ümum-Qafqaz
ümumalman
OBASTAN VİKİ
Ümum-Rusiya Müsəlmanları Qurultayı
== Qurultayın keçirilməsi zərurəti == Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar. == Qurultayın təşkili və keçirilməsi == Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu.Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər. Məhəmməd Əmin Rəsulzadə idarə üsulu haqqında Azərbaycan türk dilində etdiyi çıxışında göstərirdi ki, bu məsələyə həm insanlıq mədəniyyəti, həm də milli maraqlar nöqteyi-nəzərindən baxılmalıdır.
Ümum-Rusiya Müəssislər Məclisi
Ümumrusiya Müəssislər Məclisi ((rus. Всероссийское Учредительное собрание, translit. Vserossiyskoye Uçreditelnoye sobraniye) — 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada çağırılan konstitusiya orqanı. 18 yanvar 1918-ci il tarixində, saat 16:00-da çağırılmış və 19 yanvar səhər saat 05:00-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ləğv edilmişdr. Bunun nəticəsində III Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın yeni idarəetmə orqanına çevrilmişdir. == Seçki nəticələri == Seçkilərdə səsvermə hüququ olan vətəndaşların sadəcə 60 faizindən çoxu Müəssislər Məclisinin seçkilərində iştirak etmişdir. Ölkə ərazisinin böyüklüyü, davam edən Birinci Dünya müharibəsi və rabitə sistemi səbəbiylə nəticələr o vaxt tam olaraq açıqlanmamışdır. N. V. Svyatitski 79 dairədən 54-nün nəticəsini nəşr etmişdir. Svyatitskinin verdiyi məlumatlar bolşeviklər də daxil olmaqla, bütün siyasi partiyalar tərəfindən qəbul edilmişdir. Seçkinin nəticələri belə idi: == İstinadlar == == Əlavə ədəbiyyat == V. I. Lenin.
Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər
Ümumrusiya Müəssislər Məclisinə seçkilər — Rusiyada Fevral inqilabından (1917) sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisində həyata keçirdiyi seçkilər. == Tarixi == Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. "Müəssislər Məclisinə seçki haqqında Əsasnamə" qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. baxımından demokratik sənəd idi. "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman sosialist bloku", menşevik "Hümmət" və "İttihad" partiyaları iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat‖a qarşı vahid cəbhədə çıxış etdilər. == Fəaliyyəti == Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2002)
2002-ci il ümumrusiya əhalinin siyahıya alınması — 9 oktyabr 2002-ci il tarixdə Rusiya Federasiyasında keçirilmiş əhalinin siyahıyaalınması. Siyahıyaalma bütün Rusiya ərazisində saat 00:00 radələrində başlamışdı. == Xarici keçidlər == Сайт переписи населения России Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine Федеральная служба государственной статистики Arxivləşdirilib 2010-12-03 at the Wayback Machine «МИГРАЦИОННАЯ СТАТИСТИКА В ОТКРЫТОМ ОБЩЕСТВЕ».
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2010)
2010-cu il ümumrusiya əhalinin siyahıya alınması — Rusiya Federasiyasının bütün ərazisində vahid dövlət stasistik metodologiya ilə ümumiləşdirilmiş demoqrafik, iqtisadi və sosial məlumatların əldə edilməsi. Siyahıya alınma əsasən 14 oktyabr - 25 oktyabr 2010-cu il tarixində, bəzi yerlərdə isə 1 aprelən 20 dekabr 2010-cu ilədək keçirildi.
