zəhr

is. bax 1) zəhər ; 2) ~i yarılmaq être transi, -e de peur, être mort, -e de peur ; ~ini yarmaq faire peur, effrayer vt

zəhmli
zəhrimar
OBASTAN VİKİ
Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi (kitab)
Fatimeyi Zəhra
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Fatimə əz-Zəhra

Həzrəti-Zəhra məscidi
Həzrəti-Zəhra Məscidi – Naxçıvan şəhərinin Sarvanlar məhəlləsində ibadətgah və memarlıq ibadəsi. Xalq arasında "Heydər Məscidi" kimi tanınır. Məscidin heyətində qoyulmuş xatirə qraniti üzərindəki kitabədə onun tikilmə tarixi belə qeyd olunmuşdur: "Heydər Məscidi" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən (1991-1993) möhtərəm Heydər Əliyevlə İran İslam Respublikasının "Bonyade Mostezəfan və Canbazane Enqelabe Eslami" fondunun prezidenti ağayı Mohsen Rəfiq Dust arasında 24 avqust 1992 il tarixdə Tehran şəhərində imzalanmış protokola əsasən Ayətulla Xamenei hyəzrətlərinin və Zati-aliləri Heydər Əliyevin himayəsi ilə tikilmişdir. Ümumi sah. – 6000 m²-dir. Məscidin böyük ibadət salonu (3300 m²) günbəzlə örtülmüşdür; hücrələri var. Bu möhtəşəm abidənin layihəsində Şərq Memarlıq ənənələrindən istifadə edilmişdir. Məscid binasının tikintisi, xaricə açılan dərin həcmli baştağ eyvanları, oyma bəzəkləri, şəbəkələri, xüsusilə minbərdə aparılmış bəzək işləri, həmçinin ümumi quruluşu memarlıq həllinə görə diqqəti cəlb edir. Bu müqəddəs ocaqda eyni vaxtda min nəfər dini ayinləri yerinə yetirə bilər. Burada müqəddəs Qurani-Kərim öyrədilir, islami dəyərlər təbliğ edilir.
Seyidlər-i Zəhra (Germi)
Seyidlər-i Zəhra (fars. سيدلرزهر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 89 nəfər yaşayır (20 ailə).
Xanım Fatimeyi-Zəhra məscidi
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində məscid. Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilməyə başlanıb. Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanmışdır. Sonradan məscidin tam olaraq tikintisinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib. Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı Rayon İcra Hakimiyyəti məscidi qarşı məhkəməyə verərək, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib. Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib. Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.
Xanım Fatimeyi-Zəhra məscidi (Yasamal)
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Yasamal rayonu sahəsində məscid. Məscid Bakıda, Yasamal rayonunda,Çingiz Mustafayev küçəsi 90-da yerləşir. İbadətgah Kərbəlayi Əli Əşrəf Ələsgəroğlu tərəfindən 1919-cu ildə inşa edilmişdir. Məscid 2010-cu ildə təmir edilib. Məscid iki mərtəbədən ibarətdir. Kişilər üçün ibadət zalı birinci mərtəbədə, qadınlar üçün isə ikinci mərtəbədə yerləşir. Qadınların ibadət zalına giriş və qadınların dəstəmazxanası məscidin arxa tərəfindədir. Kişilərin dəstəmazxanası isə məscidin ön hissəsində giriş qapısının yanında yerləşir. İbadətgahda eyni anda 350 nəfər ibadət edə bilər. İbadət evinin bir minarəsi və bir günbəzi var.
Xanım Fatimeyi-Zəhra məscidi (Yeni Günəşli)
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində məscid. Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilməyə başlanıb. Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanmışdır. Sonradan məscidin tam olaraq tikintisinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib. Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı Rayon İcra Hakimiyyəti məscidi qarşı məhkəməyə verərək, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib. Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib. Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.
