün sonunda balkarlar vətənlərinə qayıdır.
Valerian Zubov
Valerian Aleksandroviç Zubov (1771 — 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fərqlənib və 25 yaşında general-mayor (1796) rütbəsi alıb. == Fəaliyyəti == Zubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi. Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu.
Viktor Zubkov
Viktor Alekseyeviç Zubkov (15 sentyabr 1941, Arbat[d], Sverdlovsk vilayəti) — Rusiya dövlət xadimi, iqtisadçı, 2007-ci il sentyabrın 14-dən Rusiya Federasiyasının Baş naziri.

Digər lüğətlərdə