Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oğurca
Oğurca (türkm. Ogurjaly adasy) — Xəzər dənizinin cənub-şərqində yerləşir. Şimaldan cənuba doğru 42 km uzanır, eni 1-1,5 km təşkil edir. Qumluqlardan ibarətdir. Ruslar adanın xiyara bənzəməsi ilə onu rusca “Oqureç” adlandırıblar. Əslində isə hələ 1392-ci ildə adada yaşayan oğurçalı türk tayfası ilə bağlıdır. Oğurçalı isə Dəniz qulduru mənasını verir. Doğrudanda 15-17 əsrlər ərzində dəniz quldurları fars karvanlarına basqınlar təşkil edirdilər. Qışda güçlü dalğalar adanın üzərindən keçərək onu bölür. Çələkən yarımadasından Çələkən Oğurçalı boğazı ayırır.
Yonca
Yonca (lat. Trifolium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (lat. Medicaqo sativa) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (lat. Trifolium pratense) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.
Vətən Yolunda
Vətən yolunda - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti. 2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır. "Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu. İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur. Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu. Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır.
Azərbaycan mübarizə yolunda
Azərbaycan mübarizə yolunda (fr. L'Azerbaïdjan en lutte pour l'indépendance) — Məhəmməd Əmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində çap edilmiş 13 bölmədən ibarət əsəri. Əsərdə Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhuriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulardan bəhs edilir. == Haqqında == Məhəmməd Əmin Rəsulzadənin yazdığı “Azərbaycan mübarizə yolunda” kitabı 1930-cu ildə Parisdə fransız dilində çap edilib. 2019-cu ildə kitab ilk dəfə Azərbaycan dilində nəşr olunub. Kitabın tərcüməçisi Tural Mehbaliyevdir. Əsər 13 bölmədən ibarətdir. Kitab Avropa oxucusu üçün nəzərdə tutulduğuna görə, Rəsulzadə Azərbaycan ədəbiyyatından, fəlsəfəsindən bəhs edərkən Füzuli ilə Şekspiri, Axundzadə ilə Molyerin adlarını müqayisəli şəkildə çəkir, Mirzə Şəfinin alman filosof və şairi Bodenştedtin müəllimi olduğunu vurğulayır. Azərbaycan teatrında isə qərb müəlliflərinin əsərlərinin oynanıldığını yazır: 1930-cu illərin əvvəllərində Azərbaycanda ruslara qarşı böyük kəndli hərəkatı başlamışdı. Rəsulzadənin əsərinin əsas qayəsi də bu hadisə ilə bağlıdır.
Vətən Yolunda (qəzet)
Vətən yolunda - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti. 2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır. "Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu. İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur. Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu. Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır.
Ağ yonca
Ağ yonca (lat. Trifolium repens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Baştüklü yonca
Baştüklü yonca (lat. Trifolium trichocephalum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir. Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir. Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir, şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm uzunluqdadır, solğun-sarı rəngdədir. Meyvəsi paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır. İyunda çiçəkləyir, iyulda meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, Nax.
Boşmeyvə yonca
Boşmeyvə yonca (lat. Trifolium fragiferum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amoria fragifera (L.) Roskov Galearia fragifera (L.) C.Presl Xerosphaera fragifera (L.) Soják == Yarımnövləri == Trifolium fragiferum var. fragiferum Trifolium fragiferum var.
Yonca bağacığı
Yonca bağacığı (lat. Adelphocoris lineolatus) — buğumayaqlılar tipinin həşəratlar cinsinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. Uzunluğu 6,5–9,5 mm-dir. Bədəni uzunsovdur. Rəngi qonur, yaxud sarımtıl yaşıldır. Bağacığın qabaq kürəkciyində iki qara nöqtə vardır. Ayaqları qonur sarıdır. Sürfəsi yaşılımtıl-qonur olmaqla, ya tamamilə qanadsızdır, yaxud da kiçik qanad başlanğıclarına malikdir. Yonca bağacağı yumurta fazasında qidalandığı bitkilərin gövdələri daxilində qışlayır. Dişi bağacıqlar yumurtasını bitkinin gövdəsi daxilinə qoyur.
Yonca parabüzəni
Yonca parabüzəni (lat. Subcoccinella 24-punctata)-Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Əsasən yonca. Kartof, bostan-tərəvəz bitkilərinin yarpaqlarının və zoğlarının zərərvericisidir. Ən çox sayda may ayının sonunda görsənirlər. Forması yarımkürə şəklindədir, sarı-qırmızımtıl rəngdə olub, üzəri qısa, sərt tüklə örtülüb. Ağızda, bığcığında, buğumlar aydın görünür. Gözləri qara, fasetli və aydın görünəndir. Yuxarı köndələn çənəsində qərni dişciklər aydın görünür.