Xanım Zəhra məscidi (Yeni Günəşli)

Zəhra
Zəhra — ad. Zəhra Şahtaxtinskaya — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Zəhra Qazıyeva — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). Zəhra Kərimova — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı. Zəhra Salayeva — məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963) Zəhra Qürbət — azərbaycanlı rejissor. Zəhra Cəfərova — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi Zəhra Bədəlbəyli — azərbaycanlı aktrisa, şairə və pianoçu. Zəhra Nemati — İranlı oxatan.
Zəhra (Germi)
Zəhra (fars. زهر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (40 ailə).
Zəhra Abbasova
Zəhra Fərhad qızı Abbasova — Alim, tibb elmləri doktoru, professor, Respublika Kliniki Xəstəxananın şöbə müdiri, çoxsaylı elmi məqalənin və səmərələşdirici təklifin müəllifi. 1959-cu ildə Bakıda anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1966-1976-cı ildə Bakıdakı 23 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Həmin il Azərbaycan Dövlət Tibb İnstitutu nun müalicə-profilaktika fakültəsinə daxil olub, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Ftiziatriya İnstitutunda başlamışdır. 1990-cı ilə qədər orada işləmişdir. 1990-cı ildən Respublika Kliniki Xəstəxanasında mama-ginekoloq işləmiş, hazırda orada şöbə müdiridir. 1995-ci ildə namizədlik, 2002-ci ildə isə Moskvada doktorluq dissertasiyası müdafiə etmişdir. Tibb elmləri doktoru, professordur.
Zəhra Bədəlbəyli
Zəhra Bədəlbəyli (28 aprel 1983, Bakı) — azərbaycanlı aktrisa, şairə və pianoçu. Zəhra Bədəlbəyli 1983-cü il aprelin 28-də Bakı şəhərində anadan olub. 1988-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almağa başlayır. Elə məktəb illərində ilk şeirini yazır. 1994–2000-ci illərdə "Səyyah" caz-folklor ansamblının vokal qrupunda iştirak edir, konsert və səfərlərə qoşulur. O, 2000-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur və 2004-cü ildə Akademiyanı fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirir. 2005-ci ildə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədr müavini, 2006–2009-cu illərdə sədri vəzifəsini icra edir. 2005-ci ildə "Один день эпохи равнодушия" ("Laqeydliyik dövrünün bir günü") adlı ilk qısametrajlı filmdə çəkilir. Zəhra Bədəlbəyli 2005–2009-cu illərdə fortepiano solo ifaçı və müşayiətçi kimi çalışır. Paralel olaraq o, 2006–2009-cu illərdə Bakı Musiqi Akademiyasında konsertmeyster, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Studiya məktəbində müəllim vəzifələrində çalışır.
Zəhra Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zəhra Cəfərova
Zəhra Hüseyn qızı Cəfərova (1924, Bakı – 2005, Bakı) — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Zəhra Cəfərova 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax qəzasının Dağkəsəmən (həmin kənd indiki Ağstafa rayonundadır) kəndindəndir. 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında, 1951-ci ildən isə Leninqrad (indiki Sankt-Peterburq şəhəri) konservatoriyasında orqan ifaçısı ixtisası üzrə təhsil almışdır. Oxumaqla yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Uzun illər ərzində konservatoriyanın böyük zalında özünün ifaçılığını dinləyicilərə nümayiş etdirmişdir. Zəhra Cəfərova 1961–1991-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasında əsasını qoyduğu orqan sinfinə rəhbərlik etmiş, yüzə qədər orqan ifaçısı yetişdirmişdir. Uzun müddət bu təhsil müəssisəsində professor olaraq çalışmışdır.
Zəhra Kərimova
Zəhra Adıgözəl qızı Kərimova (1909, Eyvazlı, Zəngəzur qəzası – 1990, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı (1942–1946) və naziri (1946–1952), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1952–1954), Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi (1938–1942). Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləmişdir. Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur. 1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur.