Ümum-Rusiya Elmi-Tədqiqat Aviasiya Materialları İnstitutu
"Kurçatov İnstitutu" Milli Tədqiqat Mərkəzinin Ümumrusiya Elmi-Tədqiqat Aviasiya Materialları İnstitutu (ÜAMİ; rus. Всероссийский научно-исследовательский институт авиационных материалов Национального исследовательского центра «Курчатовский институт»; ВИАМ) — materialşünaslıq sahəsində Rusiya Federasiyasının dövlət elmi mərkəzi. İnstitut tam innovasiya dövrü həyata keçirmiş, burada fundamental və tətbiqi tədqiqatlar aparılmış, yeni nəsil materiallar, yarımfabrikatlar və unikal texnoloji avadanlıqların istehsalı üçün yüksək texnologiyalı elmtutumlu sənaye sahələri yaradılmışdır. ÜAMİ mütəxəssisləri aviasiya və digər maşınqayırma, energetika, tikinti, tibb və s. üçün metal və qeyri-metal materialların, örtüklərin, texnoloji proseslərin və avadanlıqların, korroziya zədələnməsindən və bioloji zədələnmədən qorunma üsul və vasitələrinin geniş çeşidini hazırlayır və təchiz edir. == Tarixi == 28 iyun 1932-ci ildə Ümumittifaq Aviasiya Materialları Elmi-Tədqiqat İnstitutunun (ÜAMİ) yaradılması haqqında SSRİ Ağır Sənaye Xalq Komissarlığının 435 nömrəli sərəncamı verilmişdir. 1932-ci ildə ixrac tədarükündən qurtulmaq məqsədilə gücü 1600–1700 MPa olan xromansil 30XQSA polad hazırlanmış və sənayeyə təqdim edilmişdir. Alüminium ərintilərinin yenidən kristallaşması nəzəriyyəsi işlənib hazırlanmışdır.1932–1950-ci illərdə metalların çoxelektrodlu struktur korroziyası nəzəriyyəsinin əsasları yaradılmışdır. 1933–1950-ci illərdə metal ərintilərinin möhkəmlik və etibarlılıq nəzəriyyəsinin əsasları hazırlanmışdır. 1937-ci ildə aviasiya zirehləri yaradılmışdır.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu
Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (rus. Всероссийский государственный институт кинематографии имени С.А.Герасимова) — SSRİ-də yeganə kinometaqrafiya təhsili verən ali məktəb, dünyada bu sahə üzrə ən köhnə universitetdir. 1919-cu ildə Vladimir Qardin tərəfindən qurulub, Moskva şəhərində yerləşir. İnstitutda dərs demiş seçmə insanlar arasında Sergey Eyzenşteyn, Vsevolod Pudovkin və Aleksey Batalov olmuşdur. 1986-cı ildə rus kino rejissoru və aktyor Sergey Gerasimovun adı verildi. 35 mm film istehsalı metodları təhsilinə fokuslanan az sayda film məktəbindən biridir. == Əlaqədar şəxslər == ÜDKİ SRİ-nin qabaqcıl film məktəbiydi. İndiki vaxtda da dünyanın ən çox hörmət görən film universitetlərindən biridir. Məzunları arasında çoxu rus olmayan bir çox qabaqcıl rejissorlar vardır. Məktəb XX əsrin ortalarından xarici tələbə qəbul etməyə başladı.
Armavir (Rusiya)
Armavir — Rusiya Federasiyasının cənubunda, Krasnodar diyarında şəhər. Şəhər Krasnodar diyarının cənubunda, Krasnodar şəhərindən 202 km məsafədə yerləşir. Moskvadan isə 1400 km-lik məsafə ayırır. Şəhər ətraf kəndlərlə birgə Armavir şəhər dairəsinə daxildir. Önəmli dəmiryol qovşağı hesab olunur. Şəhərdə Armavir-Rostov və Armavir-Tuapse Şimali Qafqaz dəmiryol stansiyasiyaları fəaliyyət göstərir. == Ümumi məlumat == 1839-cu ildə çərkəz erməniləri (çerkesoqaev) Urup çayının mənsəbinə yaxın ərazidə yerləşdirildi. Bu tarix rəsmən Armavir şəhərinin əsasının qoyulması ili hesab olunur. Aul üç tərəfdən eni 2,5 metr olan dərin yarğanla əhatələnmişdir. Digər tərəfdən ərzini Kuban çayı əhatə edir.
Bor (Rusiya)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Bölünməz Rusiya
"Vahid, bölünməz Rusiya" — Paris Sülh Konfransında sülh danışıqlarının gedişatına təsir edən, yeni yaranmış bir çox dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına mane olan əsas problem. == Arxa plan == Rusiyada bolşeviklərin hakimiyyəti ələ almasından sonra bir çox keçmiş çar generalı yeni hökuməti tanımadığını elan etdi. Nəticədə Rusiya vətəndaş müharibəsi başladı. Anton Denikin, Kolçak və s . kimi məşhur generalların başçılıq etdiyi bu müharibə müddətində 1919-cu ildə çar generalları mühüm qələbələr qazandılar. Avropada belə bir təsəvvür yarandı ki, Ağ qvardiyaçılar bolşevik hakimiyyətini devirəcəkdir. Bu səbəbdən də keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni respublikalara qarşı münasibətlərini dəyişdilər. İngilis komandanı General Tomson Bakıya daxil olarkən bunu öz nitqində açıq-aşkar bildirmişdi: Lakin artıq 1920-ci ildə generalların bolşeviklərə qarşı uğur qazana bilməyəcəkləri bəlli oldu. Yalnız bundan sonra yeni yaranmış respublikaların tanınma prosesi başlandı. "Vahid, bölünməz Rusiya" problemindən əziyyət çəkən yeni yaranmış dövlətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur.
