ZURNA

сущ. зуьрне, суьрне (нугъ.); // зуьрнедин (мес. ван); ** zurna bağlamaq кьулухъай рахун, буьгьтен вегьин; zurna çalmaq пер. зуьрне ягъун а) вульг. буш (манасуз) рахун, яргъияр авун, кьил-яб тухун; б) къувунарна алемдиз чукӀурун, чав ттун; əlinə zurna vermək гъиле зуьрне гун, тапарривай гафар гун.
ZUR
ZURNA-BALABAN
OBASTAN VİKİ
Zurna
Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. "Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır. Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır. Universal tuluqzurna və Renesans Krumhornu arasında aralıq mərhələ olaraq qovuqlu zurna 14–16-cı əsrlərdə formalaşdı.
Aşağı Zurnabad
Zurnabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Burada 1929-cu ildə Azərbaycanda ilk SES-lərdən olan Zurnabad su-elektrik stansiyası tikilmişdir. Su-elektrik stansiyası tikilərkən onun yanında qəsəbə salınmışdır. Qəsəbə Zurnabaddan Aşağıda yerləşdiyi üçün 1966-cı ildən belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Gəncə çayının sol sahilində, Murovdağ silsiləsinin ətəyindədir.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Zurnabad
Zurnabad — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. 1897–ci ildə burada Zemstvo məktəbi açılmışdır. 1912-ci ilin fevralında Zurnabadda poçt-teleqraf stansiyası işə düşmüşdür Zurnabad kəndinin cənubunda XII əsrə aid Zurnabad qalası (İnventar nömrəsi 4290) yerləşir. Bundan başqa orta əsrlərə aid yerli əhəmiyyətli köhnə qəbiristanlıq da abidə kimi qorunur. Zurnabadda həmçinin erkən orta əsrlərə aid qaya üstündə inşa edilən alban kilsəsi də var. Ehtimallara görə, kilsə böyük monastır kompleksinin mərkəzi olub. Lakin 1139-cu ildə baş verən zəlzələ tikilinin bir qisminin dağılmasına səbəb olub. Kilsədən təxminən 50-60 metr hündürlükdə 13-cü əsrə aid daha bir alban məbədi ucalır. Məbəd qərb bölgəsində ən böyük alban kilsəsidir. Tikilinin binası zanbaqvari xaçlarla bəzədilib.
Zurnabad bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zurnabad kurqanı
Zurnabad kurqanı — Azərbaycan ərazisində arxeoloji abidə. Zurnabad kurqanı Gəncəçay vadisində, Xanlar şəhəri yaxınlığında, Zurnabad adlı yerdə aşkar olunmuşdur. Kanal qazılarkən kurqan tamamilə dağıdıldığından, onun haqqında ətraflı məlumat yoxdur. Daş qarışıq torpaq kurqanın altında aşkar olunan qəbirdə insan skeleti qalıqlarına, onun ətrafında isə monoxrom boyalı qablar, gil qab parçaları, tunc bəzək əşyaları və obsidian qəlpələri aşkar olunmuşdur. Kurqanın kənara atılmış torpağında insan skeletinin qalıqları, gil qab parçaları, spiralşəkilli əşyalar, obsidian ox ucluğu aşkar olunmuşdur. Zurnabad kurqanından əldə edilmiş monoxrom boyalı küpələr Naxçıvan abidələrindən tapılmış eyni tipli qabları xatırladır. Zurnabad kurqanı H.P.Kəsəmənli tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid edilmişdir. Son illərin araşdırmaları Zurnabad kurqanının daha qədim tarixə malik olduğunu deməyə imkan verir. Vəli Baxşəli oğlu Baxşəliyev.
