Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siyah-Çal
Siyah-Çal (Qara çala) Tehranda (İran) hamamlar üçün yeraltı su anbarı olmuş, daha sonra qatı cinayətkarların saxlandığı yerə çevrilmişdir. Tarixdə daha çox Babilər hərəkatı önəmli şəxslərinin saxlandığı yer kimi məşhurlaşmışdır. Bəhai dininin peyğəmbəri Bəhaullahın məhz burada vəhy aldığı bildirilir.
Çal (Zəncan)
Çal (fars. چال‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur. Xudabəndə şəhristanının Yuxarı Tarım kəndistanında, Sırdan qəsəbəsindən 54 km şimal-qərbdədir.
Çal marmot
Çal marmot (lat. Marmota caligata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Sus və Çal!
Sus və Çal (kor. 닥치고 꽃미남 밴드, ing. Shut up! Flower boy band) — Cənubi Koreyanın TVN telekanalında yayımlanan serialıdır. Bu serial azad ruhlu oğlanlardan ibarət olan orta məktəbli "Eye Candy" rok qrupunun dostluqlarını, sevgilərini və musiqiyə olan rəğbətlərini təsvir edir.
Sən çal qapımı
Sen Çal Kapımı, "MF Yapım" tərəfindən idarə olunan, birinci hissəsi 8 iyul 2020-ci ildə nəşr olunan, Ender Mıhlar və Yusuf Pirhasan, ikinci hissədən isə Altan Dönmezin rejissorluğu ilə çəkilən Türk istehsalı dram və romantik komediya serialıdır. Serialda baş rolları Hande Erçel və Kerem Bursin paylaşır. 2 sezondan ibarət olan serial 8 sentyabr 2021-ci ildə yayımlanan 52-ci bölümü ilə finala çıxaraq sona çatdı.
Çal, oyna! (xalq mahnısı)
Çal, oyna! — Azərbaycan xalq mahnısı. Ermənilər keşiş Komitasın əsəri kimi təqdim edirlər. 1969-cu ildə Rəşid Behbudovun ifası ilə məşhurlaşmışdır. Xalq mahnılarının, məişət mahnıları qrupuna daxildir və öz növbəsində məişət mahnılarının lirik mahnılar növünə aiddir. Sözlərinin və musiqisinin yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Mahnı bəzən "Mehribanım, mehriban" kimi də adlandırılır. İlk dəfə 1965-ci ildə, Rafiq Babayev və Rəşid Behbudovun tərtibatı ilə "Qaya qrupu"nun ifasında efirdə səslənmişdir. 1969-cu ildə Rəşid Behbudovun ifası ilə məşhurlaşmışdır.. Mahnı ümumiyyətlə, Rast muğamı təməlindədir.
Aldın payını, çağır dayını
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Məni öz adınla çağır (film)
"Məni öz adınla çağır" (ing. Call Me by Your Name) — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” (ing. Desire) adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar. “Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Məni öz adınla çağır (film, 2017)
"Məni öz adınla çağır" (ing. Call Me by Your Name) — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” (ing. Desire) adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar. “Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir.
Məni öz adınla çağır (film musiqisi)
Call Me by Your Name: Original Motion Picture Soundtrack — 2017-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. Bir qayda olaraq, Luka Quadanino çəkdiyi filmlərin musiqisini özü seçir. Rejissor musiqi vasitəsiylə film üçün səs və ya sözdən daha "hissiyyatlı, yüngül, az müasir və zərif hekayəçi" tapmaq istəyirdi. O, "Barri Lindon" (1975), "Məsumluq dövrü" (1993) və "Möhtəşəm Embersonlar" (1942) filmlərindən ilhamlanmışdır. Quadanino, musiqinin, Oliverə yaxın olmaq üçün əsərləri uyğunlaşdıran Elio ilə əlaqəli olmasını istəyirdi. Musiqi zamanı əks etdirmək, peronajların ailəsi, təhsil səviyyəsi və "tərkibi olduqları kanonları" göstərmək üçün istifadə olunur. Zamanın nəbzini tutmaq üçün, rejissor həm də həmin il radiolarda hansı musiqilərə üstünlük verildiyini araşdırmışdır. Quadanino Sufyan Stivensin lirisizminin onunla rezonans təşkil etdiyini görür. Rejissor Stivensdən Elionun prespektivindən hadisələri nəql edəcək "Məni öz adınla çağır" adlı mahnı yazmağı xahiş edir. Stiven səs rolundan imtina etsə də, film üçün üç musiqi yazır: "Mystery of Love", "Visions of Gideon" və "Futile Devices" mahnısının fortepiano ilə ifa edilmiş yeni versiyası.
