Müstəcib Ülküsal
Müstəcib Ülküsal (1899, Dobruca[d] – 10 yanvar 1996, İstanbul) — Krım tatar ictimai xadimi, "Emel" jurnalının yaradıcısı və naşiri.
XIX əsrin ortalarında əcdadlarının Krımdan köçdüyü Rumıniyanın Dobruca əyalətində anadan olmuşdur.
1917-ci ildə Krımda Krım Tatar hökumətinin qurulduğunu öyrənəndə, dostları ilə Krıma gəlmiş və Foti Sala (indiki Qolubinka) kəndində müəllim işləməyə başlamışdır. Döyüşlər Krıma yaxınlaşdıqda, Avropaya qayıtmalı olur və Rumıniya və Bolqarıstanda yaşayır. Buxarest Universitetinin hüquq fakültəsini bitirmişdir, hüquqşünas kimi işləyirdi.
"Tonquç" ("İlkin") mədəniyyət mərkəzini yaradır, 1930-cu ildə dostları ilə birlikdə "Emel" ("Həmlə") jurnalını nəşr etməyə başladı.
1941-ci ildə ailəsi ilə birlikdə Türkiyəyə köçdü. 1941-ci ilin aprel ayında Türkiyə vətəndaşlığını alır və ömrünün sonuna qədər burada yaşayır.
1942-ci ildə o, Cəfər Seyidəhməd ilə Berlinə gələrək, Krımda Milli Krım Tatar hökumətinin yaradılmasını israr edir, lakin onun bu təklifi anlayışla qarşılanmadığından Türkiyəyə qayıdır. Daha sonra türk mətbuatında Krım tatarlarının deportasiyası və kommunist rejimli ölkələrdə (Rumıniya, Bolqarıstan) onlara qarşı edilən repressiyalar barədə məqalələr dərc edir.