1. ÇIXMAQ (Günəş, Ay və s. haqqında) Səhər hava tamam açıldı, gün çıxdı (H.Abbaszadə); ÇIRTLAMAQ [Əbdülrəhman:] Bala, indicə gün çırtlayacaq yola düşürsənmi? (G.Hüseynoğlu); ÇIRTMAQ Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şərqi bürüyən iri, geniş küçələri ilə gedirdi (A.Şaiq); DOĞMAQ Banıçiçək: Oğul vay, qardaş vay, Beyrək vay! Ay kimi doğdun, gün kimi batdın (Anar); TÜLU ETMƏK İki ildən bəri görmədiyi doğma şəhərinə çatarkən səhər tezdən Aslanın pəncərəsinə düşən günəş yenicə tülu edirdi (M.Hüseyn).
2. ÇIXMAQ (mətb.), ÇAP OLUNMAQ, DƏRC OLUNMAQ
3. ÇIXMAQ (riyaz.), AZALTMAQ
4. çıxmaq bax getmək 1