Məni öz adınla çağır filminin qazandığı mükafatların siyahısı
“Məni öz adınla çağır” – 2017-ci ildə Luka Quadaninonun rejissorluğu ilə çəkilmiş yeniyetmə dövrü drama filmi. Filmin ssenarisini Ceyms İvori Andre Asimanın 2007-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazmışdır. Hadisələrin 1983-cü ildə İtaliyada baş verdiyi filmdə, yəhudi mənşəli amerikan-italyan yeniyetmə oğlan Elio (Timoti Şalame) və yəhudi mənşəli amerikan tədqiqatçı Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys filmdə ikinci plan rolları ifa etmişlər. Saypmbhu Mukdiprom operator, Sufyan Stivens isə bəstəkar kimi filmin istehsalında iştirak etmişlər. Filmin premyerası 22 yanvar 2017-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 29 yanvar 2018-ci ildə geniş çıxışından əvvəl, “Sony Pictures Classics” 24 noyabr 2017-ci ildə filmə limitli çıxış vermişdir. $3.5 milyon büdcəsi olan film hər teatrdan $101,219 olmaqla, ilin ən böyük açılışı, beynəlxalq gəliri isə $40 milyon olmuşdur. “Məni öz adınla çağır” filmi rejissor, operator işi, ssenarisi, film musiqisi və aktyorların ifasında görə tənqidçilər tərəfindən alqışla qarşılanmışdır. Rəy aqqreqatoru Rotten Tomatoesda toplanmış 272 rəyin 96%-I müsbət xarakterlidir.
Çadır
Çayır
Çayır (lat. Cynodon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Çağrı
Davud Çagrı bəy Mikayıl bəy oğlu (989-1060) — Oğuz elinin Qınıq boyundan, Səlcuqlu sultanı. Davud Çağrı bəy Mikayıl bəy oğlu 989-cu ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edən Çağrı bəy 1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında ikən vəfat etdi. O, dünyasını dəyişərkən böyük oğlu Alp Arslan Xorasanda atasının yanında idi və onun yerinə ölkəni idarə edirdi. Çağrı bəyin digər oğlanları Qavurt bəy Kirmanda, Yakut bəy isə Azərbaycanda baş vali idilər. Çağrı bəyin digər arvadından olan oğlu Süleyman isə çox gənc olduğu üçün ona hər hansı bir vəzifə tapşırılmamışdı. Çağrı bəy vəfat edəndən sonra ölkəni idarə edən Sultan Toğrul bəy onun övladlarının hamısını öz vəzifələrində saxladı Oğulları Alp Arslan bəy Kavurd bəy Yaquti bəy Süleyman bəy Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: "Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər". Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu "qorxunc" millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər.
Çaşır
Çaşır (lat. Prangos) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Cryptodiscus A.Schrenk Cryptodiscus Schrenk ex Fisch. & C.A.Mey.
Gövdəsiz çaşır
Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir.
Mixayıl Çakır
Mixayıl Çakır (27 aprel 1861, Çadır-Lunqa, Qaqauziya – 8 sentyabr 1938, Kişinyov) — Qaqauz əsilli tarixçi, etnoqraf. Mixayıl Çakır 1861-ci il aprelin 27-də anadan olub. Onun valideynləri Rusiyanın 1812-ci ildə Çadıra qəsəbəsinə köçürdüyü qaqauzlardandır. Mixayıl ilk təhsilini Bender Tihin qəsəbəsidəki dördsinifli ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhərindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, üç il də orada dini təhsilini davam etdirir. 1881-ci ildə onu Kişinyovda müəllim işləməyə göndərirlər. Qısa bir zamanda din xadimi və müəllim kimi böyük nüfuz qazanır. Dini məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yanaşı, keşiş vəzifəsini də yerinə yetirir. 1884-cü ildə onu məhəllə müvəkkili rusca və moldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər.
