Azərbaycanda zərdüştilik
Yampolski belə hesab edirdi ki, Azərbaycan zərdüştlük üçün bir növ, papa vilayəti rolunu oynayıb. Ən nüfuzlu atəşpərəst məbədləri Azhttps://az.m.wikipedia.org/wiki/Az%C9%99rbaycanda_z%C9%99rd%C3%BC%C5%9Ftilikərbaycanda yerləşirdi. Zərdüştlük ideologiyasının yayıcıları kahin-maqlar da Azərbaycanın yerli xalqı idilər. Maq sözü öz əsl mənasından başqa həm də sehrbaz, cadugər anlamında bütün dünya dillərinə keçib.
Azərbaycanın çox yerlərində indiyədək yanan şamı üfürüb söndürmək, yanan ocağa su tökmək günah sayılır. Şamın, çırağın və s. bu kimi şeylərin evdə qəflətən sönməsi yaxın vaxtlarda ailə üçün bədbəxtlik gözlənildiyindən xəbər verir. Odu söymək, yaxud oda boş yerə and içmək böyük günahdır. Odu su ilə söndürmək olmaz.
Azərbaycanda yaranıb yayılmış xürrəmilik, məzdəkilik, hürufilik kimi dini cərəyanlar da zərdüştilikdən qidalanıblar.