Yonca taxtabitisi
Yonca taxtabitisi (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Yonca taxtabitisi Miridae fəsiləsinə mənsubdur. Bu zərərvericinin rəngi açıq yaşıl və ya bozumtul – yaşıldır. Erkək fərdlərdə bu rəng bir qədər tutqun olur. Belin qabaq hissəsi üzərində iki dənə qara nöqtə vardır. Qalxancığın üzərində bir – birinə paralel iki tutqun xətt gedir. Başı üçbucaq şəklində olub parlaqdır. Bığcıqları 4 buğumludur. Uzuluğu 7,5 – 9 mm – dir.
Yonca yoğunayağı
Yonca yoğunayağı (lat. Bruchophagus gibbus) — Buğumayaqlılar tipinin Pərdəqanadlılar dəstəsinin Yoğunayaqlılar fəsiləsinə aid olan növ. Yetkin yonca yoğunayağı 2 mm böyüklükdə həşəratdır. Bədəni qara rəngli olub, ayaqlarının baldır və pəncələri sarıdır. Bığcığı 8 buğumludur. Əsas buğum o birilərinə nisbətən xeyli uzundur. Saplaqlı qarıncığa malikdir. Qarıncıq yumurtavarıdır, parlaqdır. Qanadları şüşə kimi şəffafdır və kənarlarında külli miqdarda tükcüklər vardır. Yumurtası olduqca kiçik (0,04 mm uzunluqda, 0,02 mm enində) olub, ovalvarı, yarımşəffaf və saplaqlıdır.
Yoğun bağırsaq
Yoğun bağırsaq ya arxa bağırsaq — lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür: Kor bağırsaq — lat. cecum (intestinum caecum - BNA); Çənbər bağırsaq — lat. colon; Düz bağırsaq — lat. rectum (intestinum rectum - BNA). Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar — lat. teniae coli, çömçələr — lat. haustra coli, köndələn şırımlar — lat. sulci transversi və piy artımları (çıxıntıları) — lat.
Çiyələyəbənzər yonca
Boşmeyvə yonca (lat. Trifolium fragiferum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria fragifera (L.) Roskov Galearia fragifera (L.) C.Presl Xerosphaera fragifera (L.) Soják Trifolium fragiferum var. fragiferum Trifolium fragiferum var.
Üçyarpaq yonca
Qaralan yonca
Qaralan yonca (lat. Trifolium nigrescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria nigrescens (Viv.) Fourr. Trifolium nigrescens subsp. nigrescens Trifolium nigrescens subsp.
Xankəndi-Laçın yolunda aksiyalar
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı. Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.
Xankəndi–Laçın yolunda aksiyalar

Bakı-Rostov yolunda partlayış
Bakı-Rostov avtomobil yolunda partlayış 1999-cu il oktyabrın 29-da Çeçenistanın Şaami-Yurt kəndi yaxınlığında baş vermiş hadisədir. Alçaqdan uçan iki Rusiya təyyarəsi İnquşetiyaya"təhlükəsiz çıxış" marşrutu ilə daxil olmağa çalışan böyük qaçqın karvanına dəfələrlə raket zərbələri endirib. Hücumda çoxlu insan ölüb və ya yaralanıb. == Hadisə == Hadisə Çeçenistan və İnquşetiya arasında bir həftəlik bağlanan sərhədin yenidən açılacağı rəsmi elan edildikdən sonra baş verib. Lakin təhlükəsiz istiqamətə gedən 1000-dən çox avtomobil karvanının sərhədi keçməsinə icazə verilməyib və naməlum yüksək rütbəli rus hərbi zabiti (ərazi general Vladimir Şamanovun cavabdehliyi altında idi) tərəfindən geri qayıtmaq əmri verilib və daha sonra yolda onlara hücum edilib. Mühasirəyə alınan konvoy Çeçenistanın paytaxtı Qroznıya qayıdıb. Amnesty İnternational hesabatına görə, "Rusiyanın hücumları zamanı ərazidə heç bir qanuni hərbi hədəf yox idi. Bu hadisənin şahidlərinin verdiyi ifadələr, Rusiya qüvvələrinin beynəlxalq humanitar hüququ pozaraq qəsdən mülki əhalini və mülki obyektləri hədəf aldığını göstərir." Qurbanlar arasında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yerli işçiləri, öldürülən iki çeçen jurnalist (o cümlədən Ramzan Mejidov) və çoxlu sayda qadın və uşaqlar var idi, onlardan bəzilərinin maşınlarında sıxışaraq diri-diri yandırıldığı bildirilir. Rusiya hakimiyyət orqanları əvvəlcə rəsmi olaraq məsuliyyəti öz üzərinə götürmədi və sonrakı hərbi araşdırmalar heç bir məna kəsb etmədi.
