Səfa Yenişər oğlu Qaraxanov (22 fevral 1994, Xələc, Salyan, Azərbaycan — 1 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Səfa Qaraxanov | |
---|---|
Səfa Yenişar oğlu Qaraxanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xələc, Salyan, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Salyan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | , , , |
Səfa Qaraxanov 22 fevral 1994-cü ildə Salyan rayonu Xalac kəndində anadan olub. 2001-2012 illərdə orta məktəbdə oxuyub.[2][3] 2012-cu ildə əsgərliyə çağırılıb. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi çalışmağa başlayıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Cəbrayılın azad edilməsində savaşıb. Oktyabrın 1-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Səfa Qaraxanov Səlyanda torpağa tapşırılmışdır.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.[9]