ÇOPUR

1. сущ. чупур (цӀегьерин азардикай ччинал аламукьдай гелер, тӀеквенар, лекъвер); // ччиник гьахьтин цӀегьерин гелер квай кас, чупур кас; 2. прил. чупур, ччиник цӀегьрен гелер квай (мес. кас).
ÇOMAQ
ÇOPURLAŞMAQ
OBASTAN VİKİ
Zeynəb Çopur
Zeynəb Çopur — Türkiyəli aktrisa. Zeynəb Çopur 1987-ci ildə martın 7-də İstanbulda anadan olub .
Çopur Ələsgər
Çopur Ələsgər (tam adı:Ələsgər Mikayıl oğlu Tağıyev; d. 1930, Bozalqanlı, Tovuz rayonu – ö. 23 oktyabr 2014) — Azərbaycan aşığı və şairi. "Çopur Ələsgər" ləqəbi ilə tanınan Aşıq Ələsgər 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ömrünü aşıq sənətinə həsr etmiş ustad aşıq bu sənətin sirlərini aşıqlar Hüseyn Rzayev və Əkbər Cəfərovdan öyrənib. 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanı bilən aşıq Çopur Ələsgər özü də uzun illər sənətinin sirlərini özündən sonra gələn nəslə öyrətmmişdir. 23 oktyabr 2014-cü ildə vəfat etmişdir. 20 aprel 2013-cü ildə "Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu" İctimai Birliyin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ustad aşıq Ələsgər Tağıyevin yaradıcılıq gecəsi keçirilib. Gecədə deputat Qənirə Paşayeva, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filalofiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və başqa siyasi-ictimai xadimlər iştirak edirdilər. Tədbirin aparıcısı AMEA-nın Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli idi.
Bəhman Çopurov
Mahal Çopurov
Sabir Çopurov
Sabir Çopurov - Gürcüstanda anadan olmuş azərbaycanlı rəssam. 1956-cı ildə Gürcüstanın Başkeçid bölgəsində anadan olmuşdur. 1972-1975–ci illərdə Bakı Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1975-1977–ci illərdə Gürcüstan Rəssamlıq Akademiyasında təhsil almışdır. 1988-ci ildə Gürcüstan Rəssamlıq Akademiyasının üzvü olmuşdur. 1980-ci ildə beynəlxalq sərgilərdə iştirak etmişdir. 1986-cı ildə Gürcüstanda keçirilmiş sərgidə iştirak etmişdir. 1990-cı ildə onun işləri Moskva şəhərində keçirilmiş sərgidə nümayiş etdirilmişdir. Sabir Çopurov dünyada boya əvəzinə sırf neftlə rəsm çəkən yeganə rəssamdır. Rəssam deyir ki, neftlə ilk işi Gürcüstanda olub, uşaq vaxtı əlinə Naftalan nefti düşüb və başlayıb evlərinin divarlarında çəkməyə.
Sabir Çopuroğlu

Çopurallar
Çopurallar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qəmərli kənd inzibati-ərazi dairəsinə daxildir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 25 km qərbdə yerləşir. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 108 nəfər əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 104 nəfər əhali yaşayır.
Çopurlu
Çopurlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kənd Lev çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Çopur Hüseynlidir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Daşkəsən rayonunun Qabaqtəpə kəndindən köçmüş Çopur Hüseyn adlı şəxs saldığına görə belə adlandırılmışdır. Qazax rayonunun Qaymaqlı kəndində çopurlular tayfası qeydə alınmışdır. Bu səbəbdən oykonimin etnotoponim olması da mümkündür. Ağçınqıl yurdu, Sünnət yurd, Məliyin yurdu, Xandüz yurdu, Qaraboyun yurdu. Ağ bulaq, Portport bulaq, Soyuq bulaq, Qırxbulaq, Sarı bulaq.
Çopurlu (Kəlbəcər)

Çopuryal dağı
Çopuryal dağı – Culfa rayonu ərazisində dağ (hünd. 929,8 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Çeşməbasar kəndindən 5 km şimal-qərbdədir. Orta Miosenin Karaqan regiomərtəbəsinə aid Payız lay dəstəsinin üfüqi yatan qumlu-gilli çöküntülərindən təşkil olunmuş maili yüksəklikdir. Zirvə hissəsi və şimal-qərb yamacı Orta Pleystosenin allüvial-prolüvial çöküntüləri ilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında müşahidə edilən Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin Orta Pleystosen törəmələrilə əhatə olunmuş maili şimal-şərq qanadının erozion qalığına cavab verir. CABRIYAL DAĞl – Culfa rayonu ərazisində Çopuryal dağının yerli əhali arasında işlədilən başqa adı.

Digər lüğətlərdə