Donetsk (Rusiya)
Donetsk — Rusiya Federasiyasının Rostov vilayətində yerləşən şəhər.
NTV (Rusiya)
NTV (rus. НТВ) — 1993-cü ildə fəaliyyətə başlayan Rusiya televiziya kanalıdır. NTV Rusiya ilə yanaşı digər ölkələrdə də yayımlanır. "NTV Mir" telekanalı MDB və Pribaltikada, bundan başqa Qərbi Avropada, Yaxın Şərqdə, ABŞ, Kanada, İsrail, Avstraliya, Yeni Zellandiya və Okeaniya ərazilərində yayımlanır. Telekanalın "NTV HD" adı ilə yüksək dəqiqlikdə fəaliyyət göstərən versiyası da vardır. == Loqotipləri == Telekanal 6 dəfə loqotipini dəyişmişdir. Hal-hazırda istifadə olunan loqotip — yeddinci və səkkizinci loqotipdir. 1993-cü ildə loqotip sağ aşağı küncdə yerləşirdi. 1993-cü ildən indiyə kimi loqotip sol aşağı küncdə yerləşir.
Qasımkənd (Rusiya)
Qasımkənd (Ləzg. Кьасумхуьр) — Dağıstanda dağlıq kənd, Süleyman-Stalski rayonunun inzibati mərkəzi və "Qasımkənd kənd sovetinin" yaşayış məntəqəsi. Mahaçqaladan 185 km cənubda yerləşir. == Tarixi == Kənd XIX əsrin birinci yarısında yaradılıb. 1812-ci ildə Qasımkənd yeni qurulan Kürə xanlığına daxil edildi. 1866-cı ildə xanlıq rəsmi olaraq Rusiya imperiyasına daxil edildi və Kürə dairəsinə daxil edildi. Qasımkənd həm bütün bölgənin, həm də bir hissəsi olan Güney əyalətinin inzibati mərkəzinə çevrildi. Əlikənd və Aşaqa-araq kəndləri ilə birlikdə Qasımkənd kənd cəmiyyəti yaradıldı. Strateji əhəmiyyətli yol qovşağında yerləşməsi kəndin sürətli inkişafını öncədən müəyyənləşdirdi. 1878-ci ildə Qasımkənd dünyəvi məktəb quruldu.
Qərbi Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Respublika (Rusiya)
Rusiya konstitusiyasına görə, Rusiya Federasiyası 85 bərabərhüquqlu subyektdən ibarətdir ki, bunun da 22-si respublikadır. Respublikalar Rusiyanın faktiki ərazisinin 28,55% -ni əhatə edir və ölkə əhalisinin 17,95% -i onlarda yaşayır. Respublika, diyarlardan və vilayətlərdən fərqli olaraq, onlar milli-dövlət formasiyalarıdır, yəni Rusiya daxilində bu və ya digər xalqın (xalqların) dövlətçilik formasıdır. Rusiya Federasiyasının digər subyektlərindən fərqli olaraq respublikalar öz konstitusiyalarını qəbul etmək və öz dövlət dillərini qurmaq hüququna malikdirlər və həmçinin onların paytaxtları vardır. Respublikaların Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq, onun tərkibindən ayrılmaq hüququ və suverenliyi yoxdur. Sovet dövründə müasir respublikaların əksəriyyəti muxtar sovet sosialist respublikası (MSSR) statusuna malik idi, bəziləri muxtar vilayətlər idi. RSFSR çərçivəsində, ərazilər və bölgələrdən - inzibati-ərazi vahidlərindən fərqli olaraq, onlar milli-dövlət birləşmələri olan federasiya subyektləri hesab olunurdular.