Süleyman Çakır
Süleyman Çakır — Qurdlar Vadisi serialında Oqtay Qaynarca tərəfindən canlandırılmış obraz. Kiçik yaşda məscid həyətində gözü qarşısında atasının öldürüldüyünü görüb və bundan sonra dünyaya həmişə nifrətlə baxmışdır. Atası öldükdən sonra anasının evdə bişirdiyi plov və noxudu sataraq həm bacısı Dəryaya həm də anası Əminəyə baxmışdır. Bir gün polis gəlib qadağan olunmuş yerdə satış etdiyi üçün həm onu, həm də onun bacısını çox pis döymüşdür. Bu zaman gözü dönmüş və polisi bir-birinin ardınca bıçaqlayıb öldürmüşdür. Sonra cinayət işlədiyinə görə məhkum olunub, türməyə düşmüşdür. Türməyə düşəndə anası və bacısı çöldə qalmışdır. Bunun üçün ona Duran Əmmini bıçaqlamağı təklif etmişdilər və o da anası və bacısı pis vəziyyətdə olduğu üçün razı olmuşdur. Duran Əmmi dəstəmaz alarkən əlində bıçaqla onu öldürməyə getmiş ancaq atasının da dəstəmaz alarkən öldüyü gözünə gələndə etməmişdir. Duran Əmmi sayəsində mafiyaya girmiş və əhəmiyyətli bir mafiya başçısı olmuşdur.
Əlvari çayır
Çadır iyəsi
Çadır yiyəsi – türk, altay və monqol xalq mədəniyyətində və inancında çadırın qoruyucu ruhu. Çadır (Şatır, Çatır, Çədir) yiyəsi də deyilir. Otaq yiyəsi ya da Çergə yiyəsi və Tirmə yiyəsi ifadələri də istifadə edilər. Monqollar Macan (Majqan, Mayxan, Mayqan) Ezen və ya Asar Ezen deyərlər. Alaçıq (Alaşıq) yiyəsi də yenə bənzər bir varlığı ifadə edir. Hər çadır üçün fərqli bir yiyə vardır. Türk mədəniyyətində otaq əhəmiyyətli bir yerə malikdir. Türk və monqol imperatorlarının heç bağlanılmayan və qırx öküz tərəfindən çəkilən otaqlarının olduğu tarixi qeydlərdə mövcuddur. Bu otaq məskun mədəniyyətdəki sarayın yerini tutmaqdadır. Macarca Sator olaraq keçər.
Dəniz Çakır
Dəniz Çakır (31 dekabr 1981, Ankara)— Türkiyə aktrisası. == Həyatı və karyerası == Deniz Çakır 31 dekabr 1981-ci ildə Ankarada dünyaya gəlib. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının Teatr Hissəsinin məzunudur. Məzun olduqdan sonra İstanbula yerləşdi. Konservatoriyadan məzun olmadan əvvəl Ankara Radiosunda, radio teatrı etdi və radio reklamı səsləndirdi. İlk televiziya təcrübəsi olan "Qadın İstəsə" dəki Alov roluyla tanındı, amma əsl çıxışını Yarpaq Dökümü serialdakı Ferhunde xarakteriylə etmişdir.
Çadır (dəqiqləşdirmə)
Çadır
Çağıl (Cizrə)
Çağıl — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarix == Kənd uzun müddət eyni addadır.
Tipi (çadır)
Tipi (ing. tipi, tepee, teepee) — Böyük Düzənliklərin köçəri hindularının ənənəvi portativ yaşayış yeri üçün hamı tərəfindən qəbul edilmiş ad. Lakin, Sioux dilində thípi [ˈtʰipi] hər hansı bir yaşayış mənasını verir və bu tip çadır üçün xüsusi sözü mövcüddur — wi-. Bu tip yaşayış məskəni, ov qərbində, Uzaq Qərbdəki dağ tayfaları, çöl kənarındakı oturaq qəbilələr tərəfindən də istifadə edilmişdir. Sonrakı dövrlərdə meşə bölgələrində də tez-tez istifadə olunurdu. Tipini tez-tez viqvam adlandırırlar. Hungry Wolf Adolf. Tipi life. — Fort Macleod, AB Canada: Good Medicine Books, 1972. — (A Good Medicine book, № 5).