Zəhra Nemati
Zəhra Nemati (30 aprel 1985, Kirman, İran) — İranlı oxatan. Zəhra Nemati İranı 2012-ci ildə Paralimpiya Oyunlarında təmsil etdi və biri qızıl, digəri gümüş medal olmaqla iki medal qazandı. O, həmdə İranı 2016-cı ildə Olimpiya Oyunları və Paralimpiya Oyunlarında təmsil etdi. Olimpiya Oyunlarında uğursuz çıxış etsə də, Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medal qazandı. O, həmçinin 2016-cı ilin Olimpiya Oyunlarının açılış mərasimində İran bayrağını apardı.
Zəhra Qazıyeva
Qazıyeva Zəhra Kərim qızı (2 may 1912, Naxçıvan – 1989, Bakı) — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). Zəhra Kərim qızı 1912-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1942-ci ildə ADTİ-ni (hazırkı AZTU-nu) tamamlamışdı. Bərdə rayonunun Kolayır kənd sovetinin Otuzikilər kəndinin tibb məntəqəsində həkim işləmişdir. 1959-cu ildə isə həmin sovetliyin Kolayır kənd xəstəxanasının baş həkimi olmuşdur. 30 illik həkimlik falıyyəti ərxzində Zəhra xanımın təklifi ilə artezian quyuları təşkil edilmiş, yaylaqlarda istirahət məntəqələri açəlmış, yeni xəstəxana tikilmişdir. O, SSRİ Ali Sovetinin (6-cı çağırış) deputatı olmuş, nümunəvi əmək fəliyyətinə görə 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. İstedadlı təşkilatçı-həkim Zəhra xanım iki dəfə Lenin ordeni ilə təltif olunmuşdur. Respublikanın əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı Zəhra Kərim qızı Qaziyeva 1989-cu ildə vəfat etmişdir.
Zəhra Quliyeva
Zəhra Quliyeva — Əməkdar elm xadimi, Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri (1998–2005). Zəhra Quliyeva — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). Zəhra Quliyeva — 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən açılan atəş nəticəsində ölən 14 aylıq körpə.
Mədinə əz-Zəhra
Mədinə əz-Zəhra (ərəb. ‎الزارمدينن الالزهران "Madīnat al-Zahrā; isp. La ciudad brillante — "parlayan şəhər") — İspaniyanın Syerra-Morena dağ silsiləsində, Kordova şəhərindən 8 kilometr qərbdə yerləşən, xəlifə III Əbdürrəhmanın əmri ilə X əsrdə inşa edilmiş saray-şəhər. 2018-ci ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. 1923-cü ildən Mədinə əz-Zəhra arxeoloji ərazisi İspaniyanın milli mədəniyyət abidəsi elan edilib. Əl-Məqqari kimi tarixçilər şəhərin adının etimologiyası ilə bağlı bildirirlər ki, Mədinə əz-Zəhra sarayı III Əbdürrəhmanın sevimli cariyəsinin adı ilə bağlıdır və girişdə onun heykəli vardır. Şəhərdə heykəllərin olmasına baxmayaraq, Merian Barrukan belə bir heykəlin mövcud olmadığını iddia edir. Digər tərəfdən, Feliks Arnold daha sadə bir izah təqdim edərək, şəhərin adının həm də "parlayan şəhər" və ya "parlaq" mənasında olduğunu deyir.