Rusiya Ermənistanı
Rusiya Ermənistanı 1828-ci ildən bəri Rusiya imperiyasının hakimiyyəti altında olan erməni tarixinin dövrüdür. Şərqi Ermənistan, 1826–1828-ci illər İran-Rusiya müharibəsində İranın məğlubiyyətindən sonra Rusiya ilə imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya İmperiyasının bir hissəsi oldu. Şərqi Ermənistan 1917-ci ildə Rusiya İmperiyasının süqutuna qədər Rusiya İmperiyasının tərkibində qalmışdır. Rusiyanın 1801-ci ildə Gürcüstanın Kartli-Kaxetiya Krallığını ilhaq etməsi, Cənubi Qafqazda mühüm bir dayaq nöqtəsinə sahib olmaları ilə birlikdə həm də, yeni bir mərhələnin başlanmasına səbəb oldu. Bu tarixdən sonrakı otuz illik müddət ərzində Rusiya Osmanlı İmperiyası və İran hesabına Qafqazdakı ərazisini genişləndirməyə çalışdı. Rusların bölgəyə səfərləri müharibədə iştirak edən yepiskop Nerses Ashtaraketsinin başçılığı ilə ermənilər arasında coşqulu dəstək tapdı. 1804–1813-cü illər Rus-İran müharibəsi zamanı ruslar Gülüstan müqaviləsi ilə Şərqi Ermənistanın yalnız şimal hissəsini fəth edərək öz ərazilərinə qatmağı bacardılar. 1826-cı ildə Gülüstan müqaviləsini pozan ruslar İranın İrəvan xanlığının bir hissəsini işğal etdilər. Bu, 1826–1828-ci illər İran-Rusiya müharibəsini başlatdı. Müharibənin başlaması ilə Rusiyanın Təbrizə kimi İranı işğal etməsi iranlılar üçün daha böyük bir fəlakətə səbəb oldu.
Rusiya Federasiyası
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Rusiya Ordusu
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. == Tarixi == 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
Rusiya Respublikası
Müvəqqəti hökumət (2 (15) mart — 25 oktyabr (7 noyabr) 1917) — Rusiyada dövlət hakimiyyətinin Fevral inqilabı və Oktyabr inqilabı arasındakı dövrdə ali icraedici, sərəncam və qanunverici orqanı idi. Bəzi mənbələrdə bu hökumət Moskva hökuməti kimi qeydə alınıb. Dövlət dumasının Müvəqqəti komitəsi və Fəhlə və əsgər deputatların Petroqrad Şurasının icra komitəsi arasında əldə edilən razılaşma əsasında yaradılmışdır.
Rusiya Rublu
Rusiya rublu və ya рубль — Rusiya Federasiyasının valyutası. Həmçinin Abxaziya və Cənubi Osetiya ərazisində rəsmi valyuta kimi işlədilir. Rusiya rublunun ISO 4217 üzrə kodu — RUB, 1998-ci il denominasiyadək kodu RUR idi. == Tarixi == Rusiya ərazisində XIII əsrdən işlədilir. Əvvəllər qrivnanın bir hissəsi idi. == Mənbə == Информация о банкнотах и монетах на сайте Банка России (rus.) (ing.) РОССИЙСКИЙ РУБЛЬ И ПРИЗНАКИ ПОДЛИННОСТИ РОССИЙСКОГО РУБЛЯ Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (rus.) Rusiyanın əskinasları keçmiş SSRİ əskinasları (alm.) (ing.) (fr.) == İstinadlar == == Həmçinin bax == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Rusiya SFSR
Rusiya Sovet Federativ Sosialist Respublikası və ya RSFSR (rus. Российская Советская Федеративная Социалистическая Республика) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 7 noyabr 1917-ci ildə təşkil olunmuşdur.
Rusiya Türkistanı
Rusiya Türküstanı və ya Rus Türküstanı (rus. Русский Туркестан) — 1867–1918-ci illərdə Türküstan bölgəsində Rusiya imperiyasına bağlı quberniya.Rusiya Türküstanı bölgənin 1860-cı illərin əvvəllərində ruslar tərəfindən ələ keçirilməsi ilə qurulmuş, 1918-ci ildə Bolşevik inqilabının nəticəsi olaraq Rusiya imperiyasının süqut etməsi ilə ləğv olunmuşdur. == Tarixi == 1865-ci ildə Orenburq general qubernatoru tərkibində Türküstan bölgəsi yaradıldı. 1867-ci il 11 iyul tarixli sərəncamla Türküstan bölgəsi iki bölgəni — general qubernatorun iqamətgahının yerləşdiyi Daşkənddə mərkəzi olan Sirdaryo bölgəsini və Semirechensky bölgəsini — Verny şəhərində bir mərkəzi olan müstəqil Türküstan general-qubernatoruna çevrildi. General-qubernatorun köməkçisi vəzifəsi 1899-cu ildə quruldu (Hərbi şöbə üçün 176/1899 nömrəli əmr və Dövlət Şurasının 1900-cü il 3 (15) nömrəli qərarı ilə təsdiq edildi). 1868-ci ildən və 30 ildən çoxdur ki, məşhur rus tədqiqatçısı S. I. Jilinsky Türküstanı tədqiq edir. 1868-ci ildə Zəravşan rayonu Türküstan general-qubernatorluğuna qatıldı, daha sonra 1887-ci ildə Səmərqənd vilayətinə çevrildi. 1874-cü ildə Amudərya rayonu yarandı. 1876-cı ildə Fərqanə vadisində Kökənd xanlığının ərazisi fəth olunduqdan sonra Fərqanə Bölgəsi meydana gəldi. 1881-ci ildə bir mərkəzi Asxabad ilə İranla sərhəddəki Rusiya Transxəzər mülkləri əvvəlcə Qafqaz qubernatorluğunun inzibati tabeliyində olan Transxəzər bölgəsi şəklində inzibati qaydada edam edildi.