Uğurcan Çakır
Uğurcan Çakır (5 aprel 1996, Antalya) — Türk futbolçu. "Trabzonspor" klubunun qapıçısıdır. Futbolçu 16 yaşında Trabzonspor ilə peşəkar müqavilə imzalayıb. 2015-16 sezonunun əvvəlində "Rabotniçki"yə qarşı ilk peşəkar oyununa çıxan qapıçı, 2017-18 sezonunun 6-cı həftəsində Super Liqada debüt edib. Onur Kıvrağın heyətdən kənarlaşdırılmasından sonra Trabzonsporun 1 nömrəli qapıçısı olmuşdur. 16 yanvar 2016 tarixində "1461 Trabzon" klubuna icarəyə verilib. Orada 9 oyuna çıxıb.
Çadır-Lunqa
Çadır Lunga (rom. Ceadâr-Lunga) — Qaqauziyanın şəhəri. Əhalisinin sayı 19,401 nəfərdir (14,294 Qaqauzlar, 1,552 rus, 1,510 bulqar, 734 moldovalı, 951 ukraynalı, 166 qaraçı, 8 polşalı, 7 yəhudi, 179 digər millətlər olmaq üzrə.).
Çadır (Maku)
Qalacıq (fars. شاطر‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (13 ailə).
Çadır (şəhər)
Çadır Lunga (rom. Ceadâr-Lunga) — Qaqauziyanın şəhəri. Əhalisinin sayı 19,401 nəfərdir (14,294 Qaqauzlar, 1,552 rus, 1,510 bulqar, 734 moldovalı, 951 ukraynalı, 166 qaraçı, 8 polşalı, 7 yəhudi, 179 digər millətlər olmaq üzrə.).
Çadır Lunga
Çadır Lunga (rom. Ceadâr-Lunga) — Qaqauziyanın şəhəri. Əhalisinin sayı 19,401 nəfərdir (14,294 Qaqauzlar, 1,552 rus, 1,510 bulqar, 734 moldovalı, 951 ukraynalı, 166 qaraçı, 8 polşalı, 7 yəhudi, 179 digər millətlər olmaq üzrə.).
Çadır iyesi
Çadır seçdirmə
Çadır seçdirmə (ing. marquee select) — qrafik istifadəçi interfeysində (GUI): birdən çox obyektin bir dəfəyə seçdirilməsi üsulu. Termin öz adını qırıq-qırıq cizgilərdən (qarışqalardan) ibarət məhdudlaşdırıcı çərçivəni bildirən canlandırılmış effektdən götürüb; bu effektdən teatr çadırlarında istifadə olunurdu. Obyektləri çadır seçdirməsi üsulu ilə seçdirmək üçün öncə siçanın göstəricisini obyektlər qrupunun sol yuxarı küncünə aparmaq, sonra siçanın sol düyməsini basıb saxlamaqla göstəricini qrupun sağ aşağı küncünə doğru diaqonal boyunca hərəkət etdirmək, və nəhayət, "çadır" bütün obyektləri əhatə etdikdən sonra siçanın düyməsini buraxmaq lazımdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çaxır turşusu
Çaxır turşusu — ikiəsaslı dördatomlu turşudur. Çaxır turşusunda iki asimmetrik karbon atomu olduğu üçün onun altı stereoizomeri (4 fəal izomeri və iki rasemik forması) olacağını gözləmək olardı. Ancaq çaxır turşusu molekulunda (eritritdə olduğu kimi) müəyyən dərəcədə simmetriklik (quruluşlu bərabər iki asimmetrtrik sistem) olduğu üçün onun dörd stereoizomer forması vardır. Bunlardan ikisi optik-fəal (sağ və sol çaxır turşuları), üçüncüsü üzüm turşusu adlanan rasemin r-forma və dördüncü mezoçaxır turşusu adlanan inaktiv l formasıdır. Üzüm turşusu üzüm şirəsində rast gəlinir. Sağ və sol çaxır turşularını qarışdırmaqla üzüm turşusu alınır. Bu zaman istilik əmələ gəlir və alınan üzüm turşusu xassələrinə görə çaxır turşularından xeyli fərqlənir. Bundan başqa üzüm turşusu trans-etendikarbon turşusunu (fumar turşusu) permanqanat ilə oksidləşdirdikdə də alınır. Siseten-dikarbon turşusu oksidləşdirildikdə isə mezoçaxırturşusu alınır. Paster, rasemik birləşmələrin xassələrinin və onların parçalanmasına aid əsas işlərini üüm turşusu üzərində aparmışdır.
