ÜST-ÜSTƏ

нареч.
1. один на другой (один на другом). Üst-üstə qoymaq класть один на другой, üst-üstə yığmaq собирать один на другом
2. в целом. Üst-üstə götürmək брать в целом
3. вместе взятых. Rusiya Federasiyasının ərazisi üst-üstə bu ölkələrin ərazisindən böyükdür территория Российской Федерации больше территорий этих стран вместе взятых
◊ üst-üstə qoymaq оставлять, оставить всё без изменения, оставить так, как было
ÜST-BAŞ
ÜSTDƏ
OBASTAN VİKİ
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Üst Paleolit
Üst Paleolit və ya Son Paleolit — təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir. Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli (yəni kənarı dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır. Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın ("Homo Sapiens") yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır.
Üst təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Üst Dudkinski adası
Üst Dudkinski — Ufa şəhərinin Kirovski rayonu ərazisindən axan Ufa çayının yatağında yerləşən ada. Çayın sağ sahilinə yaxın yerləşir. Adada yaşayış yoxdur. Ufa kanat yolu və bərə ilə adaya yan almaq mümkündür. Ada meşə ilə örtülüdür. Qərb və şimal-qərb sahilləri dərin, qalan sahilllər isə bataqlıqlaşmışdır. Ərazisində hansısa tikili yoxdur. Ancaq cənub sahilinin daxilinə doğru kiçik çəmənlik vardır. Şimal-qərb hissəsinə yaxın bir allüvial adacık yerləşir. O demək olar ki, kiçik qum dənəciklərindən təşkil edilmişdir və qeyri-rəsmi olaraq Cənnət adası adlanır.
Üst denudasion səviyyə
Üst denudasion səviyyə (rus. верхний уровень денудации, ing. gipfelflur, summit-level) — yer kürəsində dağların ən yüksək zirvəsindən keçməsi mümkün ola bilən xəyali səth. Həmin səviyyədən /8–9 km/ yuxarı heç bir zirvə ola bilməz, beləki dağların daha çox qalxması onların daha intensiv dağılması ilə müşayiət olunur. Bu anlayış XIX əsrin sonunda A. Penk tərəfindən təklif edilmişdir.
Üst paleolit mədəniyyəti
Üst Paleolit dövrü — paleolit dövrünün son çağı. Üst paleolit 40 min il bundan əvvəl başlayıb, b.e.ə. XII minilliyə qədər davam etmişdir. Bu dövrdə nəhəng maral və mağara ayılarının nəsli kəsildi, müxtəlif növlü qaşovlar geniş yayıldı, "ağıllı insan"ın (Homo sapiens) yaranması başa çatdı. Paleolit dövründə ibtidai incəsənət yarandı. Bunu buynuzdan yonulmuş heykəllər, sümük üzərindəki təsvirlər və mağara rəsmləri sübut edir. İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə,quş yumurtası toplayır,yeməli bitkilərin köklərini,torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. Yığıcılıqla qadınlar məşğul olurdular. İnsanların ilk əmək alətləri dəyənək,itilənmiş ağac və çapacaqlar olmuşdur.
Üst qabırğaarası damar
Üst qabırğaarası damar (vena) — bədənin hər tərəfində 1 damar olmaqla 2-ci, 3-ci və 4-cü qabırğaarası boşluqları drenaj edən 2 damar. Sağ üst qabırğaarası vena bədənin sağ tərəfindəki 2-ci, 3-cü və 4-cü arxa qabırğaarası damara daxil olur. O, qoşalaşmamış venaya axır. Sol üst qabırğaarası vena bədənin sol tərəfindəki 2-ci və 3-cü arxa qabırğaarası venalara daxil olur. Adətən o sol brakiosefalik venaya axır. O, həmçinin yarımtək vena ilə əlaqə saxlaya bilər. Aorta qövsünün arxasından keçərək dərin frenik siniri və perikardiofrenik damarları, sonra isə səthi olaraq üst azan siniri keçir.
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. 6-14 5-8 nəfər. Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.
Beli üstə uzanan xərçəng (rəsm əsəri)
Beli üstə uzanan xərçəng — Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Yaşıl rəngli arxafonda çəkilmiş bu sənət əsəri beli üstə tərsinə uzanmış xərçəngi təsvir edir. Van Qoq Muzeyinə görə əsər 1887-ci ilin avqust-sentyabr aylarında, digər mənbələrə görə isə 1889-cu ilin əvvəllərində çəkilmişdir. Hündürlüyü 38 sm, genişliyi 46.5 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Rəsm əsəri Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.

Digər lüğətlərdə