Rusiya Türküstanı
Rusiya Türküstanı və ya Rus Türküstanı (rus. Русский Туркестан) — 1867–1918-ci illərdə Türküstan bölgəsində Rusiya imperiyasına bağlı quberniya.Rusiya Türküstanı bölgənin 1860-cı illərin əvvəllərində ruslar tərəfindən ələ keçirilməsi ilə qurulmuş, 1918-ci ildə Bolşevik inqilabının nəticəsi olaraq Rusiya imperiyasının süqut etməsi ilə ləğv olunmuşdur. == Tarixi == 1865-ci ildə Orenburq general qubernatoru tərkibində Türküstan bölgəsi yaradıldı. 1867-ci il 11 iyul tarixli sərəncamla Türküstan bölgəsi iki bölgəni — general qubernatorun iqamətgahının yerləşdiyi Daşkənddə mərkəzi olan Sirdaryo bölgəsini və Semirechensky bölgəsini — Verny şəhərində bir mərkəzi olan müstəqil Türküstan general-qubernatoruna çevrildi. General-qubernatorun köməkçisi vəzifəsi 1899-cu ildə quruldu (Hərbi şöbə üçün 176/1899 nömrəli əmr və Dövlət Şurasının 1900-cü il 3 (15) nömrəli qərarı ilə təsdiq edildi). 1868-ci ildən və 30 ildən çoxdur ki, məşhur rus tədqiqatçısı S. I. Jilinsky Türküstanı tədqiq edir. 1868-ci ildə Zəravşan rayonu Türküstan general-qubernatorluğuna qatıldı, daha sonra 1887-ci ildə Səmərqənd vilayətinə çevrildi. 1874-cü ildə Amudərya rayonu yarandı. 1876-cı ildə Fərqanə vadisində Kökənd xanlığının ərazisi fəth olunduqdan sonra Fərqanə Bölgəsi meydana gəldi. 1881-ci ildə bir mərkəzi Asxabad ilə İranla sərhəddəki Rusiya Transxəzər mülkləri əvvəlcə Qafqaz qubernatorluğunun inzibati tabeliyində olan Transxəzər bölgəsi şəklində inzibati qaydada edam edildi.
Rusiya azərbaycanlıları
Rusiya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Rusiyada yaşayan hissəsinin adı. Rusiya FR-nın subyekti olan Dağıstan Respublikasında yaşayan etnik azərbaycanlılar istisna olmaqla bu ölkənin digər bölgələrində yaşayan etnik azərbaycanlılar Rusiyada Azərbaycan diasporunu təşkil edirlər. == Rəsmi statistika == === Ümumi === 1926–2010-cu illərdə aparılmış rəsmi əhali siyahıya alınmalarının yekunlarına əsasən Rusiya FR-da etnik azərbaycanlıların sayı: 1926-cı il sa. əsasən 27,991 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 23,428 nəfər 1939-cu il sa. əsasən 43,123 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 31,141 nəfər 1959-cu il sa. əsasən 70,947 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 38,224 nəfər 1970-ci il sa. əsasən 95,689 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 54,403 nəfər 1979-cu il sa. əsasən 152,421 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 64,514 nəfər 1989-cu il sa. əsasən 335,889 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 75,463 nəfər 2002-ci il sa. əsasən 621,840 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 111,656 nəfər 2010-cu il sa.
авто́л го́лубь закриви́ть микроскопи́чный нату́жно по руке́ раскабаля́ть рису́нчатый спецификацио́нный стратифици́ровать це́пи бе́жевый вожжа под хвост попала вызволя́ться зава́лка потого́нный тра́титься третни́к метафизика lumpfish thunderpeal глина детородный посматривать превосходительство