ÖFKƏ

Bağır-öfkə sözü “içalat” anlamını əks etdirir. Öfkə həm “ağ ciyər”, həm də “hirs” mənalarında işlədilir. Tatar dilində öpkə sözü “qəzəb” mənasını verir. Türko­loq­lar­dan Bamberi yazır ki, öfkəöd kökdaş sözlərdir. Öd həm də həyəcan mən­bəyidir (ödünü uddu, ödü parçalandı deyirik). Belə halda –kə şəkilçisinin öd sö­zü­nə necə artırılması və sözə verdiyi yeni məna açılmamış qalır. Güman ki, söz övkələ kəlməsi ilə qohumdur, darılmaq (darıldı bağrım...), sıxılmaq (qəzəb!?) anlamları ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÖDƏN
ÖGEY

Digər lüğətlərdə