ZÜMRÜD
ZÜMZÜMƏ
OBASTAN VİKİ
Naxçıvan zümrüdü
Naxçıvan yaşılcası (lat. Callophrys danchenkoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin yaşılca cinsinə aid heyvan növü. == Ümumi məlumat == Bu növün ilk təsviri Qazaxıstan entomoloqu Aleksandr Borisoviç Jdanko tərəfindən verilmişdir. Onun 1998-ci ildə Qazaxıstan Dövlət Universitetinin xəbərlər jurnalının biologiya seriyasının 5 nömrəli sayında çıxan məqaləsində növün ilk toplanılma yeri Naxçıvan MR-in Buzqov kəndinin ərazisi göstərilmişdir. 26 iyun 1986-cı ildə Rusiya lepidopteroloqu A.V.Dançenko həmin ərazidən bu növə aid nümunələri ilk dəfə topladığı üçün Jdanko növü onun şərəfinə Callophrys danchenkoi adlandırmışdır. Callophrys danchenkoi növünə daşlı yamaclarda çaşır (lat. Ferula) bitkisinin çiçəkləri üzərində rast gəlinmişdir. May ayında inkişafda olan sarı rəngli tırtılları iyun ayında yetkin fərdə çevrilib uçurlar. Azərbaycanda Naxçıvandan başqa Lerik rayonunun Talış və Peştəşər silsilələri arasında yerləşən Zuvand (Diabar) çökəkliyində də bu növə rast gəlinir. Naxçıvan yaşılcasının yarımnövü Türkiyədə kəpənəklərin "Qırmızı kitab"ına daxil edilmişdir.

Digər lüğətlərdə

брилья́нтовый зате́м чтоб па́сочница соиме́нный тореадо́р цвето́чками вы́лезти домина́ться еро́шиться наблюда́тельница очарова́тельный прицепля́ть ры́хлый апрош отвага bassinette bellicose brio centrosphere glad lance knight odeum soft-soap unethical электротяга