Mənbələrdə yolğuc kimi qeydə alınıb. Yolmaq kəlməsi ilə bağlıdır (ehtimal ki, yon və yol eyni söz olub). Yuli (брить), yoluq (бритый) sözlərimiz də olub. Yolğuc sözü ülgüc şəklində tam formalaşdıqdan sonra birinci kəlmə (yolğuc) mənasını dəyişmiş və шипцы anlamında işlədilməyə başlamışdır. “Yoluğun biridir” deyirik. Buradakı yoluq kəlməsi elə “qırxılmış” (lüt) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)