Zurnabad qalası
Zurnabad qalası — Göygöl rayonu Zurnabad ərazisində yerləşir. Zurnabad qalasında aparılmış arxeoloji tədqiqat işləri zamanı onun XIII-XIV əsrlərə aid olduğu təsdiqlənib. Qala öz tikinti xüsusiyyətlərinə görə demək olar ki, Bakıdakı Mərdəkan, Nardaran, Ramana qalalarına oxşardır. Beş bürcü olan qalanın eni, uzunu, hündürlüyü bir-birlərinə tən şəkildə hörülüb. Qalanın həm eni, həm də hündürlüyü 9 metrdir. Zurnabad isə feodal qəsri olub. Bu qala adi bir feodalın ailə üzvlərinin, onun əmlakının qorunmasına xidmət edib və müdafiə xarakterli olmayıb.
Zurnazən Mustafa Paşa
Zurnazən Mustafa Paşa (ö. 5 yanvar 1657) — IV Mehmed dövründə 5 mart 1656 tarixində cəmi 4 saat Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Həyatının ilk illəri haqqında məlumat yoxdur. "Zurnazən" ləqəbi isə vaxtilə ordu mehtərində tutduğu vəzifəsi ilə əlaqədardır. Əslən alban olan Mustafa ağa sarayda yetişmiş, ilk vəzifəsi isə qapıçıbaşılıq olmuşdur. Ancaq 1649-cu ilin yanvarında Krit adasında şəhid düşən Kiçik Həsən Paşanın yerinə Rumeli bəylərbəyliyinə gətirilmişdir. Bu vəzifədə ikən Krit adasına pul və hərbi sursat aparmaqla vəzifələndirilən Mustafa Paşa Anadoluda lazımi tədbirləri gördükdən sonra adaya getdi. Ancaq burada sərdar Dəli Hüseyn Paşa ilə yola getmədi və ona qarşı sekbanbaşı Mahmud ağa ilə ittifaq quraraq, sərdarın kafirlərlə müttəfiq olması haqqında orduda şayə yaydı. Nəticədə 1 avqust 1649 tarixində bir qrup əsgər sərdarın sarayına hücum edərək onu öldürmək istədi. Ancaq vəziyyətin ağırlaşdığını görən Zurnazən MUstafa Paşa əsgəri sakitləşdirməyə çalışdı.
Zurnalistika
Zurnalistika — Azərbaycanda jurnalistika ilə bağlı istifadə olunan təhqiredici ifadə. Azərbaycanda yayılmış bu ifadə təhqiredici xarakter daşıyır. Bu, adətən hədə-qorxu gəlmək və rüşvət almaq ilə məşğul olan, qeyri-peşəkar hesab edilən reket jurnalistlər üçün istifadə edilir. "İctimai TV"də yayımlanan "İTV Xəbər"in 2021-ci il iyulunda təqdim olunan buraxılışında reket jurnalistikadan bəhs edilərkən həmin sahədə fəaliyyət göstərən jurnalistlər "zurnalist" kimi təqdim olunmuş, onlara dövlət tərəfindən məhdudiyyətlərin qoyulması fikri müdafiə olunmuşdur. Buna baxmayaraq, bu ifadədən kimə qarşı istifadə edilməsi ideoloji olaraq dəyişir. Siyasi mövqeyindən asılı olaraq, bu ifadə həm milliyətçi və vətənpərvər ideologiyasında çıxış etməyən jurnalistlərə, liberal jurnalistlərə, həm də hökumətmeylli jurnalistlərə qarşı istifadə olunur. Məsələn, hökumətdən ev alan jurnalistlər ictimaiyyətdə bəzən "zurnalist" adlandırılmışdır. Bu ifadədən həmçinin, Azərbaycanda mətbuatın vəziyyətini təsvir edərkən istifadə olunmuşdur. "XəzərNews" əməkdaşı Elmar Hüseynovun fikrinə görə, Azərbaycanda önə çıxmış jurnalistlər keçmiş jurnalistləri üstələmiş, mətbuat nüfuzdan düşmüşdür. Azərbaycan Milli Məclisinin deputatı Aqil Abbasa görə, ictimaiyyətdə Babək Hüseynoğlu, Elçin Şıxlı, Rauf Arifoğlu və Rəşad Məcid kimi "müstəqil media" quran şəxsləri "zurnalist" adlandırırlar.

Digər lüğətlərdə