Zəhra Sayers
Zəhra Sayers (türk. Zehra Sayers; 1953) — Molekulyar biologiya, struktur biologiya və biofizika sahələrində çalışan türk-ingilis alimi. Sabancı Universitetinin Molekulyar Biologiya, Genetika və Biomühəndislik proqramının qurucu üzvü olan Sayers bir müddət Sabancı Universitetinin rektoru vəzifəsini də icra edib. Eyni zamanda, Elm Məsləhət Şurasının sədri kimi Yaxın Şərq Sinxrotron Radiasiya Təcrübə Elmi və Tətbiqləri (SESAME) layihəsində iştirak edib. O, 2019-cu ildə AAAS Diplomacy in Science Award mükafatına layiq görülüb. Sayers 1974-cü ildə Boğaziçi Universitetinin Fizika fakültəsini bitirmiş və 1979-cu ildə London Universitetində biofizika üzrə doktorluq dərəcəsini tamamlamışdır. Daha sonra Open Universitetində və Uppsala Universitetində doktoranturadan sonrakı tədqiqatçı kimi çalışmışdır. 1986-cı ildə Avropa Molekulyar Biologiya Laboratoriyasında (EMBL) çalışmışdır. 1996-cı ildə Almaniyanın Hamburq Universitetində habilitasiya diplomu almışdır. 1998-ci ildə Türkiyəyə qayıdan Sayers Sabancı Universitetinin qurucu professoru olur, 2011-ci ildə Vəqflərin İnkişafı Proqramının direktoru, 2018-ci ildə isə rektor seçilir.
Zəhra Günəş
Zəhra Günəş (7 iyul 1999, Qartal[d], İstanbul ili) mərkəz blokçu mövqeyində oynayan türk voleybolçusudur. O, VakıfBank SK və Türkiyə qadın voleybol milli komandasının üzvüdür.
Zəhranur Aydəmir
Zəhranur Aydəmir (1998, Ankara ili) — proqram mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Zəhranur Aydəmir 1998-ci ildə Ankarada anadan olub. 2021-ci ildə TOBB İqtisadiyyat və Texnologiya Universiteti Sənaye Mühəndisliyi Bölməsindən, 2023-cü ildə isə həmin universitetin Kompüter Mühəndisliyi Bölməsindən məzun olub. Proqram mühəndisi olaraq çalışır. 2016-cı ildən AK Partiyasının üzvüdür. AK Partiyası Ankara il şöbəsinin gənclər qanadında Siyasi və Hüquqi İşlər Komissiyasının üzvü, həmçinin AK Partiyası gənclər qanadının İdarə Heyətinin üzvü, gənclər qanadının xarici işlər üzrə şöbənin sədri vəzifələrində çalışıb. 2023-cü il mayın 14-də AK Partiyasının namizədi olaraq Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə və almanca bilir. Evlidir.
Keyşa Fatimə Zəhra
Keyşa Fatimə Zəhra (12 avqust 2003, پکانبارو[d]) — Azərbaycanı təmsil edən badmintonçu. == Karyerası == Keyşa Fatimə Zəhra 2023-cü ilin yanvarında İslandiyada beynəlxalq turnirin final görüşündə məğlub olaraq gümüş medalın sahibi oldu. Həmin ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının qrup mərhələsində üç qələbə qazanaraq növbəti mərhələdə vəsiqə qazandı, amma 1/8 final mərhələsində mübarizəni dayandırdı. Avqustda Kamerunun Yaunde şəhərində baş tutan «Cameroon International 2023» beynəlxalq turnirinin qalibi oldu, sentyabrda isə Perunun Lima şəhərində International Challenge beynəlxalq turniri bürünc medalla başa vurdu. 2024-cü ilin yanvarında İsveçdə «VICTOR Swedish Open» beynəlxalq turnirində dördüncü pillənin sahibi oldu. Keyşa Fatimə Zəhra 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən 31-ci pillədə qərarlaşaraq lisenziyalara sahib oldu. Bununla da Fatimə Zəhra olimpiadada mübarizə aparacaq birinci azərbaycanlı qadın badmintonçu olaraq tarixə düşüb.
Zəhra Quliyeva (musiqiçi)
Zəhra Teymur qızı Quliyeva (d. 23 avqust 1951, Bakı) — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Zəhra Quliyeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil almış və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Zəhra Quliyeva Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış etmiş, Leninqrad Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi zaman isə burada bir sıra konsert salonlarında çıxış etmiş və Qərb bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa etmişdir. O, 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildən 1993-cü ilədək burada "Simli alətlər" kafedrasında müəllim işləmişdir. Zəhra Quliyeva 1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında "Zəriflik" adlı müəllif proqramını yaradır.

Значение слова в других словарях