Al-qırmızı yonca
Al-qırmızı yonca (lat. Trifolium incarnatum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Trifolium stellatum subsp.
Evlərinin önü yonca
"Evlərinin önü yonca" (yaxud "Ninnə yarım") – Kərkük türkmanlarının xalq mahnısı. == Tarixçəsi == 1958-ci ildə Bakı radiosunun yeni açılan ərəb şöbəsinə İraqdan Kərkük türkmanı olan Sinan Səid dəvət olunur. O, burada görkəmli ssenarist və yazıçı Nahid Hacızadə ilə birlikdə işləyir. Nahid Hacızadə xatirələrində qeyd edir:“Sinan Səidin evinə getmişdim. Sinan nəsə bişirir, eyni zamanda dodaqaltı şirin mahnılar oxuyurdu. Mahını eşitcək, Sinandan bir də oxumasını xahiş etdim. Mahnı çox xoşuma gəldi və Sinana təklif etdim ki, bunu lentə yazdırsın, lakin qəbul etmədi. Dedi ki, “bunu Bağdadda, Kərkükdə elə oxuyurlar ki, eşitsən, mənim oxumağım gülünc gələr”. Uzun xahişdən sonra onu razı sala bildim, amma bir qadınla duet oxuyacağını dedi. Ona bir neçə görkəmli sənətkarımızı dinlətsək də, onun qərarı Nərminə Məmmədova oldu.”Sinan Səid Nərminə Məmmədova ilə bir neçə Kərkük türküsü oxudu və onları “Kərkük-İraq mahnıları” adı ilə verdilər.
Yaşıl yonca taxtabitisi
Yaşıl nezara (lat. Codophila varia F.- ) — buğumayaqlılar tipinin yarımsərtqanadlılar və ya taxtabitilər dəstəsinə aid olan növ. Yaşıl rəngdə olub, qanadı üstündə boz və ağ yatıq şəkildə tükləri vardır. Bədəninin uzunluğu 3–4 mm-dir. Yumurtalarını kiçik qruplar halında bir cərgədə, bəzən isə qarışıq halda tökür. Bu zərərverici öz yumurtalarını yarpağın damarlarına yox, qırağına qoyur. İldə 2–3 nəsil verir. Yumurtaların inkişafı 14–16 gün çəkir. Sürfələrin qışlayan yumurtalardan çıxması aprel ayında müşahidə olunur. Sürfələr bitki şirəsi ilə qidalanaraq 5 dəfə qabıq dəyişir.
Yonca (aerobatika eskadronu)
Yonca (alm. Das Kleeblatt‎) aerobatika eskadronu — Avstriya Hərbi Hava Qüvvələrinə məxsus olmuş helikopterlərdən ibarət aerobatika komandası idi. Aerobatika eskadronu 1975-ci ildə qurulmuşdur və 1987-ci ilə qədər fəaliyyət göstərmişdir. 1997-ci ildə eskdaron yenidən aktivliyini bərpa etdi və 2001-ci ilə qədər fəaliyyət göstərdi. Helikopterlər standart qəhvəyi rəngdə rənglənmiş və əlavə ağ rəngli zolağa malik idilər. Quyruq pəri Avstriya bayrağı kimi ağ-qırmızı rəngdə idi.
İnsanın yoğun bağırsağı
Yoğun bağırsaq (lat. intestinum crassum) ― insanın həzm yolunun aşağı, son hissəsi. O, bağırsaqların distal hissəsini təşkil edir və burada nəcis yaranır. İnsanın yoğun bağırsağı 1.5–1.7 metr uzunluğundadır. Onun diametri proksimal hissədə 6–7 sm-dir, distal istiqamətdə kiçilir və 4 sm-ə çatır. Xarici əlamətlərə görə nazik bağırsaqdan fərqlənir. Yoğun bağırsağın üzərində 3 ədəd çənbər bağırsaq zolağı (lat. taeniae coli) var: çöz zolağı (lat. taeniae mesocolica); piylik zolağı (lat. taeniae omentalis); sərbəst zolaq (lat.
Yoğun bağırsaq polipləri
Düz bağırsaq polipləri — Polip yoğun bağırsağın (kolon və düz bağırsağın) selikli qişasının anomal böyüməsi nəticəsində inkişaf edən və bağırsağın mənfəzinə doğru böyüyən kütlədir.