ZÖHRƏVİ
ZÖKƏMLİ
OBASTAN VİKİ
Zökəm
Zökəm və ya tumov, Burun selikli qişasının iltihabıdır. Xəstəlik iki formada keçir: xroniki və kəskin. Xəstəlik öz-özünə və ya bəzi infeksiyalardan yaranır. Kataral zökəm soyuqdəymə nəticəsində orqanizmdə immunitetin zəifləməsi ilə burun səthində mikrobların aktivləşməsi ilə başlayır. Travmatik zökəm isə selikli qişanın yad cisimlərlə zədələnməsi ilə əlaqədardır. Bir sıra hallarda ətraf mühit amilləri (toz, kömür, metal, qaz hissəcikləri) də təsir edir. Kataral zökəm qəfil başlayır və hər iki burun dəliyində, travmatik zökəm isə burun dəliyinin birində keçir. Xəstəlik burunda qaşınma, yanğı, quruluq, asqırma ilə başlayır. Hərarət 38-39 dərəcə qalxır, ümumi zəiflik, başağrısı, üşütmə əlamətləri baş verir. Burunla nəfəsalma çətinləşir.

Digər lüğətlərdə