İmam Bağır
CAD/CAM
CAD (Computer-Aided Design; Avtomatlaşdırılmış layihələndirmə (konstruksiyaetmə) sistemi) və CAM (Computer-Aided Manufacturing; Avtomatlaşdırılmış hazırlama sistemi) sistemlərinin inteqrasiya olunması ilə yaradılmış, CNC dəzgahlar üçün hissənin verilmiş cizgisi və ya 3D modeli əsasında idarə proqramlarının hazırlanmaı üçün proqram paketidir. CAD və CAM isitemlərinin bir iş yerində birləşməsi həm verilmiş hissənin konstruksiya edilməsini və sonra, həm də onun bazasında emal texnologiyasının ardıcıllığını, alət seçimini və kəsmə parametrlərini təyin etməyə imkan verir. Bu sistemdə işlənmiş texnoloji proses nəticəsində alınan NC proqramlar postprosessorun köməyi ilə dəzgahın CNC sisitemi üçün lazım olan şəkildə verilir. Bunun bazasında verilmiş hissəni dəzgahda emal etmək olur. CAD/CAM sistemi CAx prosesinin tərkib hissəsi olub müasir maşınqayırmada geniş tətbiq olunur.
Canqır
Canqır (fars. جانقور‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndin ətrafı bağlarla əhatə olunub. Kənddə Pəhləvilər dövründə Rza şah üçün iqamətgah da inşa olunmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 916 nəfər yaşayır (223 ailə). Kənd əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir. == İqtisadiyyatı == Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
Cabir
Cabir — Azərbaycanlı adı. Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cabir Tarverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cabir İmanov — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü Sabah əl-Əhməd əl-Cabir əs-Sabah — Küveyt Dövlətinin Əmiri. Cabir Abdullayev — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Cabir ibn Həyyan — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı. Cabir ibn Əflah — ərəb riyaziyyatçısı və astronumu.
Cal (Unix)
Cal — Unix və ya *nix əməliyyatlar sistemlərində verilən ayı və ya ili ASCİİ formatında ekrana verən standardard proqramdır. cal ilə hər hansı əlavə verilməzsə, onda hal-hazırkı ayı ekrana verəcək.
Kaqır Xan
Məhəmməd Baqir
İmam Baqir (8 may 677, Mədinə – 26 yanvar 733, Mədinə) — şiə İslamında atası Zeynülabidindən sonra beşinci imam və ondan sonra yerinə oğlu Cəfər Sadiq təyin olundu. Anası Fatimə Ümmü Əbdullah Həsən ibn Əlinin qızı idi və Məhəmməd Baqiri Məhəmmədin hər iki nəvəsi Həsən və Hüseynin nəslindən olan ilk imam etdi. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir?
Pyotr Çaqin
Pyotr İvanoviç Çaqin — Azərbaycan KP MK-nın ikinci katibi "Krasnaya qazeta"-nın baş redaktoru P. İ. Çaqin idi. O, bu vəzifəyə ÜK(b)P-nın Moskvada 1925-ci ildə, 18–31 dekabr aralığında keçirilən 14-cü qurultayında təyin edilmişdi.
Suhrab Faqir
Suhrab Faqir (Sind dilində: سُهراب فقير صوفي‎) ( d.1934 – ö. 23 oktyabr, 2009) — Pakistanın Sind əyalətindən olan sufi musiqiçi. Suhrab Faqirin tam adı Sohrab Fakir Manganhar idi. Suhrab Faqir 1936-cı ildə Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində dünyaya göz açmışdırb. Suhrab Faqirin atası Hammal Faqir tabla və sarangi üzrə böyük istedada sahib musiqiçi idi. Suhrab Faqir Sinddə sufi musiqisinin kralı hesab edilirdi və Pakistanın ən böyük mistik musiqiçilərindən biri idi. Suhrab Faqir musiqiçi ailəsində dünyaya gəlib. Bu da onun yetişməsində müstəsna rol oynayıb. Suhrab Faqirin ailəsi Birtaniya Hindistanında Racastanın Caisalmer ştatından köçüb gəlmişdi. 23 oktyabr 2009-cu il tarixində Suhrab Faqir doğulduğu Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində də vəfat edib.
Cabir Əmirli
Cabir Əmirli (6 yanvar 1997, Bakı) — Azərbaycan Premyer Liqasında "Səbail"in müdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == 24 aprel 2017-ci ildə Əmirli Azərbaycan Premyer Liqasında "Keşlə"nin "Qəbələ" ilə oyununda debüt etmişdir.