Səfa Fətulla oğlu Axundov (19 iyun 1958, Masallı – 1992, Şuşa) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.[1]
Səfa Axundov | |
---|---|
Səfa Fətulla oğlu Axundov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 iyun 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 1992 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Atası | Fətulla Axundov |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir.
Evli idi, iki oğlu yadigar qaldı.[2]
1987-ci ildə Riqada yaşayan Səfa Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə[3] biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 helikopterinə 2-ci pilot təyin edilir.
1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket helikopteri parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.[4]
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur.[2]