Bu titul Yuli Sezarın adından götürülüb. Rusiyada ilk dəfə 1544-cü ilə İvan Qroznı bu adı qəbul edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
E.ə. 44-cü ildə Yuli Sezar öldürüldükdən sonra bacısı nəvəsi hökmdar olur. Onun adı Qay Oktavi idi, ancaq o, adını dəyişərək Qay Yuli Sezar Oktaviana çevrilir. O, Romanın ilk imperatoru olaraq Avqust adı ilə hökmranlıq edir.
Sonrakı dörd imperator Avqustun törəmələri idi və bir ad – Sezar adı ilə tanınırdılar. Sezar və Avqustun nüfuzları o qədər böyük idi ki, “sezar” sözü “imperator” sözünün sinoniminə çevrildi.
İmperatorların Romada hakimiyyəti başa çatdıqdan sonra onlar Konstantinopolda hökmranlıqlarını davam etdirdilər. 800-cü ildə Böyük Karl tərəfindən Romada imperator hakimiyyəti bərpa edildikdən sonra “sezar” titulu da onunla birlikdə dirçəldi.
Latın dilində bu söz ki’zar (ky’zar) kimi tələffüz olunurdu. Germanlar bu tələffüzü qoruyub saxladılar və sözə hərfi şəkil də verərək “kayzer” yazmağa başladılar. Alman dilində kayzer imperator deməkdir. 1870-ci ildə kayzerlər tərəfindən idarə olunan Almaniya imperiyası yaradıldı.
Rusiya hökmdarları isə titullarını Konstantinopoldan götürmüşdülər. 1453-cü ildə türklər Konstantinopolu fəth etdikdən sonra sezarların şərq qolu qırılmış oldu. Moskva hökmdarları isə bu titulu özlərinə götürdülər. Onlar sözü bir az dəyişərək əvvəlcə Sesara, sonra isə çara (царь) çevirdilər. İlk olaraq bu adı rəsmi şəkildə 1547-ci ildə IV İvan (Qroznı) götürdü. (Ayzek Azimov. Sözlərin tarixi)